Məhkəmə qərarları › İş №2(102)-1039/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1039/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1039/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5662/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Samsung UE55NU7140UXRU” markalı televizorun dəyəri 1499 manat pul məbləğinin alınıb ona geri qaytarılması və yaxud həmin televizorun keyfiyyətli təmir olunaraq təhvil verilməsi, mənəvi zərərə görə 1000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-210/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən “Samsung UE55NU7140UXRU” markalı televizorun dəyəri 1499 manat pul məbləğinin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5662/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellya siya şikayəti təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli və mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kass asiya şikayəti verilə bilməz. Normanın məzmununa görə qiyməti 2000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə yuxarıda qeyd olunduğu kimi əmlak xarakterli iddianın qiyməti cəmi 1499 manat təşkil edir ki, bu da əmlak xarakterli iddialar üçün qanunda müəyyən olunmuş 2000 manatdan azdır. Eyni zamanda, iddiaçı birinci instansiya məhkəməsi qətnaməsinin mənəvi zərərin rədd olunmasına aid hissəsindən apellyasiya şikayəti verməmişdir. Buna görə də, kassasiya baxışının predmetini yalnız 1499 manat maddi zərər tələbi təşkil edir. Azərbaycan Respublikası MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəb ul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının işin icraata qəbul edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar