Məhkəmə qərarları › İş №2(102)-104/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-104/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-104/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXX ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)51/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: XXX ASC və “xxxx” MMC arasında xx xxxx 2015-ci il tarixli XXX saylı Baş kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən bank tərəfindən MMC-yə xx xxxx 2014-cü il tarixdən xx xxxx 2025-ci il tarixədək 20000000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin razılaşma çərçivəsində eyni tərəflər arasında xx xxxx 2015-ci tarixli XXX saylı Bərpa olunan kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən MMC-yə 36 ay müddətinə, illik 17% olmaqla 286000 ABŞ dolları məbləğində kredit ver ilmişdir. xx xxxxxx 2015-ci tarixli XXX saylı Bərpa olunan kredit xətti müqaviləsi ilə bank tərəfindən MMC-yə 36 ay müddətinə, illik 17% olmaqla əlavə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi: - xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi ilə tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1, 18 saylı evin ümumi sahəsi 230,5 kv.m. olan 4 otaqlı 30 saylı mənzilinin bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 440000 manat məbləğində qiymətləndirilmişdir. - xx xxxx 2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi ilə tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, 18 saylı evin ümumi sahəsi 115,5 kv.m. olan 3 otaqlı 17 saylı mənzilinin bank qarşı sında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 200000 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda, kredit razılaşmasının təminatı kimi XXX ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borclu “xxxx” MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” MMC yuxarıda qeyd olunan kreditləri qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. XXX ASC tərəfindən təqdim olunmuş xx xxxxxxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən “xxxx” MMC-nin həmin tarixə xx xxxx 2015-ci il tarixli müqavilə üzrə 286000 ABŞ dolları əsas borc, 31062,78 ABŞ dolları faiz borcu və 14618 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 331680,78 ABŞ dolları borcu; xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə 100000 ABŞ dolları əsas borc, 10861,11 ABŞ dolları faiz borcu və 5190 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 116051,11 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi baxışı zamanı ipoteka predmetlərinin bazar qiyməti ilə bağlı ekspertiza təyin edilmiş və “X4” MMC-nin xx xxxxxxx 2017-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin xx xxxxxxx 2017-ci il tarixə bazar dəyəri 460000 manat; ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilin həmin tarixə bazar dəyəri 270000 manat təşkil edir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 9916 nömrəli rəyinə əsasən iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və xx xxxx 2015-ci il tarixli, XXX nömrəli “Baş kredit razılaşması” əsasında xx xxxx 2015-ci il tarixli, XXX nömrəli və xx xxxxxx 2015-ci il tarixli, XXX nömrəli kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin xx xxxxxxxx 2016-cı il tarixə XXX ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx xxxx 2015-ci il tarixli, XXX nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu - 285864,72 ABŞ dolları, faiz borcu - 35031,82 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli, XXX nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu - 100000,00 ABŞ dolları, faiz borcu - 12205,00 ABŞ dolları. Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə ölmüş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə Cavabdeh2 və X1 prosessual hüquqi varisi kimi əvəz (təyin) edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı XXX ASC cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin xx xxxxxxxx 2016-cı il tarixə banka borclu olduğu xx xxxx 2015-ci il tarixli, XXX saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 286000 ABŞ dolları əsas borc, 31062,78 ABŞ dolları faiz və 14618 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 331680,78 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla); xx xxxxxx 2015-ci il tarixli, XXX saylı “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə 100000 ABŞ dolları əsas borc, 10861,11 ABŞ dolları faiz və 5190 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 116051,11 ABŞ dolları pu l məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehlər “xxxx” MMC və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi; tələbin ipoteka predmetləri olan əmlaklara: tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1, 18 saylı binada yerləşən ümumi sahəsi 230,5 kv.m., yaşayış sahəsi 90,00 kv.m. olan 4 otaqlı 30 saylı mənzilə (ilkin satış qiyməti 440000 manat məbləğində müəyyən edilməklə) və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1, 18 saylı binada yerləşən ümumi sahəsi 115,5 kv.m., yaşayış sahəsi 64,5 kv.m., y ardımçı sahəsi 51,00 kv.m. olan 3 otaqlı 17 saylı mənzilə (ilkin satış qiyməti 200000 manat məbləğində müəyyən edilməklə) yönəldilməsi, göstərilən mənzillərin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin XXX ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzillərin məcburi qaydada boşaldılması, xx xxxx 2015-il tarixli, XXX saylı “Baş kredit razılaşması”nın, xx xxxx 2015-ci il tarixli, XXX saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nin və xx xxxxxx 2015-ci il tarixli, XXX saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(009)294/2017 nömrəli qətnaməsi ilə (hakim Z.Cavabdeh2) iddia qismən təmin edilərək, XXX ASC ilə “xxxx” MMC arasında bağ lanmış xx xxxx 2015-ci il tarixli, XXX saylı “Baş kredit razılaşması”nın, xx xxxx 2015-ci il tarixli, XXX saylı və xx xxxxxx 2015-ci il tarixli, XXX saylı kredit xətti müqavilələrinin ləğv edilməsi, “xxxx” MMC-dən və Cavabdeh1 XXX ASCnin xeyrinə: xx xxxx 2015-ci il tarixli, XXX saylı kredit xətti müqaviləsi üzrə 286000 ABŞ dolları əsas borc, 31062,78 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 318562,78 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun; xx xxxxxx 2015-ci il tarixli, XXX saylı kredit xətti müqaviləsi üzrə 100000 ABŞ dolları əsas, 10861,11 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 111361,11 ABŞ dolları (ödəniş günü üçü n Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 manat dövlət rüsumlarının müştərək qaydada tutulması, ipoteka predmetləri: ünvan 1, 18 saylı evin 17 saylı mənzilinin ilkin satış qiyməti 270000 manat, ünvan 1, 18 saylı evin 30 saylı mənzilinin ilkin satış qiyməti 460000 manat müəyyən edilməklə, tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına XXX ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ünvan 1, 18 saylı evin 17 saylı mənzili və ünvan 1, 18 saylı evin 30 saylı mənzili satıldıqdan sonra həmi n daşınmaz əşyaların 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), XXX ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(009)-294/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-51/2020 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(009)-294/2017 nömrəli qətnaməsinin xx xxxx 2015-ci il tarixli, XXX nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği hissəsində dəyişdirilməsi və əsas borcun məbləğinin 285864,72 ABŞ dolları müəyyən edilməsi, həmin müqavilə üzrə əsas, faiz borcunun və cərimənin cəmi 318427,5 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamənin Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən xx xxxx 2015-ci il tarixli, XXX nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə dü zgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən həmin kredit müqaviləsi üzrə xx xxxxxxxx 2016-cı il tarixə əsas kredit borcu 285864,72 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 işdə mövcud olan ünvanına sifarişli m əhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh2 qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilmiş bildirişlər geri qaytarılmışdır. Bundan başqa cavabdehlərin nümayəndəsi xx xxxxxx 2016-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş və qiymətləndirmə ekspertizası təyin edilmişdir. Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixdə məhkəmə bildirişini almış, eyni zamanda digər cavabdehlərə çatdırılması üçün qəbul etmişdir. Buna görə də, cavabdehin şikayətində göstərdiyi dəlillər əsassız olduğundan onun məhkəmə iclaslarında iştirak etməməsi hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini mü əyyən edərkən qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş qiyməti əsas götürmüş və bu qiymət ipoteka predmetlərinin real bazar dəyərini əks etdirir. Məhkəmə ipoteka predmetinin dəyərinin müəyyən ediləndən daha artıq olduğu dəlilini inandırıcı və ağlabatan hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı XXX ASC kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-51/2020 nömrəli qətnaməsinin qismən – xx xxxx 2015-ci il tarixli, XXX nömrəli “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə əsas borcun müəyyən edilməsi və ipoteka predmeti olan ünvan 1, 18 nömrəli evin 30 nömrəli mənzili n ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə işin yenidən apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 şikayətini qismən təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, hüququn tətbiq edilməsində səhv buraxmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsaslandırılmamış, bir sıra açıq səhvlərə və səhlənkarlığa yol verilmişdir. Ekspert tərəflər arasında bağlanmış müqavilə münasibətlərinə müdaxilə etmiş və nəticədə cavabdehin banka olan borcunu süni şəkildə azaltmışdır. Həmçinin apellyasiya instansiyası mə hkəməsi bankın iddia tələblərinin cərimə hissəsini əsassız olaraq qismən təmin etmişdir. Kassasiya şikayətinə əlavə isə onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 18 nömrəli evin 30 nömrəli mənzilin sahəsi çıxarışda 230,5 kv.m. göstərilsə də, faktiki 143,5 kv.m.-dir. Texniki səhv nəticəsində əmlakın ilkin satış qiyməti düzgün müəyyən olunmamışdır. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyəri ilə deyil, likvid (satış) dəyəri ilə müəyyən olunmalı olduğu halda, hazırki işdə ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyərindən qat-qat yüksək olan bazar dəyəri ilə müəyyən olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayəti nə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı XXX ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və vəkilləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan fakt lara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini cavabdehlər mübahisələndirməmişlər. Bu səbəbdən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının mübahisələndirdiyi h issələri üzrə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdi yi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənlə şdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddə sinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-c i maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq xx xxxx 2015-ci il ta rixli kredit müqaviləsi üzrə əsas borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən iddiaçı borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəm ənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya şikayətinin digər hissələri, yəni cərimə məbləğinin əsassız olaraq çox silinməsi və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlər birinci instansiya məhkəməsinin qətnaməsi ilə həll olunmuş və iddiaçı nə cərimə borcunun azaldılmasından, nə də ki, ipoteka predmetinin ilkin satış qiymətinin yüksək olmasından apellyasiya şikayəti verməmiş, həmin hallar apellyasiya baxışının predmetini təşkil etməmişdir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinə əsasən qətnamə qeyd olunan hissələrdə iddiaçının ziyanına dəyişdirilməmişdir. İddiaçı kassasiya şi kayətində apellyasiya qaydasında mübahisələndirmədiyi hallara istinad etdiyindən məhkəmə kollegiyası həmin dəlillərə əlavə hüquqi qiymət vermədən əsassız hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-51/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni xx xxxx 2015-ci il tarixli, XXX nömrəli “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə əsas borcun müəyyən edilməsi, cərimə borcunun müəyyən olunması və ipoteka predmeti olan ünvan 1, 18 nömrəli evin 30 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar