Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-104/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 27.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5748/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi ilə “X15” QSC tərəfindən İddiaçı illik 16 % hesablanmaqla 36 ay müddətinə 51386 ABŞ dolları məbləğində kredit verilmişdir..
2. İddiaçı ilə bank arasında bağlanmış 30.01.2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə girov qoyan İddiaçı mülkiyyətində olan “MERCEDES BENZ-GL 550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili (2009-cu il buraxlışlı, Ban:xxxx, Rəngi: ağ) “X15” QSC-yə girov qoymaqlaq ona olan hüquq və maraqları girov saxlayana vermiş və bu barədə 30.01.2013-cü il tarixli, 213/003 saylı ipoteka müqaviləsi bağlanmışdır. 3. 19.12.2014-cü il tarixli arayışdan görünür ki, İddiaçı 30.01.2013-cü il tarix li, 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borcu, 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 1570.81 ABŞ dolları dəbbə borcu yaranmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)8156/2014 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı borc üzrə cəmi 46374,51 ABŞ dolları, məhkəmə xərci üzrə 38 manat məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus buraxılış tarixi 2009-cu il, BAN nömrəsi xxxxx olan, **-VE-*** d.q.n., ağ rəngli, Mersedes Benz-GL550 markalı avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin vaxt izahat verən İddiaçı iddiaya MERCEDES BENZGL550 markalı, **VE-*** dövlət qeydiyyat nişanlı avtomobili 2014-cü ilin may ayında satması, həmin şəxsin banka olan borcu ödəməsi, lakin sonradan həmin şəxsin avtomobili başqa şəxsə verməsi, hazırda avtomobilin kimdə olmasının ona məlum olmaması əsası ilə etiraz edərək rədd edilməsini xahiş etmişdir. 5. “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı 28.04.2014-cü il tarixdə özünə məxsus daşınmaz əmlak istisna olmaqla, digər daşınar əmlakları ilə bağlı səlahiyyətləri Cavabdeh etibar etmişdir. Həmin etibarnamənin verilməsindən bir neçə gün sonra - 06.05.2014-cü il tarixdə Cavabdeh qeyd edilən etibarnamə əsasında etibar edilən hüquqlara dair X5 etibarnamə vermişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 15.03.2021-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.01.2013-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1973-cü i l təvəllüdlü İddiaçı adında qeydiyyatdadır, ipoteka müqaviləsinə əsasən özgəninkiləşməsi qadağan edilmiş və həmin avtomobilə dair 22.06.2014-cü il tarixdə X3, 05.07.2014-cü il tarixdə isə X6 etibarnamə verilmiş və hər iki etibarnaməyə hal-hazırda xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51235 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “X QSC arasında bağlanmış 30 yanvar 2013-cü il tarixli 213/003 nömrəli kredit müqaviləsinə əsasən buraxılış tarixi 2009cu il olan, xxxx ban nömrəli, **-VE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli "Mersedes BenzGL 550" markalı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi şərtilə illik 16% olmaqla, 51386 ABŞ dolları məbləğində kredit götürülməsi barədə razılığa gəlmişlər. İddiaçı kreditlə əlaqədar ödənişləri vaxtlı-vaxtında ödəmiş, lakin gözlənilməz hal kimi iş yerindəki ixtisarlarla bağlı işini itirdiyindən və yeni iş tapa bilmədiyindən ödənişləri edə bilməmiş və avtomobili sataraq banka olan borcunu ödəmək qərarına gəlmişdir. Buna görə də, xxx küçəsində yerləşən avtosalonun işçisi X köməyi ilə müştəri tapmışdır. X2 (*ad iddia ərizəsində səhv göstərilib, göstərilən şəxs cavabdehə verilmiş etibarnaməni tərtib və təsdiq edən notariusdur) bütün öhdəlikləri üzərinə götürərək, banka olan borcu qəbul etməklə nəqliyyat vasitəsini müvafiq qaydada rəsmiləşdirilməsi üçün bütün səlahiyyətlərin etibarnamə ilə ona verilməsini istədiyindən iddiaçı ra zılaşaraq, ona Yasamal rayonu 14 saylı notariat kontorunda 28.04.2014-cü iltarixli etibarnamə vermişdir. Həmin şəxslə müvafiq sənədləşmə işlərinin aparılması üçün banka getmişlər, bankda sənədləşmə işləri üçün xeyli vəsait (3200 manat) tələb olunduğundan, X (*ad iddia ərizəsində yenidən səhv yazılıb) sənədləşməni daha sonra özü həll edəcəyini bildirmişdir. Lakin həmin şəxs heç bir rəsmiləşdirmə aparmadan iddiaçının adından banka borcun bir hissəsini ödəmiş və nəqliyyat vasitəsini etibarnamə ilə başqa şəxsə satmışdır. Bir müddət sonra bank tərəfindən iddiaçıya borcunun olması və hazırda ödənilmədiyi bildirilmişdir. Əldə etdiyi məlumata əsasən növbəti alıcılar borc məbləğindən heç bir ödəniş etməmişlər. Bundan başqa, sözügedən avtomobil başqa şəxsin istifadəsində olan zaman, yəni faktiki ola raq həmin avtomobili iddiaçı idarə etmədiyi müddətdə iddiaçıya dəfələrlə, Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələri ilə protokollar tərtib olunaraq, qeydiyyatda olduğu ünvana bildiriş gəlmişdir. Bununla bağlı dəfələrlə, Azərbaycan Respublikası DİNnə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə “Mersedes Benz GL 550 minik” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması istiqamətində sorğular göndərmişdir. Lakin sorğulara lazımi cavablar almamışdır. İddiaçı barəsində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası İXMnin müxtəlif maddələri ilə protokol tərtib olunduqdan sonra belə qənaətə gəlmişdir ki, Bakı şəhəri 14 saylı notariat kontorunda Cavabdeh vermiş olduğu ümumi etibarnaməni ləğv etdirsin. 25.12.2014-cü il tarixdə ərizə yazaraq, həmin etibarnaməni ləğv etdirmişdir. Etibarnamə ləğv olunan zaman mövcud olan hüquqlar da ləğv olunmalı idi, lakin Cavabdeh etibarnamə ilə əldə etdiyi əmlakı (nəqliyyat vasitəsini) iddiaçıya qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, o avtomobili satıb. Bank iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(011)- 8156/2014 saylı 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 30.01.2013-cü il tarixli 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borc. 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 ABŞ dollar (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) v ə 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X15” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz-GL 550” markalı **-VE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “X15” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8156/2014 saylı 05 dekabr 2014-cü il tarixli qərardadı ilə İddiaçı məxsus “Mersedes Benz-GL 550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qüvvədə olan qətnamədə nəzərdə tutulmuşdur ki, həmin əmlak hərrac vasitəsilə satılaraq, satışdan əldə edilən vəsait hesabına banka olan borc ödənilsin və artıq qalan vəsait İddiaçı ö dənilsin. Lakin Cavabdeh əmlakı qaytarmadığından həmin vaxt avtomobilin hərracda satılması mümkün olmamışdır. “Mercedes Benz-GL 550” markalı **VE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı əldə edərkən avtomobilin bank tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Avtomobilə 30 yanvar 2013-cü il tarixdə 70000 ABŞ dolları qiymət qoyularaq 40000 ABŞ dolları kredit verilmişdir. 28.04.2014-cü il tarixdə, yəni 1 il 3 ay sonra etibarnamə ilə cavabdeh X4 (*ad yenidən səhv yazılıb) satmışdır. Sənədləşdirmə işini cavabdeh öz üzərinə götürmüşdür. Lakin cavabdeh avtomobili öz adına rəsmiləşdirmədən etibarnamə ilə üçüncü şəxslərə vermişdir. Göründüyü kimi, 70000 ABŞ dolları dəyərində olan avtomobil saz vəziyyətdə bocluya verilmişdir. 14.09.2020-ci iltarixdə, yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb icra və probasiya şöbəsinə təhvil verildikdən sonra Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzində “Mersedes Benz GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilərək, ilkin satış qiyməti 35000 manat (20588 ABŞ dolları) müəyyən edilmişdir. Halbuki, 2014-cü il tarixdə həmin əmlakın dəyəri onun indiki qiymətindən qat-qat artıq olmuşdur və onun satışı ilə "xxxx" QSC-yə olan iddiaçının borcu tam ödənilə, məhkəmə qərarında qeyd edildiyi kimi qalan vəsait iddiaçıya qaytarıla bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsi 2014-cü ildən bəri icrasız qalmışdır. Beləliklə, cavabdeh vaxtında avtomobili qaytarsaydı, avtomobilin 1 il sonrakı qiyməti maksimum 10000 ABŞ dolları azala və avtomobil 60000 ABŞ dollarına satıla bilərdi. Cavabdeh in təqsiri ücbatından nəinki 13626 ABŞ dolları vəsaiti iddiaçıya qaytarıldı, əksinə avtomobil 35000 manata, yəni 20588 ABŞ dollarına hərracda satışa çıxarıldı. 46374.51 ABŞ dolları - 20588 ABŞ dolları = 25786 ABŞ dolları məbləğində borc qalır. Belə olan halda iddiaçıya 60000 ABŞ dolları - 35000 manat, yəni 20588 ABŞ dolları = 39412 ABŞ dolları və həmin məbləğin 5% həcmində illik 1970.60 ABŞ dolları x 6 il = 11823.60 ABŞ dolları, ümumilkdə 51235 ABŞ dolları zərər vurulmuşdur..
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) 08 aprel 2021-ci il tarixli, 2(001)- 1093/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən ona 51235 ABŞ dolları məbləğində maddi ziyan d əyməsini iddia etdiyi halda, bunu sübut edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 312-ci, “İpoteka haqqında” Qanunun 30.1-ci, Mülki Prossesual Məcəllənin 82.3, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5748/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-1093/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiy ası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X15” QSC arasında 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliyininin birinciyə verilməsi barədə müqavilə olmadığından, eləcə də iş üzrə sübutlarla tərəflər arasında İddiaçı 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyinin Cavabdeh veriləcəyi barədə razılaşmanın əldə edilməsi və “X15” QSC-nin bu razılaşmaya icazə verməsi təsdiq edilmədiyindən, avtomobilin satılıb-satılmamasından asılı olmayaraq, 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası iddiaçının özünə aid olmuşdur.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bu nun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
16. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
17. Bundan başqa iş üzrə sübutlarla tərəflər arasında ipoteka predmetinin özgəninkiləşdirməsinə dair müqavilənin olması da təsdiq edilməmişdir. Halbuki, iddiaçının həmin avtomobil üzərində mülkiyyətçi hüququ mövcuddur.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsinə əsasən ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanları n razılığından asılı ola bilməz.
19. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 24 dekabr 2014-cü il tarixli, 2(011)8156/2014 saylı qətnaməsi ilə mübahisəni həll edərkən 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyin İddiaçı aid olduğu nəticəsinə gəlmişdir.
20. Bundan başqa, iddiaçının avtomobili cavabdehə satması barədə dəlilləri özünün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsində əks olunmuş izahatı ilə təkzib olunmuşdur.
21. Belə ki, avtomobilə dair etibarnamə Cavabdeh 28.04.2014-cü il tarixdə verilsə də, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)8156/2014 saylı qətnaməsində əks olunmuş izahatında avtomobili may ayında satdığını bildirmişdir. Yanaşı yoxlanılmış sübutlarla is ə müəyyən edilmişdir ki, avtomobilə dair etibarnamə 2014-cü ilin may ayında X8 adlı şəxsə verilsə də, iddiaçı tələbini həmin şəxsə deyil, cavabdehə qarşı yönəltmişdir.
22. Məhkəmə kollegiyası iddiaçının dəlilləri üzrə onu da qeyd etməyi zəruri saymışdır ki, ipoteka ilə yüklü edilmiş avtomobilin real dəyərini qorumaq iddiaçının özünün borcu olduğundan və o, avtomobili özgəninkiləşdirmədən, yeni mülkiyyətçini 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyinin ona verilməsi barədə müqavilə bağlanması üçün banka təqdim etmədən, eləcə də 30.01.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə öhdəliyinin ona keçməsi barədə yeni mülkiyyətçi ilə razılaşma əldə etmədən, bu razılaşmaya “X15” QSC-dən icazə istəmədən ipoteka predmetini hər hansı təminat olmadan üçüncü ş əxsin sahibliyinə verməklə, zərərin yaranmasına şərait yaratmış, nəticədə ödənilməmiş öhdəliyə görə bank ona qarşı məhkəmədə iddia qaldırmış, uzun müddət istifadədə olan avtomobilin dəyəri azalmışdır.
23. Bundan başqa, iddiaçı Cavabdeh mübahisəli avtomobili qaytarmasını tələb etdiyini, lakin sonuncunun etibarnamə ilə əldə etdiyi əmlakı (nəqliyyat vasitəsini) iddiaçıya qaytarmaqdan imtina etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
24. Əksinə, iş materialları və tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin verdikləri izahatlarla müəyyən edilir ki, Cavabdeh iddiaçının etibarnamə ilə ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edərək mübahisəli avtomobilə dair 06.05.2014cü il tarixdə başqa şəxsə etibarnamə verməklə, etibar edilmiş əmlak üzr ə səlahiyyətləri ötürmüş və həmin vaxtdan avtomobil onun sahibliyində və istifadəsində olmamışdır.
25. Belə bir şəraitdə, cavabdeh tərəfindən iddiaçının əmlakına münasibətdə ona ziyan vurulmasına səbəb ola biləcək hər hansı hüquqa zidd hərəkətə yol verilməsi müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı et iraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya inst ansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
34. İpoteka verən əşyanın real dəyərini qorumağa borcludur. (maddə 312.1)
35. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. (maddə 312.4)
36. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. (maddə 522.1)
37. Əgər borcl u ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. (maddə 522.2) “İpoteka haqqında” Qanun
38. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. (maddə 30.1) Mülki Prossesual Məcəllə
39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
40. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
41. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)
42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
43. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5748/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.