Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1040/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı rayon məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Səlimov, iş 2(050)-798/2019) iddia qismən təmin edilmiş, X2 1640.31 manat məbləğində əsas, 1095.14 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konsti tusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan fazi borcu 161.96 manat olmaqla, cəmi 2897.41 manat borc və mübahisənini məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-2881/2019) Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon məhkəməsinin 14 iyun 2019-cu il tarixli dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və proses sual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmas ına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» ASC-nin “Masallı” filialı ilə cavabdeh X5 arasında bağlanmış və surəti işdə olan 26.11.2014-cü il tarixli, 995 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə cavabdeh X4 3000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bankla Cavabdeh2 arasında bağlanmış və surəti işə əlavə edilmiş 26.11.2014-cü il tarixli, 995/1 saylı zaminlik müqaviləsinə görə, zamin 26.11.2014-cü il tarixli, 995 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəlikl ərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. L.P.O «xxxx» ASC-nin L.Ə.S.F tərəfindən verilmiş 20 noyabr 2018-ci il tarixli, 10/H1168 nömrəli maliyyə arayışına görə, X3 banka olan borcu 1640.31 manat məbləğində əsas, 1095.14 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan fazi borcu (5%) 161.96 manat olmaqla, cəmi 2897.41 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 448.1, 477.0.4.-cü maddələrini tətbiq etmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayət inin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “..Öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlməsi halı qanunvericlliklə müəyyənləşdirilmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 26.05.2016-cı il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 21 yanvar 2019-cu il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xita m verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya M əhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1040/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1040/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver