Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1040/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1552/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 3995.72 (üç min doqquz yüz doxsan beş manat yetmiş iki qəpik) manat əsas borc, 2752.64 (iki min yeddi yüz əlli iki manat altmış dörd qəpik) manat faiz borcu və 3356.64 (üç min üç yüz əlli altı manat altmış dörd qəpik) manat dəbbə pulu cəmi 10105 (on min yüz beş) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Elşən Kazımov) 2(008)-8091/2015 nömrəli iş üzrə xx xxxxxxx 2015-ci il tarixl i qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 3995,72 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə ödənilməsi iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC-nin ləğv edicisi X2 Company” MMC tərəfindən apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Cəmilə Şəfiyeva və Vüqar Həsənov) xx xxxxxx 2016-cı il tarixli 2(103)-1552/2016 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti rədd edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8091/2015 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmə dən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək apelyasiya instansiyası məhkəməsində işə yenidən baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin iştirakını təmin etməmiş, həmçinin hazırki iş üzrə mübahisəli qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 138, 418.4.5-ci maddələrini tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərdən məhkəməyə kassasiya şikayətinə dair etiraz və ya izahatlar daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1552/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi və ya vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi: Maddə 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1552/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçının apellyasiya şikayətinə əsasən iddianın təmin edilməmiş hissəsində yoxlanılmış, cavabdehin narazı olduğu iddianın təmin edilmiş hissəsi isə apellyasiya baxışının predmeti olmamışdır. Belə olan halda Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021 -ci il tarixli 2(102)-1552/2016 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1552/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1040/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bak ı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1040/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1040/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver