Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1040/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1 və Zərdab Rayon Dövlət Notariat Kontoruna qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi (borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı pul barədə ilk, Cavabdeh İddiaçı1 və Zərdab Rayon Dövlət Notariat Kontoruna qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(107)-1132/2023 nömrəli mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 30 aprel 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı1 (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 22500 manat məbləğində borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22500 manat pul və ödənilmiş dövlət rüsumuna görə 158 manat, cəmi 22658 manatın alınıb on a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə həmkəndlidir. 2017-ci ilin sentyabr ayında cavabdeh ona yaxınlaşaraq ondan 22500 manat məbləğində faizsiz olaraq borc pul istəmiş və həmin pulu 5 il müddətinə qaytaracağına söz vermişdir. İddiaçı cavabdehin sözünə inanaraq xx.xx.2017-ci il tarixdə Zərdab rayon dövlət notariat kontorunda aralarında bağlanmış kredit Müqaviləsinə əsasən ona 22500 manat məbləğində pulu faizsiz olaraq xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə borc vermişdir. Lakin, cavabdeh nə verdiyi sözə, nə də imzaladığı müqavilənin şərtlərinə əməl etməyərək hazırki vaxta kimi ona borclu olduğu 22500 manat pulu qaytarmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borclu olduğu pulu ona geri qay tarmaqdan yayınır.
4. Cavabdeh öz növbəsində iddiaçı və Zərdab Rayon Dövlət Notariat Kontoruna qarşı qarşılıqlı iddia barədə ərizə verərək, Zərdab rayon Dövlət Notariat Kontorunun xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, yaşadığı Zərdab rayonunun Qoruqbağı kəndi və iddiaçının yaşadığı Sarıqaya kəndi qonşu kəndlərdir. Özü 2012-ci ilin iyul ayından, əsgərlikdən gəldiyi gündən Qoruqbağı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində işləmişdir. İddiaçı ona qoyun fermalarının olduğunu, oradan qazanılan pulları lazım olan şəxslərə faizə verdiyini demişdir. Müxtəlif vaxtlarda iddiaçıdan müxtəlif səbəblərdən 500 manat, 400 manat, 200 manat, 700 manat, 300 manat, 1600 manat borc götürmüş, bununla da ümumi borcu 3700 manat olmuşdur. İddiaçıya olan borcunu vaxtında qaytara bilmədiyi üçün borcu yığılaraq 6500 manat təşkil etmişdir. Sonradan iddiaçı ilə bu borc məsələsinin rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər. Şərtləri belə olmuşdur ki, maaşı 400 manat olmaqla, 5 il hər ay 375 manat, cəmi 22500 manat versin və həmin borca görə aralarında iddiaçı ilə kredit müqaviləsi bağlansın. Qorxusundan bu barədə razılaşaraq xx.xx.2017-ci il tarixdə iddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmışdır. İddiaçıya ayda 400 manat pul ödəmiş, 16 aydan sonra yenə borcu çoxalmış, aralarında ayda 250 manat pul ödəməyə razılığa gəldikdən sonra 9 ayda 250 manatdan pul ödəmişdir. Yanacaqdoldurma məntəqəsindən işdən çıxandan və yeni işə girdikdən sonra isə ev tikdirmək məqsədilə kredit götürd üyündən iddiaçıya pul ödəyə bilməmişdir. Əslində isə, borc götürdüyü pulları artıqlaması ilə qaytarmışdır. Aralarında sözügedən kredit müqaviləsini iddiaçı onu aldatma yolu ilə imzalamışdır. Kredit müqaviləsində borcun faizsiz verilməsi göstərilsə də, həmin pulun çox hissəsi faizlədir.
6. Məhkəmə iclasında dindirilən şahid X2 göstərmişdir ki, Ağcabədi rayonunda yerləşən hərbi hissədə işləmiş və iş yerinə yaxın olan Zərdab rayonunun Qoruqbağı kəndində 2018-ci ildə kirayə yaşamışdır, ona pul lazım olduğundan, iddiaçı ilə telefon əlaqəsi yaradaraq ondan ayda 50 manatdan ödəmək şərtilə 1500 manat borc pul almışdır. Özünə məxsus maaş kartını iddiaçıya vermiş və hər ay sonuncu onun maaş kartından 50 manat götürərək qalan pulu özünə vermişdir. Hər dəfə lazım olanda iddiaçıdan borc pul almış və iddiaçı onun maaş kartından 1 borcu götürmüş, qalan pulu isə ona vermişdir. Sonradan kartının vaxtı bitdikdən sonra ona yeni kart verilmiş, yeni kartı iddiaçıya verməmişdir. Bir müddət sonra iddiaçı ona borcunun 2700 manat olduğunu demiş və borcun hamısını tələb etmişdir. Borcu ödəməyə imkanı olmadığından iddiaçı onu hədələmişdir. Bu səbəbdən Ağcabədi rayonuna köçməli olmuşdur. Sonradan iddiaçı ona borcunun 3000 manat olduğunu, buna görə aralarında notarial müqavilə bağlamalarını bildirmiş və o ailəsinin təhlükəsizliyinə görə razılaşıb iddiaçı ilə kredit müqaviləsi bağlamışdır.
7. Məhkəmə iclasında X1 şahid qismində izahat verərək bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İddiaçıdan faizlə pul götürmüşdür. 2019-cu ilin yaz ayında 700 manat pul götürmüş, lakin, həmin pulların üstündə 105 manat əlavə faiz vermişdir.
8. Məhkəmə iclasında dindirilən şahid X2 göstərmişdir ki, cavabdeh onun oğludur. İddiaçı isə qonşu Sarıqaya kəndində yaşayır. İddiaçı yalan danışır. Belə ki, iddiaçı cavabdehə pul verən zaman oğlunun artıq evi tikilmiş, ailə həyatı da qurmuşdur. Oğlu iddiaçıdan bu məqsədlə pul almamışdır.
9. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyun 2023-cü il tarixli 2(035)-227/2023 nömrəli qətnaməsi ilə (hakim İ. Həsənquliyev) ilk iddia təmin olunmuş, cavabdehdən 22500 mаnаt məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 158 manat, cəmi 22658 manat pul alınaraq iddiaçıya verilməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqaviləyə əsasən cavabdeh kredit məbləğini ödəməyi öhdəsinə götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun kredit borcuna görə 22500 manat məbləğində borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün dəfələrlə cavabdehə xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərinə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməli və ilk iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması üçün məhkəməyə izahat verməkd ən savayı hər hansı bir sübut təqdim etməmişdir. Onun ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə izahatı iddiaçının izahatı ilə yanaşı yuxarıda adıçəkilən yazılı sübutlarla tam şəkildə təkzib olunmuşdur. Ona görə də qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 157.2, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 443.1, 448.1, 739.1, 739.2, 740.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yeni qətnamə çıxarılmas ını xahiş etmişdır.
15. Apellyasiya şikayəti iddia ərizəsində sadalanan hallara istinadən belə əsaslandırmışdır ki, iddiaçı onu yalan vədlərlə aldadıb notariata apararaq həddən artıq şişirdilmiş bir məbləğə kredit müqaviləsi imzalatmışdır. Halbuki onun verdiyi pul az miqdarda olub, lakin o özü ödəyə bilmədiyi üçün əlavə faizləri hesablayaraq 22500 manat borc yazdırmışdır. Həmin pulun çox hissəsi faizlərdir. Bundan başqa, məhkəmədə iddiaçının digər şəxslərə də faizə pul verərək onları da sələm bataqlığına salıb. Yaxından tanımadığı şəxslərə borc müqaviləsi imzalatmışdır. Məhkəmə iclasındakı şahid ifadələri bunu sübut edir. Cavabdehin ondan tələb etdiyi pul faiz məbləği olmasına baxmayaraq bağlanmış müqavilədə borcun faizsiz verilməsi şərtləndirilmişdir. Bu da qanunaziddir.
16. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəsatət təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixli Qanununun 24 avqust 2023-cü il tarixdən qüvvəyə minməsini nəzərə alsaq, verdikləri apellyasiya şikayətinə baxılarkən yeni hüquq normalarının tətbiqi zəruridir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası mə hkəməsi) 2(107)-1132/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, borc müqaviləsinin etibarsız hesab edilməsi üçün isə heç bir əsas müəyyən edilmir.
19. Məhkəmə kollegiyası, həmçinin, vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq no rmalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə iddianın əsasını təşkil edən kredit müqaviləsi xx.xx.2017-ci il tаrixdə bağlanmışdır. Yəni, mübahisəli hüquq münasibəti həmin tarixdə yaranmışdır. Belə olan halda, hazırki işə həmin tarixdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, iddianın dəlilləri obyektiv və ədalətli araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən yol verilmi ş qanun pozuntuları apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara münasibət bildirməmişdir. Əks təqdirdə ilkin iddiaçının gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verdiyinin fərqinə varar və ona lazımi hüquqi qiymət verərdi. b)
22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Mad də 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hall ara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.\ Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkə mə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. Cavabdeh kassasiya şikayətində göstərdiyi dəlilləri həm aşağı instansiya məhkəmələrində işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəz siz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həm in Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosess ual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1132/2023 nömrəli mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.