Məhkəmə qərarları › İş №2(102)-1041/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1041/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1041/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(050)-1038/2019 hakim A.A.Səlimov) iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX cavabdehlər Cavabdeh, X6 və X4 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh 3.636 manat əsas borc, 1.734 manat faiz borcu, 313 manat müqavilədın sonrakı müddətə hesablanmış faiz borcu olmaqla, cəmi 5.684 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(106)-2664/2019 hakimlər Z.B.Babayev, N.F.Mirzəyev, Q.B.Kərimov) `ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC Cavabdeh 30 ay müddətinə illik 26 % ödəmək şərti ilə 5.000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi eyni tarixdə bankla X6 və X7 arasında zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh, X6 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tər əfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına və təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş, Mülki Məcəllənin 477-ci maddəsi mübahisəyə düzgün tətbiq edilməməklə iş üzrə səhv nəticəyə gəlinmişdir. Belə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləyə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kredit müqviləsi üzrə öhdəlikləri tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyas ının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcu, o cümlədən gecikdirilmiş faiz borcunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. Hazırda iddiaçı a pellyasiya instansiya məhkəməsinin qətnaməsini iddianın zaminlərə münasibətdə rədd edilməsi hissəsində mübahisələndirir. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göründüyü kimi, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə zaminlik müqavilələri də bağlanmışdır. Həmin kredit müqaviləsinin icra müddəti xx xxxx 2017-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqavilələri üzrə onun təmin etdiyi öhdəliklərin icrası vaxtı xx xxxx 2017-ci il tarixdə başa çatmış, iddiaçı bank isə xx xxxxxx 2019-cu il tarixdə hazırkı iddia əri zəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank kredit müqaviləsinin icra müddəti bitdikdən qanunla nəzərdə tutulmuş bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən cavabdehlər X6 və X3 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu halda apellyasiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit və zaminlik müqavilələrinin bütün öhdəlikləri tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar