Məhkəmə qərarları › İş №2(102)-1042/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1042/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1042/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1042/2024 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5408/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları

1. Cavabdeh və İddiaçı arasında 13 mart 2022-ci il tarixli akta əsasən Cavabdeh İddiaçı olan 1.520.000 manat məbləğində borcunu 1 yanvar 2023-cü il tarixədək hissəhissə 10 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 2. 13 mart 2022-ci il tarixli akta əlavə ödəniş qrafikinə əsasən Cavabdeh İddiaçı olan 1.520.000 manat məbləğdə borcunu 1 yanvar 2023-cü il tarixədək hissə-hissə 10 ay müddətində hər ay 152.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş qrafiki iki dəfə pozularsa, bunun kobud pozuntu hesab olunduğu və tələbkar borclunu buna görə məhkəməyə verməyə haqlı olduğu şərtləşdirilmişdir.

3. İddiaçı "xxxx" MTK-nı bir sıra məhkəmə işlərində nümayəndə qismində təmsil etmişdir.

4. Cavabdeh "xxxx" MTK-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuşdur.

5. Cavabdeh B akı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-36/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3cü maddəsinə əsasən azadlıqdan məhrum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* manat məbləğdə pul vəsaiti və ödənilən 1490 manat məbləğdə dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun tərəfindən 13 mart 2022-ci il tarixində ******* manat məbləğdə pul vəsaiti borc kimi Cavabdeh verilmişdir. Cavabdeh borcun verilməsi 13 mart 2022-ci tarixli aktla rəsmiləşdir ilmiş və həmin akt cavabdeh və iddiaçı tərəfindən imza ilə təsdiq edilərək, video-yazı ilə lentə alınmışdır. Aktdan da aydın olur ki, Cavabdeh ******* manat ona olan borcunu 1 yanvar 2023-cü il tarixinədək hissə-hissə on ay müddətində ödəməyi öz öhdəliyinə götürdüyünü bildirmiş və aktı öz imzası ilə təsdiq etmişdir. Ödəniş qrafikindən görünür ki, 2022-ci il mart ayından dekabr ayına qədər müddət ərzində Cavabdeh hər ay 152000 manat ödəməli olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən aktda nəzərdə tutulan pul məbləğinin tam şəkildə ona ödənilməsi hələ də həyata keçirilməmişdir. Cavabdeh tərəfindən ona olan borc məbləğindən sadəcə 120000 manat məbləğdə pul vəsaiti qaytarılmışdır. Hazırda cavabdehin ona ******* manat məbləğdə borcu mövcuddur. Həmin şəxs hazırda 1 saylı İstintaq Təcrid xanasında saxlanılır və iş üzrə bir neçə şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır.

8. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında razılaşma olmasını qəbul etmiş, bu səbəbdən də danışıqlar yolu ilə məsələnin ya əmlak, ya da pul şəklində həll edilməsini təklif etmişdir. O, "xxxx" MTKnın rəhbəri deyildir və onun işlərini etibarnamə əsasında öz öhdəsinə götürmüşdür. Hazırki tələb üzrə öhdəlik isə "xxxx" MTK-nın öhdəliyidir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyun 2023-cü il tarixli, e-2(005)1395/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi rədd edilmişdir. 10.İddianı rədd edərkən birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəm ə tərəflər aralarında mövcud olan münasibətlərin məhz bağlanmış şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə aid olması qənaətinə gəlir. Məhkəmə, iddiaçının pul məbləğindən məhrum olmasında cavabdehin məsuliyyətinin olubolmaması məsələsinə də məhz tapşırıq müqaviləsi üzrə tərəflərin götürdükləri öhdəliklər baxımından qiymətin verilməli olmasını qeyd edir.

11. Tapşırıq müqaviləsinin işlərin konkret nəticə əldə olunmasına təminat vermədən icra edilməli olması ilə bağlı şərtinin tərəflər arasında mövcud olub-olmaması ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlə razılaşmalarının məhz konkret müsbət nəticə əldə edilməsi şərti ilə bağlandığını qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə aktlarından göründüyü kimi iddiaçı məhkəmə proseslərində Ca vabdeh deyil, «Çinar-An” MTK-nın nümayəndəsi qismində iştirak etmişdir. Eyni zamanda, iş materialları ilə iddiaçının Cavabdeh hüquqi yardım göstərməsi və ya onun hər hansı tapşırığını yerinə yetirməsi və tərəflər arasında olan razılaşmanın konkret nəticə əldə olunmasına təminat verərək bağlanması müəyyən edilmir. İddiaçı bu barədə tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1 və 779.2-ci maddələrinə istinad edən məhkəmə, iddiaçının pul məbləğindən məhrum olmasında cavabdehin məsuliyyətinin olub-olmaması məsələsinə də məhz tapşırıq müqaviləsi üzrə tərəflərin götürdükləri öhdəliklər baxımından qiymət verilməli olmasını qeyd etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, tapşırıq müqaviləsi üzrə vəkalət verənin məruz qaldığı ziyana görə vəkal ət alanın məsuliyyəti yalnız vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsindən ibarət halın müəyyən edilməsi ilə şərtləndirilmişdir. Vəkalət alanın vicdanlılıq dərəcəsinin ölçü meyarı kimi isə peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər və vəkalət verənin, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri ilə bağlı bildiyi və ya bilməli olduğu hallar nəzərdə tutulmuşdur.

14. Məhkəmənin mövqeyinə görə, hazırkı halda iddiaçının məruz qaldığı zərərə görə cavabdehin məsuliyyətini nəzərdə tutan bu şərtlərdən hər hansı birinin olması müəyyən edilməmişdir.

15. Digər tərəfdən məhkəmə vurğulamışdır ki, cavabdehin tapşırığın lazımi vicdanlılıq nümayiş etdirmədən etməsi də müəyyən edilməmişdir.

16. Birin ci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 778, 779, 783-cü maddələrinə istinad ilə əsaslandırmışdır. a)Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borc müqaviləsinin predmetini tapşırıq müqaviləsinə aid edərək, iddianı rədd etmişdir. Əsas olaraq isə vaxtilə Cavabdeh nümayəndəsi olduğu "xxxx" MTK-nı dəfələrlə məhkəmələrdə tapşırıq müqaviləsi əsasında təmsil etməyi göstərilmişdir. Məhkəmədə "xxxx" MTK-nı dəfələrlə təmsil edərək, öncədən Cavabdeh ilə danışığına əməl edərək onun nümayəndəsi olduğu və həmçinin müəssisənin maliyyə, vergi bor clarında maraqlı şəxs olaraq onunla razılaşmaya əməl edərək büdcəyə olan 4 milyona yaxın vergi borcu, maliyyə sanksiyası, faiz üzrə borcların ləğv edilməsi üzrə uğurla hüquqi yardım göstərmiş və öz üzərinə düşən işi yerinə yetirərək, bütün borcların hesablanmasına əsas olan qərarların ləğvi üzrə uğurlu nəticənin əldə edilməsinə nail olmuşdur. Ancaq bunun üçün hər hansı tapşırıq müqaviləsi tərtib edilməmişdir. Cavabdehlə razılaşmaya uyğun olaraq ödənilməli olan borc məbləğindən sadəcə 120000 manat ödənilməsi, qalan ******* manatın isə müxtəlif bəhanələrlə ödənilməsindən yayınması və sözünə əməl etməməsi həmçinin qarşılıqlı olaraq ödəmə şərtlərini belə təsdiq etdiyi müqavilə və akt şərtlərinə əməl edilməmişdir. Lakin iddianın predmeti olan ******* manat borcun ödənilməsi tapşırıq müqaviləsin ə əsasən deyil, Cavabdeh öz sözləri və öz imzası ilə təsdiq etdiyi akt və əlavəyə əsaslanmışdır. Cavabdeh özü də bu borc məbləğinin ödənilməsi barədə aktı və ödəmə şərtlərini təsdiq etmiş və borc müqaviləsinə əsasən ödənilməli pul vəsaitini ödəməyi öz üzərinə götürmüşdür. Buna görə də hesab etmişdir ki, borcun ödənilmiş hissəsi istisna olmaqla geri qalan ******* manat məbləğdə pul vəsaitini ona ödəməlidir. Borc müqaviləsinin predmetinin məbləği ******* manat olduğundan və məbləğ 3000 manatdan çox olduğu üçün müqavilə yazılı formada bağlanmışdır. Bu da müqavilənin etibarlı olmasını təmin edən şərtlərdən biri olan formanın tələblərinə riayət edildiyini göstərmişdir. Cavabdeh məhkəmə iclasında borcun məbləğini, ödənilmə şərtlərini imzası ilə təsdiq etdiyini, borcun ödənilməsi və mübahisənin aradan qaldırılması üçün vaxt istəmiş, həmin vaxt məhkəmə tərəfindən verilsə də borc ödənilməmişdir. Borc öhdəliyinin olduğunu təsdiq edən akt və ödəmə şərtləri barədə müqavilə isə yazılı formada və hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Məhkəmə sübutlara obyektiv, hərtərəfli baxdıqdan sonra həmin sübutlara əsasən hüquqi qiymət verməli idi. Lakin, borc müqaviləsini, o cümlədən müqavilənin imzalandığını sübuta yetirən video-lent yazının da olmasına baxmayaraq, hakim tapşırıq müqaviləsi olaraq qiymətləndirmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5408/2023 nömrəli, 10 oktyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikay əti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)-1395/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddianın obyektini iddiaçının əldə etməyə çalışdığı maddi nemət ******* manat pul vəsaiti təşkil etmiş və bu obyekt iddianın predmetinə daxil olmuş və müstəqil əhəmiyyət kəsb etməmişdir. İddianın faktiki əsasını isə 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki təşkil edir.

22. İddianın hüquqi əsası kimi iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 739 və 882-ci maddələrinə istinad etmişdir. Qeyd olunan normalar isə bor c müqaviləsi və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrini, müqavilənin forma və şərtlərini müəyyən edən normalardır. İddiaçı məhz bu normalara istinad etməsi ilə 13 mart 2022-ci il tarixli aktı mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirmiş və etiraf olunan borcun yaranma əsası kimi də birinci instansiya məhkəməsinin hüquqi əsas olaraq istinad etdiyi tapşırıq müqaviləsi deyil, borc müqaviləsi üzrə yarandığına istinad etmişdir.

23. Qeyd olunduğu kimi iddiaçı cavabdehlə aralarında borc münasibətlərinin olduğunu bildirmiş və öz tələbinin faktiki əsası kimi borcun etirafı barədə mücərrəd müqaviləyə istinad etmişdir.

24. Birinci instansiya məhkəməsi isə iddianı tapşırıq münasibətlərinə aid müddəalara əsaslanmaqla rədd etmi şdir. Halbuki, MPM-in 53-cü və 218-ci maddələrinin məğzinə əsasən, iddianın əsasını və ya predmetini dəyişmək yalnız iddiaçının müstəsna hüququdur və bu hüquqdan istifadə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür. Məhkəmə isə məhkəmə baxışının hədləri baxımından iddianın faktiki əsası və predmetindən asılı olmaqla, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Məhkəmə kollegiyası izah etmişdir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkün lüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, dispozitivlik prinsipi baxımından pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız MPM-in 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.

27. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə q arşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının mübahisə etmədiyi predmet barədə qətnamə qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir.

29. Borcun mövcudluğu ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının "xxxx" MTK-nı məhkəmələrdə təmsil etməsi, şifahi olaraq müəyyən məbləğdə vergi borclarının silinməsi barədə öhdəlik götürməsi və bu öhdəliyi yerinə yetirməsi mübahisələndirilməmiş və məhkəmə kollegiyası bu xüsusatlara işin mübahisələndirilməyən halı kimi qiymət vermişdir.

30. Məhkəmə kollegiyası son olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının müqavilə kimi qiymətləndir diyi 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki öz-özlüyündə etibarsız əqddir. Belə ki, həmin əqd fiziki şəxs olaraq Cavabdeh iddiaçıya heç bir borcu olmadığı halda onun öz üzərinə öhdəlik götürməsi şərtini özündə əks etdirnişdir. Müqaviləyə (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) verilən anlayışın özündə “mövcud” sözünün işlənməsi də onu təsdiq etmişdir ki, bu əqdin bağlanması üçün borc mövcud olmalıdır ki, həmin borc etiraf edilsin. Lakin, iddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etdiyi və qətnamənin 3-12-ci bəndlərində qeyd olunan məhkəmə qərarları da onu təsdiq etmişdir ki, münasibətlər hüquqi şəxs olaraq "xxxx" MTK ilə iddiaçı arasında olmuşdur və cavabdeh hüquqi şəxsin rəhbəri olaraq aktı imzalamışdır. Yəni, ******* manat borc mövcud olduğu təqdirdə belə, iddiaçı tərəfindən fiziki şəxs olaraq Cavabdeh nə borc olaraq pul vəsaiti verilmiş, nə də xidmət göstərilmişdir.

31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 739.1, 739.2, 740.1, 740.2, 882.1, 882.2, 882.5-ci Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsi, cavabdehdən 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumlarının iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin predmetinin məbləği 1.520.000 manat olmuş, müqavilə, akt yazılı formada bağlanmışdır. Cavabdeh öz borcunu təsdiqləmişdir. Bu da, müqavilənin etibarlı olmasını təmin edən şərtlərdən biri olan formanın tələblərinə riayət edildiyini göstərir. Hacıyev Nofel məhkəmə iclasında borcun məbləğini, ödənilmə şərtlərini imzası ilə təsdiq etdiyini, borcun ödənilməsi və mübahisənin aradan qaldırılması üçün vaxt istəmiş, həmin vaxt məhkəmə tərəfindən verilsə də, borc ödənilməmişdir. Borc öhdəliyinin bir hissəsinin yerinə yetirilməsi məhkəmədə səsləndirilmiş, tərəfin etirafları, faktı təsdi q edən akt və ödəmə şərtləri barədə müqavilə isə yazılı formada və hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Sözügedən qətnamədə həqiqəti təşkil edən odur ki, tərəf öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Məhkəmə bunu qətnamədə göstərməmiş, faktlara düzgün qiymət verməmişdir. Məhkəməyə təqdim edilən sübutlara tam qiymət verməmişdir. Yazılı olaraq qarşılıqlı razılaşmanın mövcud olmasına onun şərtlərinə, tərəfin öhdəliyi qismən icra etməsinə qiymət verməmişdir. Məhkəmənin yanaşması formal xarakterli olmuş, əsas faktlara, sübutlara heç bir hüquqi qiymət vermədən toxunmuşdur. İşin halını sübut edən akt və ödəmə şərtlərini imzalayan cavabdehin 120.000 (yüz iyirmi min) manat ödəməsi, müvafiq sənədi öz imzası ilə könüllü olaraq imza etməsi halı işin əsas mahiyyətini təşkil edir. Məhkəmə nin mövqeyində öhdəliyin qismən yerinə yetirilməsi və tam yerinə yetirilmə şərtlərinin pozulması halına hüquqi qiymət verilməməsi, işin mahiyyətinin dəyişdirilməsi, Cavabdeh olmasına baxmayaraq işin içərisində MTK ilə dəyişdirilməsinə cəhd göstərilməsi, fakt və sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməməsi, tərəflərin hüquqi münasibətlərinin əsasını təşkil edən borcun etirafını təsdiq edən sənədə, öhdəliyin icra edilməməsinə düzgün hüquqi qiymət verilməməsi müşahidə olunmuşdur. Məhkəmə qətnaməsində sübutların faktiki əhəmiyyətini qəbul etsə də, yekun məhkəmə aktında nəzərə almamışdır. Məhkəmə sadəcə mövqeyini bildirmiş, lakin, cavabdehin etirafını, ödəniş qrafikini təsdiq etməsinə heç bir münasibət bildirməmişdir. Sübut kimi bir çox fakta nəzər yetirməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448, 449,450, 739,740.2, 882.1, maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

36. Maddə 882.2. Bu Məcəllədə nəzərdə t utulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heçbir etiraz irəli sürülə bilməz.

37. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

38. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

39. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

53. Belə ki, apelyasiya məhkəməsi hazırki iş üzrə iddiaçının 13 mart 2022-ci il tarixli aktını mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətl əndirərərk etiraf olunan borcun yaranma əsası kimi göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin hüquqi əsas olaraq tapşırıq müqaviləsinə istinad etməsini düzgün hesab etməmiş, lakin iddiaçının müqavilə kimi qiymətləndirdiyi 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki öz-özlüyündə etibarsız əqd hesab etmiş və qeyd etmişdir ki, həmin əqd fiziki şəxs olaraq Cavabdeh iddiaçıya heç bir borcu olmadığı halda onun öz üzərinə öhdəlik götürməsi şərtini özündə əks etdirmişdir. Müqaviləyə (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) verilən anlayışın özündə “mövcud” sözünün işlənməsi də onu təsdiq etmişdir ki, bu əqdin bağlanması üçün borc mövcud olmalıdır ki, həmin borc etiraf edilsin.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafikinin mövcud borcun etirafı haqqında müqavilə kimi etibarsız olması barədə mövqeyi Mülki Məcəllənin 882-ci maddəsinin tələblərinə uyğun olmamışdır.

55. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və və zifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

56. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun.

57. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.

58. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yet irilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

59. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 13 mart 2022-ci il tarixdə cav abdehin iddiaçıya 1.520.000 manat məbləğində borcunun olması barədə sadə yazılı əqd tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında tərtib edilmiş 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki (sadə yazılı əqd) əslində məzmununa görə borcun etirafı haqqında mücərrəd müqavilədir, tərəflər arasında borc razılaşma yolu ilə etiraf olunmuşdur.

61. Cavabdeh belə bir əqdin tərtib və imzalandığını, borcu etiraf etdiyini və həmin borcdan 120.000 manat ödədiyini mübahisələndirməmiş, sadəcə həmin əqddə göstərilən borcun ona yox "xxxx" MTK-ya aid olduğunu, bu əqd üzrə öhdəlliyin MTK tərəfindən icra edilməli olduğunu göstərmişdir.

62. Apellyasiya məhkəməsi isə həmin əqdin məzmununu düzgün təfsir etməmiş, hə min sənədin yazılı olmasını, məzmunundan cavabdehin iddiaçıya 1.520.000 manat məbləğində borcunun olmasını etiraf etdiyini, yəni müqavilənin mühüm şərtlərinin həmin əqddə əks olunduğunu nəzərə almamış, həmin sənədi tərəflər arasında həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut kimi qəbul etməmiş, bu əqdi özlüyündə etibarsız əqd hesab etmiş və qeyd etmişdir ki, həmin əqd fiziki şəxs olaraq Cavabdeh iddiaçıya heç bir borcu olmadığı halda onun öz üzərinə öhdəlik götürməsi şərtini özündə əks etdirmişdir.

63. Lakin apelyasiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) qüvvəsi üçün yaln ız bir şərt vardır ki, o da borc öhdəliyinin yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilməsidir. Həmçinin Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən borcun etiraf edilməsi haqqında müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu şərtlə ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmasın.

64. Yazılı şəkildə tərtib edilmiş və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş borcun etirafı haqqında müqaviləyə əsasən borclu başlıca əqddən irəli gələn müəyyən borcu etiraf edir. Borclu başlıca əqddən təcrid edərək seçdiyi borcu etiraf edir və bu əqdin etibarlılığı öz əsası olan əqdin məqsədindən asılı deyildir.

65. Məhkəmə kolle giyası hesab edir ki, apelyasiya məhkəməsinin heç bir borcu olmadığı halda cavabdehin öz üzərinə öhdəlik götürməsi barədə xx.xx.2022-ci il tarixli əqdi etibarsız olması barədə gəldiyi nəticə əsaslandırılmamış və yuxarıda qeyd edilən borcun etirafı haqqında müqavilənin hansı əsaslara görə qüvvəsinin olmaması və yaxud başlıca əqddən irəli gələn hər hansı etirazın irəli sürülməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan hansı göstərişlərin olması dəqiq göstərilməmiş, Mülki Məcəllənin 882-ci maddəsinin tələbləri işə düzgün tətbiq edilməmişdir.

66. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının d ispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

67. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib68. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə ya ranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.

69. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.

70. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

71. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

72. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir.

73. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilməlidir, çünki iş üzrə ye ni qərarın qəbul edilməsinə əsas verən hallar müəyyən edilməmişdir.

74. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5408/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar