Məhkəmə qərarları › İş №2(102)-1044/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1044/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1044/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(050)-1391/2019 s aylı qətnaməsi (hakim Səlimov Ayaz Aydın oğlunun sədrliyi ilə) iddianın qismən təmin edilməsi, İddiaçı1 oğlundan 3009.09 manat məbləğində əsas, 259.86 manat məbləğində faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu (5%) 338.52 manat məbləğində olmaqla, cəmi 3607.47 manat məbləğində borc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi ƏSF-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ə.Ə.Novruzov, hakimlər İ.H.Əhmədov və F.K.Soltanov, iş № 2(106)-2999/2019) i ddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Masallı Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(050)-1391/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi ƏSF cavabdehlər İddiaçı1 oğluna və Cavabdeh2 oğluna qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 oğlundan və Cavabdeh2 oğlundan 3009.09 manat məbləğində əsas, 1371.15 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 338.52 manat borcun və mübahisənini məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödən ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilmişdir. Həmin müddət isə bitməmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Hesab edirlər ki, Şirvan Apellyasiya Məhkəməsi tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qo ymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli 2(106)-2999/2019 saylı qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məh kəməsinin MK-nın qəbul etdiyi 2(106)-2999/2019 saylı 30 sentyabr 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materia llarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «xxxx» ASC-nin “Masallı” filialı ilə cavabdeh İddiaçı1 oğlu arasında bağlanmış 03.04.2014-cü il tarixli, xsaylı kredit müqaviləsinə əsasən bank illik 26 faiz dərəcəsi olmaqla 30 ay müddətinə cavabdeh İddiaçı1 oğluna 6000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kredi tdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya kollegiyası tərəfindən iş materiallarında olan Bankla cavabdeh Cavabdeh2 oğlu arasında bağlanmış 03.04.2014-cü il tarixli, 256/1 saylı zaminlik müqaviləsi əsasında müəyyən edilmişdir ki, zamin 03.04.2014-cü il tarixli, xsaylı kredit müqaviləsi üzrə borclu İddiaçı1 oğlunun Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi ƏSF-nin 17 yanvar 2019-cu il tarixli, **********331 nömrəli maliyyə arayışla müəyyən edilmişdir ki, İddiaçı1 oğlunun banka olan borcu 3009.09 manat məbləğində əsas, kredit müqaviləsinin müddətinin bitmə tarixinə 259.86 manat faiz, kredit müqaviləsi üzrə mü ddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan fazi borcu (5%) 338.52 manat təşkil edir. Mülki işə əlavə edilmiş bildirişin və xəbərdarlığın surətləri əsasında müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti həm borcalan İddiaçı1 oğluna, həm də zamin Cavabdeh2 oğluna xəbərdalıq etməklə və bildiriş göndərməklə banka olan kredit borcunu vaxtında qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faizləri ödəməsini bildirmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, borclu İddiaçı1 oğlu 30 aprel 2014-cü il tarixli, xsaylı kredit müqaviləsinə əsasən kreditor “xxxx” ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəym iş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə olunmuş 30 aprel 2014-cü il tarixli, xsaylı kredit müqaviləsində göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdır. Ona görə də belə nəticəyə gəlinmişdir ki, cavabdeh icra edilməyən digər məbləğlər üçün də cavabdehdir. Lakin Bank tərəfindən verilmiş iddia ərizəsində İddiaçı1 oğlunun faiz üzrə borcunun 1371.15 manat olduğu göstərilsə də, həmin təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında borclunun kredit müqaviləsinin müddətinin sonuna olan faiz borcunun 259.86 manat olduğu qeyd edilmişdir. Digər cavabdeh Cavabdeh2 oğluna münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, 30 aprel 2014-cü il tarix li, xsaylı kredit müqaviləsi üzrə əsas borclu İddiaçı1 oğlunun “xxxx” ASC qarşısında əsas öhdəliyinin icrasını təmin etmək üçün cavabdeh Cavabdeh2 oğlu ilə 30 aprel 2014-cü il tarixli, 256/1 saylı zaminlik müqaviləsi bağlanmışdır və öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsi ilə müəyyən edilmişdir ki, əsas öhdəliyin icrası vaxtı 01 aprel 2016-cı il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı 11 aprel 2019-cu il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 oğluna qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin e dilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilmişdir ki, 30 aprel 2014-cü il tarixli, xsaylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmaqla müqavilə müddətinin 2016-cı il tarixdə başa çatmasına baxmayaraq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zaminə qarşı kredit borcunun qaytarılması tələbi ilə 11 aprel 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya kollegiyası belə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işin faktiki halı olaraq tərəflər arasında 30 aprel 2014-cü il tarixli, xsaylı kredit müqaviləsi bağlanılmaqla tələb hüququnun kreditor “xxxx” ASC-yə veri lməsi, bununla da onların arasında öhdəlik münasibətlərinin yaranması və rəsmiləşdirilməsi həm borclunun, həm də iddiaçı təşkilatın qarşılıqlı razılığı əsasında baş tutmuşdur. Apellyasiya kollegiyası həmçinin, hesab etmişdir ki, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilsə də və zaminliyə xitam verilməsinin əsasları göstəriləsə də, müqavilənin bu şərtləri Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. Belə ki, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları konkret olaraq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrini Azərbaycan Respulikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 470.1, 472.1, 477-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilmişdir. Həmin müddət isə bitməmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Hesab edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi Bankın iddia tələbinin cava bdeh Cavabdeh2 oğluna münasibətdə təmin edilməməsinə dair hissəsi ləğv olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərin təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7- ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiy a şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli 2(106)-2999/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar