Məhkəmə qərarları › İş №2(102)-1045/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1045/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1045/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərX5na və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-2992/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Vəkil tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlərX5na və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X5ndan və Cavabdeh2 2158.28 manat məbləğində əsas, 1655.65 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 260.78 manat faiz borcun və mübahisənini məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(050)-1017/2019 saylı qətnaməsi (hakim Səlimov Ayaz Aydın oğlunun sədrliyi ilə) iddianın qismən təmin edilməsi,X5ndan 2158.28 manat məbləğində əsas, 338.85 manat məbləğində faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu (5%) 260.78 manat məbləğində olmaqla, cəmi 2757.91 manat borc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq L.P.O «xxxx» ASC-nin L.Ə.S.F-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Novruzov - sədrlik edən və məruzəçi, İ.Əhmədov və F.Soltanov) xx.xx.2019-cu il tarixli 2(106)-2992/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (050)-1017/2019 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləy ə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 41 5.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində yalnız iddianın Cavabdeh2 münasibətdə (ondan pul tutulması hissəsində) təmin edilməməsi hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin həmin hissəsinin qanuniliyini yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: İddiaçı «xxxx» ASC-nin “Masallı” filialı ilə cavabdehX5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 48 saylı kredit müqaviləsinə əsasən bank illik 30 faiz dərəcəsi olmaqla 18 ay müddətinə cavabdehX5na 3000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank la Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 48/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2015-ci il tarixli, 48 saylı kredit müqaviləsi üzrə borcluX5nın Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. L.p.o «xxxx» ASC-nin L.Ə.S.F-nin xx xxxxxx 2019-cu il tarixli, **********074 nömrəli maliyyə arayışına əsasənX5nın banka olan borcu 2158.28 manat məbləğində əsas, kredit müqaviləsinin bitmə tarixinə 338.85 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu (5%) 260.78 manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, zaminin öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliy in yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx xxxxx 2016-cı il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı xx xxxxxx 2019-cu il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 48 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmaqla müqavilə müddətinin 2016-cı il tarixdə başa çatmasına baxmayaraq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zaminə qarşı kredit borcunun qaytarılması tələbi ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əg ər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci, 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməsi əsasları nəzərdə tutulmuşdur: -477.0.4-cü maddəsinə əsasən zaminlik m üqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləyə xitam verilməsi hallan müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən normaların tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilsə də və zaminliyə xitam verilməsinin əsasları göstərilsə də, müqavilənin bu şərtləri Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. Belə ki, Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsnin iş üzrə qəbul etdiyi qətnaməsini mübahisələndirilən hissədə qüvvədə saxlayarkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(106)2992/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar