Məhkəmə qərarları › İş №2(102)-105/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-105/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-105/2021 25.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X3, X8, X17, Cavabdeh5 və X23 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka saxlayanın ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılma tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X10 ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X11, cavabdehlər X2, Cavabdeh5 və sonuncunun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-112/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayə tlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxxxxx 2010-cu il tarixli, 03M000000759 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə cavabdeh X5 (bundan sonra – cavabdeh və ya Borcalan) arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təmini kimi cavabdeh X17 məxsus Sumqayıt şəhəri, XXXda istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 54,81 kv.m ümumi, 31,35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzili (bundan sonra – ipote ka predmeti olan mənzil) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 22495,02 manat müəyyən edilmişdir. xx xxxxxx 2010-cu il tarixli, 759 saylı sazişə əsasən Bankla Borcalan arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi ilə, yəni kreditin məbləğinin 1.000.000 manat, müddətinin 163 ay müəyyən edilməsi ilə əlaqədar Bankla cavabdeh X24 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli, 03M000000759 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmışdır. İpoteka predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2011-ci il tarixli, 17M000000279 saylı ipoteka müqaviləsinə əsasən Bankla Borcalan arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində (xüsusi mülkiyyətdə olan) 0,0225 ha torpaq sahəsində yerləşən 366,2 kv.m ümumi, 156,4 kv.m yaşayış, 209,8 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 257 nömrəli fərdi yaşayış evi (bundan sonra - ipoteka predmeti olan fərdi yaşayış evi) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 192.535,20 manat müəyyən edilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(0 60)-5651/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Bank və X3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, X1, X12, X6, X14, X7 və Cavabdeh5 müştərək qaydada 17R000001829 saylı kredit razılaşması üzrə 163782,58 ABŞ dolları əsas borc, 31942,73 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 5060,25 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, cəmi 200785,56 ABŞ dolları; 017R********** saylı kredit razılaşması üzrə 35843,03 ABŞ dolları əsas borc, 7311,31 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 1053,29 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 44207,63 ABŞ dolları və 017K000000115 kredit razılaşması üzrə 4998,57 ABŞ dolları əsas borc, 833,03 ABŞ dolları faiz borcu, kredit in gecikdirilməsinə görə hesablanmış 87,50 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 5919,10 ABŞ dolları, ümumilikdə hər üç kredit razılaşması üzrə 250912,29 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X3, X8, X17, Cavabdeh5 və X23 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 250912,29 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun, eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetləri olan Cavabdeh5 məxsus fərdi yaşayış evinə və X17 məxsus mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, həmçinin mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X15 və X19 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Borcalan sözügedən kredit xətti müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini tam icra etmədiyindən qanuni qüvv əyə minmiş məhkəmə qətnaməsi ilə qeyd edillən məbləğdə borc müəyyən edilmişdir və bu borc həmin kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olan ipoteka predmetlərinə yönəldilməlidir. İşə baxlakən alınmış “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə Cavabdeh5 məxsus və ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 210000 manat müəyyən edilmişdir. “S-X16 Mərkəzi” MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə Cavabdeh5 məxsus və ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 350000 manat, X17 məxsus və ipoteka predmeti olan mənzilin bazar dəyəri 45000 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-995/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia qismən təmin edilmiş, ipoteka predmetləri olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 350000 manat və mənzilin ilkin satış qiymətinin 45000 manat olmaqla açıq hərracdan satılmaları və satışdan əldə olunan vəsait hesabına Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-5651/2016 saylı qətnaməsi ilə cavabdehlər X1, X12, X6, X14, X4 və Cavabdeh5 müştərək qaydada Bankın xeyrinə tutulması qət edilmiş ümumilikdə 250.912 ABŞ dolları 29 sent məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 20 manatın, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu üçün ödənilmiş 30 manatın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün 20 manat və 40 manat xidmət haqqına yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satı şından artıq qalan məbləğin Cavabdeh5, mənzilin satışından artıq qalan məbləğin X17 qaytarılması qət edilmiş, iddia tələbi fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X15 və X19 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması hissələrində təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Borcalan sözügedən kredit xətti müqaviləsi və kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulacaq məbləğin ipoteka predmetlərinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılması hissədə iddia tələbi əsaslıdır. B ununla belə, iddia tələbi ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və ipoteka predtmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər X15 və X19 həmin mənzildən çıxarılması, mənzilin boşaldılmasına aid hissədə təmin edilməməlidir. Belə ki, qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsas olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o, satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yəni mülkiyyətçi könüllü tərk etmədikləri halda hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.4, 270.1, 276.1, 297, 298, 317, 319.1, 319.6, 385.1, 386.1, 442, 449.1, 467, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı, həmçinin cavabdehlər X5 və X13 apellyasiya şikayətləri vermişlər. Apellyasiya baxışı zamanı alınmış “xxxx” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, Cavabdeh5 məxsus və ipoteka predmeti olan fərdi yaşayış evinin xx xxxxxxxx 2019-cu il tarixinə bazar dəyəri 240000 manat; cavabdeh X17 məxsus və ipoteka predmeti olan mənzilin xx xxxxxxxx 2019-cu il tarixinə bazar dəyəri 42000 manat təşkil edir. “xxxx” MMC-nin QXM/290M saylı, xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, Cavabdeh5 məxsus və ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 350000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-112/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh5 məxsus və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 288000 manat müəyyən edilmiş, qalan hissələrdə qətnamə apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulacaq məbləğin ipoteka predmetlərinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, cavabdeh X17 məxsus və ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin ekspert rəyləri ilə müəyyən edilmiş dəyərləri arasında kəskin fərq olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Cavabdeh5 məxsus və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətini müəyyən edərkən iş üzrə keçirilmiş qiymətləndirmə rəylərində göstərilən dəyərlərin orta qiymətini (210000+350000+240000+350000):4=287500 manat) əsas götürərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, həmin evin açıq hərracda ilkin satış qiyməti yuvarlaqlaşdırılmaqla 288000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələblərinin ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılmaları hissələrində birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X20) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – “ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılmasının təmin edilməməsi” hissələrində, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması hissəsində ləğv olunması və həmin hissələrdə də iddia tələbinin təmin olunması, ekspertiza xərcinin cavabdehlərə aid edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Halbuki iş üzrə ekspertizalar cavabdehin vəsatətinə əsasən təyin edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəzərə almamışdır ki, cavabdehlər mülkiyyətində olan əmlakları ipoteka ilə yüklü edərkən həmin əmlaklara tutma yön əldikdə onları qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Cavabdeh5 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə yetərincə araşdırma aparmamış, ipoteka predmeti olan fərdi yaşayış evinin faktiki dəyərindən çox aşağı olan qiymətləndirmə rəylərinə istinad edərək, iş üzrə qeyri-qanuni, ədalətsiz və qərəzli qətnamə çıxarmış, eyni zamanda təkcə ekspert rəyinə əsaslanmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icl asında iştirak edən iddiaçının vəkili iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin, cavabdehin kassasiya şikayətinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər X5 və Cavabdeh5, sonuncunun vəkili Vəkil iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin, iddiaçının kassasiya şikayətinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərinin dəlillərinə əsasən apellyasiya instansiya sı məhkəməsinin aktı ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması tələblərinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin pre dmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan i poteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşa yış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. MPM Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin bir hissəsinin iddiaçıdan tutulması və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də cavabdehlər şikayət vermiş, hər iki şikayət qismən təmin edilmiş və apellyasiya instansiyası məhkəməsi MPM-in 119.1-ci maddəsinə əsasən qiymətləndirmə xərcinin bir hissəsini iddiaçıya aid etmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi ilkin satış qiymətlərini iş üzrə keçirilmiş bütün rəylərə MPM-in 103-cü maddəsinə əsasən məcmu şəkildə qiymət verərək müəyyən etmiş və bu zaman prosessual hüquq normasının tələblərini pozmamışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmet i olan əmlakların boşaldılması tələbinin təmin olunmaması hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü madəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpote ka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Qanunun 59.4-cü maddəsinin tərəflər arasında ipoteka hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə tələb yalnız ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra yeni mülkiyyətçi (hüquq sahibi) tərəfindən irəli sürülə bilər. Nəzərə alınmalı dır ki, “İpoteka haqqında” Qanunun 59-cu maddəsi “İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi” adlanır. Bu baxımdan ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun ayrılmaz hissəsi kimi nəzərdən keçirilməli və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda bir icraatda həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yeni mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda təmin olunması qanunvericiliyin məqsədlərinə zidd olardı. Qanunun 59.4-cü maddəsindən də görünür ki, qanunvericilik həmin maddədə göstərilən halda və müddətdə müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında yaşayış sahəsinin boşaldılmas ı qaydasını müəyyən edir. İstinad olunan maddə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini bir ay ərzində tərk etmədikdə yeni məhkəmə aktının qəbul olunmasını istisna edir və məhz tutma yönəldilməsi barədə məhkəmə qərarını həmin şəxslərin yaşayış sahəsindən məcburi çıxarılması əsası kimi müəyyən edir. Qanunun mənasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca göstərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. Bununla bağlı yeni mülkiyyə tçinin ayrıca iddia ilə məhkəmədə iddia qaldırmasına zərurət yoxdur. Diqqətəlayiqdir ki, “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin yeni redaksiyasına əsasən də həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Ona görə də iddiaçının kassasiya şikyəti qismən təmin edilməli, apelyasiya instansiya məkəməsinin qətnaməsi ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyə tinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-112/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən – ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh5 kassasiya şikayəti təmin olunmasın. Qətnamə iş üzrə keçirilmiş qiymətləndirmə xərcinin bir hissəsinin iddiaçıya aid edilməsi və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar