Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-105/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-105/23 (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(103)4617/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, 22 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC tərəfindən borcalanlar Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 33 saylı evdə yerləşən 19 mərtəbəli, “İzmir” yaşayış kompleksi, 1-ci giriş, 7-ci mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 110,6 kv.metr olan 17 saylı mənzilini almaq üçün 180 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 150.000 ABŞ dolları kredit verib; İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan-borcalan Cavabdeh2 və birgə borcalan Cavabdeh1 arasında bağlanmış 22 aprel 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən, sözügedən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin ediləsi üsulu kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh 2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 275.08 kv.metr, o cümlədən yaşayış sahəsi 131.7 kv.metr olan bağ evi, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi ilə birlikdə Bankın xeyrinə ipoteka ilə yüklü edilib. Tərəflərin qarşılıqlı razılışmasına əsasən ipoteka ilə yüklü edilmiş əmlak 216.000 manat məbləğində qiymətləndirilib; 24 aprel 2009-cu il tarixli Çıxarışa əsasən Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı bağ evi "xxxx" ASC-nin xeyrinə 180 ay müddətinə ipoteka ilə yüklü edilib; Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 fevral 2017-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 334 6Q/1 saylı bağ evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınıb; İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 10 oktyabr 2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə Banka olan borclarını 3 gün müddətində ödəmələri təklif edilib, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilib; İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göndərilmiş bildirişdən görünür ki, cavabdehlərdən ipoteka krediti üzrə öhdəliklərini 3 iş günü ərzində həyata keçirilmələri tələb edilib, əks təqdirdə, Bank tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirlər həyata keçiriləcəyi barədə məlumat verilib; "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi haqqında 30 noyabr 2018ci il ta rixli rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 3346 və 3346Q/1 saylı bağ evinin hazırki satış (likvid) qiyməti 120.000 manat təşkil edir; LPO İddiaçı ASC tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 13 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə 23 yanvar 2019-cu il tarixə əsas borcu 121.506,25 ABŞ dolları, faiz borcu 61.400,82 ABŞ dolları, cərimə 6.078,27 ABŞ dolları olmaqla, cəmi 188.985,34 ABŞ dollar təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2019-cu il tarixli ekspert rəyinə əsasən, 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin 31 avqust 2017-ci il tarixə Banka olan əsas borcu 135.616,86 ABŞ dolları, fa iz borcu 38.334,37 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin Banka olan əsas borcu 135.038,30 ABŞ dolları, faiz borcu 68.866,36 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir; 25 avqust 2017-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 121.506,25 ABŞ dolları əsas, faizə görə 61.400,82 ABŞ dolları, cəriməyə görə 6.078.27 ABŞ dolları olmaqla, cəmi 188.985,34 ABŞ dolları kredit borcunun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçıya ödənilməsi; tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, ümumi sahəsi 275.08 kv.metr, o cümlədən yaşayış sahəsi 131.7 kv.metr olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun iddiaçıya ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qal an hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, ümumi sahəsi 275.08 kv.metr, o cümlədən yaşayış sahəsi 131.7 kv.metr olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin bağ evinə və 0.08 ha olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin bağ evindən çıxarılması, həmin bağ evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər “birgə borcalan” qismində Bankdan 180 ay müddətinə, illik 16 faizlə 150.000 ABŞ dolları kredit götürüblər. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, ümumi sahəsi 275.08 kv.metr, o cümlədən yaşayış sahəsi 131.7 kv.metr olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evini, ümumi sahəsi 0.08 ha torpaq sahəsi ilə birlikdə 22 aprel 2009-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınıb. 22 aprel 2009-cu il tarixli kredit müqaviləsinə görə iddiaçı cavabdehlərdən ardıcıl olaraq 30 gündən artıq müddətdə onlara verilmiş krediti və ona hesablanmış faizləri ödəniş qrafiki üzrə ödəmədikdə verdiyi kreditin hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən qanunla müəyyən edil miş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş, eyni zamanda reyestr orqanına ərizə göndərilib. Ərizə bu orqanda qeydə alınıb. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibət bildirməyiblər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn ödəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əladə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia qismən təmin edilərək, 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli mana ta məzənnədə əsas borca görə 121.506,25 ABŞ dollar, hesablanmış faizə görə 61.400,82 ABŞ dollar, cəriməyə görə 1.000 ABŞ dolları olmaqla, cəmi 183.907,07 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin bağ evinin və torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan sözügedən əmlakın ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi, həmin əmlaklar satıldıqdan sonra Cavabdeh2 1 ay ərzind ə həmin evi tərk etmədiyi halda, onun məcburi qaydada evdən çıxarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdehlər kredit müqaviləsi ilə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməyiblər, iddiaçıya olan kredit borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməyiblər və bununla da müqavilənin şərtlərini pozublar. Buna görə də cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyırlar və kredit borcunu razılaşdıqları kimi iddiaçıya ödəməyə borcludurlar. Məhkəmə, 22 aprel 2009-cu il tarixli kredit müqa viləsi üzrə kredit borcunun tutulması ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də qeyd olunan müqavilə üzrə iddiaçı tərəfindən tələb olunan 121.506,25 ABŞ dolları məbləğində əsas və 61.400,82 ABŞ dolları faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olub, yəni cavabdehlər cərimə ödəyəcəyini vəd edib. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 2.5-ci bəndində öz əksini tapıb. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınc a icra edilməməsi səbəbindən 6.078,27 ABŞ dolları hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə, işin hallarını, yəni cavabdehlər tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmayıb. Bu səbəbdən iddia bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği azaldılaraq sözügedən kredit müqaviləsi üzrə 1.000 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu ödənilməlidir. Belə ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitd ən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana- Cavabdeh2 qaytarılmalıdır. Lakin, Cavabdeh2 həmin bağ evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiaçının tələbi ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda bu tələbi irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, həmin hüquq Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən mənzilin mülkiyyətçisinə aiddir, hazırki iş üzrə isə iddiaçı mənzilin mülkiyyətçisi deyil. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi ipoteka predmeti olan evin iddiaçıya təhvil verilməs i hissəsində də əsassızdır. Belə ki, ipoteka predmeti hərrac vasitəsilə satıldığından, həmin əmlak Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxsə verilməlidir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi “satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsi “İcra haqqında” Qanunla müəyyən edildiyi, həmin qaydaların tətbiqi isə yalnız məhkəmə qərarının icrası mərhələsində və bunun üçün əsaslar məhz həmin mərhələdə yarandıqda mümkün olduğu üçün iddianın bu hissəsi də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsa slandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin onlardan müştərək qaydada 121.506,25 ABŞ dolları əsas, 61.400,82 ABŞ dolları faiz borcu, 6.078,27 ABŞ dolları cərimə olmaqla, cəmi 188.985,34 ABŞ dolları borcun tutulması hissəsində dəyişdirilərək, həmin hissədə 23.400 ABŞ dolları əsas, 7.799,33 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.199.33 ABŞ dolları müəyyən edilməklə onlardan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün onlar tərəfindən sübut və dəlillərin məhkəməyə təqdim edilməsi və borcun məbləğinin dəyişdirilməsinin sübut edilməsi mümkün olmayı b. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin şişirdilərək təqdim edilməsi məhkəmə tərəfindən qəbul edilib. Lakin, qeyd edirlər ki, 2015-ci ildən ödənişi edə bilməyiblər. Bank məhkəməyə 2020-ci ildə müraciət edib və 5 il ərzində məhkəməyə müraciət etməməklərinin səbəbi borc məbləğinin şişirdilməsi olub. Göstərilən faktlardan açıq-aşkar görsənir ki, məhkəmə cavabdeh tərəfin fikrini öyrənmədən, onları dinləməyərək əsassız və qanunsuz qətnamə qəbul edib, bu da məhkəmə çəkişməsi prinsipinə ziddir. İddiaçı tərəfindən verilən kredit illik 3 faiz ilə X1 cəlb edilib. Əgər ona verilən krediti illik 8 faizlə hesablasaydılar, bu zaman 2020-ci ilin yanvar tarixinə onların borcu 23.400 ABŞ dolları əsas, 7.799,33 ABŞ dolları faiz borcu, cəmi 31.199.33 ABŞ dolları təşkil edəcəkdir. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova sədrlik edən, məruzəçi, Fuad Babayev və Rafael Eyvazov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normalarının tələbləri birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin məhkəmə iclasında araşdırılmasına, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazımi hərəkətləri e tməli olduğu halda bunu etməyib və tam əksinə olaraq bunun baş verməməsi üçün şərait yaratmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı LPO "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əş yanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlikhəmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən m üəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vədetmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; “İpoteka haqqında” Qanun: Maddə 1.0.9. İlkin satış qiyməti– qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin il kin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin birgə verdikləri kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə istisna olmaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkə məsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də qətnamə mübahisələndirilən qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 22 aprel 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşə n 3346 və 3346Q/1 saylı, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 275.08 kv.metr, yaşayış sahəsi 131.7 kv.metr olan bağ evi və ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi iddiaçının xeyrinə ipoteka qoyulub və tərəflərin qarşılıqlı razılışmasına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 216.000 manat müəyyən edilib. "xxxx" MMC-nin 12 dekabr 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, sözügedən ipoteka predmetinin satış (likvid) qiymət 120.000 manat müəyyən edilib. Göründüyü kimi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 275.08 kv.metr, yaşayış sahəsi 131.7 kv.metr olan bağ evinin və ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin qiymətinə dair biri-birindən kəskin şəkildə fərqlənən iki “qiymətləndirici r əyi” vardır. Cavabdehlər kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində ipoteka predmetinin likvid dəyərinin real bazar qiymətlərindən kəskin şəkildə fərqləndiyini, qiymətlə razılaşmadıqlarını mübahisələndirsələr də, apellyasiya instansiyası məhkəməsi onların bu dəlilləri üzrə kifayət qədər araşdırma aparmayıb və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 saylı, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 275.08 kv.metr, yaşayış sahəsi 131.7 kv.metr olan bağ evinə və ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə bütövlükdə 120.000 manat qiymət qoyulmasının açıq-aşkar ədalətsiz olmasını nəzərə almayıb. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) ipoteka qoyanla ipoteka saxlayanın razılaş ması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) d eyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” (likvid dəyəri) anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti (likvid dəyəri) tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, 22 aprel 2009-cu il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılaşması ilə ipoteka predmetinə 216.000 manat qiymət qoyulduğu halda, 12 dekabr 2018-ci il tarixdə həmin ipoteka predmetinə 120.000 manat qiymət qoyulması ipoteka predmetinin real likvid dəyərini özündə əks etdirməməklə, həmin qiymət 2020-ci il üçün açıq-aşkar ipoteka predmetinin real bazar qiymətini özündə əks etdirmir. Belə ki, Novxanı bağ massivində yerləşən daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin 1 sotunun bazar qiyməti hamıya bəlli olan haldır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisəli məsələyə dair vahid məhkəmə təcrübəsinin formalaşması baxımından qəbul etdiyi 20 iyul 2020-ci il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınm az əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qərardan da göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı likvid qiyməti də müəyyən edilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olun sun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin sonradan likvid dəyərlərində yaranmış sözügedən kəskin qiymət fərqlərinə aydınlıq gətirilməli, bunun səbəbləri araşdırıldıqdan sonra ipoteka predmetinin hazırki vaxta olan real bazar dəyərinin (likvid dəyərinin) müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya bu sahədə ixtisaslaşmış müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi, işin yuxarıda göstərilən hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- ipoteka predmetinin ilkin satı ş qiymətinə aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(103)-4617/2022 saylı qətnaməsi qismən- ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın, qalan mübahisələndirilən hissədə qət namə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.