Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-105/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda işə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 avqust 2024-cü il tarixli 2(103)-4607/2024 saylı qətnaməsindən İddiaçı tərə findən kassasiya şikayətinə dair işə “13” yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı valideynləridir. Valideynləri arasında nikah münasibətlərinə xx.xx.2002ci il tarixdə xitam verilmiş, iddiaçı atası Cavabdeh1 tərəfindən "xxxx" MTK-dan pay haqqını tam ödəməklə əldə edilmiş ünvan 1 ünvanında 2007-ci ildən etibarən yaşamışdır.
2. İşdəki məhkəmə aktlarından görünür ki, iddiaçının hazırda istifadə hüququnun tanınmasını xahiş etdiyi mənzillə bağlı valideynləri arasında olan məhkəmə mübahisələrinə əvvəllər baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4332/2 020 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “iddiaçı Cavabdeh2 və uşaqları xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X1 ünvan 1 ünvanına istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3213/2022 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı və X3 “cavabdehlərin mənzildən ünvan 1 ünvanından çıxarılması” tələbinə dair iddiası təmin edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli e-21(112)-11677/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh1 iddia tələbi üzrə Cavabdeh2, İddiaçı və X1 mübahisə predmeti olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeyd iyyatdan çıxarılması öhdəliyi Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-559/2024 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2 (103)-5267/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona münasibətdə böyüyüb başa çatdığı və valideynlərinə məxsus mənzildən istifadə hüququnun tanınması ilə bağlı məhkəmə qərarı mövcud deyildir. Məhkəmə çəkişmələri zamanı o, yetkinlik yaşına çatmış şəxs olmamış, iddialar anası və ya atası tərəfindən irəli sürülmüşdür. Onun başqa yaşayış yeri olmadığından, ailəsi ilə birgə uzun müddət yaşadığından cavabdehin ailə üzvü olduğundan mübahisəli mənzildən istifadə hüququna sahibdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)5808/2023 nömrəli qərardadı ilə hazırki iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinin tələblərinə əsasən x itam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1487/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, mülki işə baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1796/2024 saylı, 05 iyun 2024-cü il tarixli (hakim F.Əlizadə) qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki tərəflər arasında əvvəllər də bir neçə dəfə məhkəmə mübahisələri olmuş və bütün tələblər üzrə mübahisələr Cavabdeh1 xeyrinə yekunlaşmışdır. Müvafiq məhkəmə qərarlarında müəyyən edilmiş hüquqi və faktiki əsaslar iddia tələbi üzrə də preyudisial olaraq nəzərə alınıb. Hazırkı iddia tələbi üzrə iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilmişdir. Həmçinin, iddiaçının anası - iddia tələbi üzrə Cavabdeh2 mülkiyyətində bir neçə daşınmaz əmlak, mənzil və bağ evi vardır. Deməli, iddiaçının hazırki mübahisə üzrə mənzildən istifadə hüququnun tanınmasına hüquqi zərurət yoxdur. İddiaçının digər cavabdeh olan anası ilə birlikdə yaşaması mülki işin mübahisəsiz halıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarlarına və Azərbaycan R espublikası MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən narazı qalan iddiaçı аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin 5 iyun 2024-cü il tarixli e-2(004)-1796/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının mənzildən könüllü surətdə köçürülməsini əsas gətirərək hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən anası ilə birlikdə köçməsi istifadə hüququna xitam kimi qiymətləndirilməlidir. Heç də evdən könüllü çıxma faktı baş verməmişdir, məhkəmənin nə üçün belə qənaətə gəlməsi bəzi suallar doğurur. Qeyd edilməlidir ki, işə baxılar kən məhkəmə tərəfindən iddiaçı tərəfindən istifadə hüququnun həyata keçirilməməsinin əsl səbəbləri dəqiq və hərtərəfli araşdırılmamış və məhkəmə aktında əsaslandırılmamışdır. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarları ilə müəyyən edilmiş istifadə hüququnun tanınmasına əsas olan hər iki hal hazırkı işdə mövcuddur. Belə ki, iddiaçı və cavabdehlər arasında etibarlı ailə əlaqələri mövcuddur və iddiaçının yaşayış yeri ilə təmin edilməsi cavabdehlərin qanunvericilikdən irəli gələn öhdəliyidir. Məhkəmənin istinad etdiyi əvvəlki məhkəmə qərarlarının heç birində hazırkı iddiaçının istifadə hüququnun tanınması və ya ləğv edilməsi ilə bağlı məsələlərə istinad edilməmişdir. Bu mənada məhkəmənin bu əsaslandırması da əsassızdır.
14. Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli 2(103)4607/2024 nömrəli (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli ibarət tərkibdə) qətnaməsi ilə, iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2(025)-29/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılmasını qət etmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edtmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilmişdir. Həmçinin, iddiaçının anası - iddia tələbi üzrə Cavabdeh2 mülkiyyətində bir neçə daşınmaz əmlak, mənzil və bağ evi vardır və iddiaçı anası ilə yaşayır. Belə olan halda idiaçının yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti də aradan qalxır.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti belə əsas landırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən bir sıra maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Məhkəmə göstərilən şərhə istinad etsə də, iddiaçının mənzildən istifadə hüququna xitam verilməsinə əsas kimi hesab etdiyi faktları düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı mənzildən ailə münasibətlərinə xitam verilməsi ilə əlaqədar anası ilə qalmış, həmin an müstəqil şəkildə qərar verə bilməmişdir. Digər tərəfdən iddiaçı atası tərəfindən mənzildən məcburi çıxarılan tarixədək həmin mənzildə qeydiyyatda olmaqla yaşamışdır. İddiaçının mülkiyyətində hər hansı yaşayış sahəsi mövcud deyildir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında etibarlı ailə əlaqəsinə xitam verilməmişdir. Göstərilən səbəblərdən, iddiaçının istifadə hüququnun tanınmaması barədə məhkəmənin mövqeyi qanu nvericiliyin istinad olunan tələblərinə zidd hesab olunmalıdır. Məhkəmə işlə bağlı digər məhkəmə qərarlarına istinad edərək həmin qərarların preyudisial əhəmiyyətə malik olduğu qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, məhkəmə preyudisiallıq institunu yanlış tətbiq etmişdir.
19. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 82.3 və 217-ci maddələrinin pozulduğuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
21. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bi lər. Kassasiya baxışının hədləri:
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hes ab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi MPM-nin 261.0.2-ci maddəsinin tələbini nəzərə almadan iş üzrə qətnamə qəbul etməklə prosessual pozuntuya yol vermişdir.
27. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-559/2024 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin MKnın 2 (103)-5267/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda Ali Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 tərəfindən cavabdehlər Cavabdeh2, İddiaçı və X3 qarşı cavabdehlərin ünvan 1-dan çıxarılmasına dair iddia qaldırılmış və iddiaçı həmin işə baxılarkən yetkinlik yaşına çatmasa da işə cəlb olunmuşdur. İş üzrə yekun məhkəmə aktı qəbul edilmiş və iddianı təmin edən məhkəmənin qənaəti belə olmuşdur ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ yoxdur. Belə ki, mənzildən çıxarma barədə tələbin təmin olunması özlüyündə iddiaçının həmin mənzilə istifadə hüququnun olmamasını təsbit edir. Məhkəmə hesab etmişdir ki, artıq eyni tərəflər arasında, eyni əsas və eyni predmetlə bağlı iddiaya baxılaraq hüquqi qiymət verildiyindən işə xitam verilməlidir.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qoruna n maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir.
29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzilə istifadə hüququnun olmadığına artıq hüquqi qiymət verildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iddia tələbi üzrə qətnamə qəbul edilərək bu hüququn mövcud olub-olmadığının yenidən yoxlanılması və hüquqi qiymət verməsi hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir.
30. Qeyd olunanlara əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 261, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 avqust 2024-cü il tarixli 2(103)-4607/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.