Məhkəmə qərarları › İş №2(102)-1050/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1050/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1050/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat kontoru) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1895/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şabran rayon Notariat kontorunda bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh (bundan sonra – cavabdeh) İddiaçı (bundan sonra – iddiaçı) 5075 manat məbləğində borc pul vermiş, iddiaçı da borc pul aldığını etiraf etmiş və müqavilədə göstərilən məbləği, yəni 5075 manat borc pulu xx xxxxxx 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-2815/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli saylı qətnaməsinə əsasən, hazırkı iş üzrə iddiaçıdan 5075 manat məbləğində pulun alınaraq hazırkı iş üzrə cavabdehə verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq xx.xx.2015-ci il tarixdə onunla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 2014-cü ildən tanıyır. 2015-ci ilin may ayında cavabdeh hansısa səbəbdən onun barəsində Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onu Şabran RPŞ-nin Təhqiqat Bölməsinə dəvət etmişlər, o, şifahi izahat verərək, cavabdehə 1210 manat borcunun olduğunu qeyd edib, onu hissə-hissə ödəyəcəyini bildirmişdir. 2015-ci ilin avqust ayının sonlarında ona məlum olmuşdur ki, cavabdeh ondan yenə Şabran RPŞ-yə şikayət edib. Ona həmin va xt məlum olmuşdur ki, cavabdeh yazdığı ərizəsində ondan 4000 manat pul tələb edir. O, qorxudan cavabdehlə birgə Şabran rayonunun Notariat Kontorununa getmişdir. Müqavilə tərtib olunandan sonra hətta ona həmin müqaviləni oxuyub tanış olmağa belə imkan verilməmiş və onu məcbur etmişlər ki, müqaviləni imzalasın. Cavabdeh müqavilədə göstərilmiş 5075 manat pul borcu ilə bağlı ona qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmədə və apellyasiya instansiyası məhkəməsində onun şahidlərinin dindirilməsinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə işləmişdir. 2019-cu ilin oktyabr ayında iddiaçı ona zəng etmişdir ki, onun şəxsiyyət vəsiqəsi Şabran Notariat kontorundadır, gedib onu götürsün. O, həmi n vaxt Şabran Notariat kontoruna gəlmişdir ki, iddiaçının vəsiqəsini alsın. Əvvəl ona demişdirlər ki, vəsiqə yoxdur, sonra müəyyən olunmuşdur ki, şəxsiyyət vəsiqəsi oradadır. Şəxsiyyət vəsiqəsini ona vermişlər. Nə məsələ olduğunu bilmir. Vəsiqəni orada 5 ildir ki, girov saxlayırdılar. O, da Notariat kontorunun işçilərinə bu barədə öz iradını bildirmişdir ki, vəsiqəni girov saxlamaq olmaz. Onun bu sözü Notariat kontorunun işçilərinin xoşuna gəlməmişdir. Şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı onun qardaşının qaynıdır. Təxminən 4 il öncə Şabran rayon Polis Şöbəsində iddiaçı ilə bir yerdə olmuşdur. Cavabdehi də orada görmüşdür. Orada eşitmişdir ki, rəis müavini iddiaçını çağırtdırmış, iddiaçıdan Yaqut adlı şəxsə borcu olması barədə izahat almışdır. Onlara demişdir ki, bu mülki məsələ olduğundan məhkəmədə baxılmalıdır. Laçın müəllim də demişdir ki, iddiaçının Yaqut adlı şəxsə 5000 manat borcu var. Sonra onları Notariat Ofisinə göndərmişlər. Notariatda iddiaçı ilə cavabdeh arasında 5000 manat məbləğində pulun alınması barədə müqavilə bağlanmışdır. Müqavilə bağlanılarkən o, da notariat kontorunda olmuşdur. İddiaçıya təzyiq altında müqaviləyə qol çəkdirmişlər. Onlar iddiaçının təzyiq altında müqavilə bağlaması, Polis Şöbəsində bir gün saxlanılması barədə heç yerə şikayət etməmişlər. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(031)163/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrini, işdə olan sənədləri, habelə tərəflər arasında pul tələbi ilə bağlı mübahisəyə dair Xaçmaz Rayon Məhkəməsində 2(067)2815/2016 nömrəli iş üzrə qəbul olunmuş xx xxxx 2016-cı il tarixli qətnaməsinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız hesab olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, pul tələbi ilə bağlı qətnaməyə əsasən mübahisələndirilən əqdin qanuni olduğu, hazırkı iş üzrə iddiaçının müqaviləni təsir və ya təzyiq altında bağlamasına dair hər hansı bir sübutun təqdim olunmadığı müəyyən edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 339.3, 347.1, 347.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3, 88, 106.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat h aqqında” Qanun) 9, 45-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1895/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və T.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən əsasən düzgün tətbiq edilmişdir. Məhkə mə nəzərə almışdır ki, tərəflər arasında müqavilə bağlandığı andan 5 il müddət keçməsinə baxmayaraq, iddiaçı heç bir hüquq mühafizə orqanına şikayət etməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 339.3, 347.1, 347.5, MPM-nin 82.3, 88, “Notariat haqqında” Qanunun 8, 9, 45-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmamış, işin mahiyyətini aydınlaşdırmamış, maddi və prosessual hüq uq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin ifadələrinə əhəmiyyət verilməmiş, Şabran rayon Notariat kontorunun notariusunun dindirilməsi və video görüntülərin əldə edilməsi barədə vəsatətlər versə də, məhkəmə əsassız olaraq onlara baxmamış, ona qarşı qərəzli mövqe göstərərək əsassız qətnamə qəbul etmişdir. Kassator şikayətinin əsası kimi MPM-nin 76.1, 76.2, 220.4-ci maddələrinin tələblərinə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə MPM-nin 67-ci maddəsinin təl əblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs Şabran rayon Notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işə ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəflərin yalnış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər (maddə 339.3). Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (maddə 347.1). Predmentin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmentin dəyərinin müəyyənləşdirilmsi üçün əhəmiyyət kəsb edir. Qanunun həmin maddəsinə əsasən, əqdin motivi razılaşma predmetidirsə, yanılma vacib əhəmiyyətlidir. Qeyd olunan Məcəllənin istinad olunan maddəsində belə bir norma da təsbit edilmişdir ki,predmetin əsas xususiyyətləri onun dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli olarsa, onların barəsində yanılma vacib əhəmiyyətli yanılma hesab olunur (maddə 347.5). MPM Hər bir tərəf öz tələblərinin əsas ı kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Məhkəmə k ollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1895/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar