Məhkəmə qərarları › İş №2(102)-1053/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1053/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1053/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi x3, iddiaçının vəkili Mirzəyev Rüfət Əsəd oğlu, cavabdehin vəkili Tumasov Vüqar Əjdər oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 17 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin (h akim T.Hüseynova) 04 may 2018-ci il tarixli qətnaməsi ilə x1-nin iddiası qismən təmin edilmiş, cavabdeh x2ndan əsas borc kimi 67316.83 (altımış yeddi min üç yüz on altı manat səksən üç qəpik) manat, faiz borcu kimi 8978.63 (səkkiz min doqquz yüz yetmiş səkkiz manat altımış üç qəpik) manat, cərimə kimi 1956.63 (bir min doqquz yüz əlli altı manat altımış üç qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 77425.46 (yetmiş yeddi min dörd yüz iyirmi beş manat qırx altı qəpik) manat məbləğində pulun iddiaçı x1-nin xeyrinə tutulması, tutmanın x2nun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, 272.9 m2 ümumi sahədən, 176.0 m2 yaşayış sahəsindən və 96.9 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinə yö nəldilməsi, ipoteka predmeti olan x2nun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, 272.9 m2 ümumi sahədən, 176.0 m2 yaşayış sahəsindən və 96.9 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 508.000 (beş yüz səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına cəmi 77425.46 (yetmiş yeddi min dörd yüz iyirmi beş manat qırx altı qəpik) manat məbləğində borcun x1-nin xeyrinə ödənilməsi, mənzil satıldıqdan sonra x2 və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən ən geci bir ay müddətində çıxarılması və mənzilin alıcıya təqdim olunması, hərracdan əldə olunmuş vəsait hesabına qeyd olunan borc məbləğinin və hərracın keçirilməsi xərcləri tam ödənil dikdən sonra qalan məbləğin cavabdeh x2na qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pulun cavabdeh x2ndan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən, məruzəçi), Z.Zeynalov və M.Həsənov, 2(106)-1636/2019 saylı mülki iş) hazırki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları x1 ilə x2 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli, 162419 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan x2 60 ay müddətinə, illik faiz dərəcəsi 16 % olmaqla, ödəniş planı üzrə hissə-h issə qaytarmaq şərti ilə 78.600 manat məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin etmək məqsədilə mülkiyyət hüququ ilə x2na məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 272.9 kv.m, yaşayış sahəsi 176.0 kv.m. və yardımçı sahəsi 96.9 kv.m. sahədən ibarət olan fərdi yaşayış evi x1-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırki tələbində iddiaçı x1 cavabdeh x2ndan 67316.83 manat məbləğində əsas borcun, 8987.42 manat məbləğində faiz borcunun, 1956.63 manat cərimə borcunun, 8 manat müqavilə öhdəliklərinin pozulmasına görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin, 2.50 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 78301.38 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan və mülkiyyət hüququ ilə x2 məxsus olan, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, 272.9 m2 ümumi sahədən, 176.0 m2 yaşayış sahəsindən və 96.9 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, məzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğinin ödənilməsi, satışdan əldə olunan vəsaitin qeyd olunan borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, həmin məzildə yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilməs i və satışdan sonra mənzilin 1 ay müddətində boşaldılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılmış, cavabdeh x2ndan Bankın xeyrinə 67316.83 manat məbləğində əsas borcun, 20505.17 manat məbləğində faiz borcunun, 18017.55 manat cərimə borcunun, 8 manat müqavilə öhdəliklərinin pozulmasına görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcinin, 2.50 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 105880.05 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan və mülkiyyət hüququ ilə x2 məxsus olan fərdi yaşayış evinə yönəldilməsi, məzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğinin ödənilməsi, satışdan əldə olunan vəsaitin qeyd olunan borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, həmin məzildə yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi və satışdan sonra mənzilin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi x3, iddiaçının vəkili Mirzəyev Rüfət Əsəd oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Tumasov Vüqar Əjdər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1 ilə x2 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli, 162419 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan x2 60 ay müddətinə, illik faiz dərəcəsi 16 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 78.600 manat məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsi əsasən borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin etmək məqsədilə mülkiyyət hüququ ilə x2na məxsus olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi x1-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırki tələbində iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, cavabdehdən kredit borcunu, əsas borca hesablanmış faizləri, cəriməni tələb etməklə, borcun ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc al an) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin hallarından görünür ki, kreditor Bank borcunu tələb etmək barədə borclulara xəbərdarlıq məktubu, ipoteka predmetinə yönəldilməsi barədə bildiriş məktubu göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtın da icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə üzrə şərtlər müəyyən olunmuş, lakin cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, öhdəliyini yerinə yetirmədiyindən iddiaçı borcunu tələb etmişdir. İddiaçı x1 tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh x2nun 02 aprel 2018-ci il banka olan əsas borcu 67316.83 manat, faiz borcu 20505.17 manat, cərimə borcu 18017.55 manat təşkil etmişdir. Məhkəmə borcun tutulmasına dair iddianı təmin edərkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının, ipoteka predmetini ilkin satış qiymətinin müəyyənləşdirilməsi zamanı qimətləndiricinin rəy inə əsaslanmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20 aprel 2017-ci il tarixli, 2972 saylı rəyindən görünür ki, cavabdeh x2nun 05 avqust 2016-cı il tarixinə x1-yə olan əsas borcu 67316.83 manat, faiz borcu 8978.63 manat, cərimə borcu 1956.63 manat təşkil edir. İpoteka müqaviləsinə uyğun olaraq, ipoteka predmeti olan mənzilin dəyəri 200.000 (iki yüz min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qiymətləndirmə ilə bağlı x4-nin 08 yanvar 2018-ci il tarixli rəyini əsas götürmüşdür. Həmin rəyə görə ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 508.000 (beş yüz səkkiz min) manat təşkil etmişdir. Mübahisələndirilən hal borc məbləği və ipoteka predmetini ilkin satış qiymətidir. Məhkəmə Kollegiyası ekspert rəyini sübut olaraq qəbul etmiş və hesab etmişdir ki, e kspert rəyi ilə müəyyən edilmiş borc məbləği cavabdehdən tutulmalıdır. İpoteka predmetinin ilkin satış qiyməti də mübahisələndirilmiş, iş üzrə iki dəfə qiymətləndirmə üzrə rəy alınmışdır. x5-nin 18 sentyabr 2017-ci il tarixli rəyinə görə, x2nun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, 272.9 m2 ümumi sahədən, 176.0 m2 yaşayış sahəsindən və 96.9 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 530.000 (beş yüz otuz min) manat təşkil edir. İş üzrə x4-nin 08 yanvar 2018-ci il tarixli rəyinə görə, x2nun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində, 2 mərtəbəli, 6 otaqlı, 272.9 m2 ümumi sahədən, 176.0 m2 yaşayış sahəsindən və 96.9 m2 y ardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 508.000 (beş yüz səkkiz min) manat təşkil edir. Cavabdeh etiraz etdiyindən iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair x6 təkrarən qiymətləndirici təyin edilmişdir. Müəyyən edilmişdir ki, x6 iş üzrə başqa məhkəmə işi üzrə rəy vermişdir. Bununla belə, müəyyən edilmişdir ki, x4-nin 08 yanvar 2018-ci il tarixli rəyi üzrə qiymətlndirmə mübahisələndirilmiş, hesabatın ləğv edilməsi barədə işə baxılmış, Binəqədi Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin işə apelyasiya qaydasında baxılmış, Bakı Apelyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. Məhkəmə Kollegiyası ipoteka predmetinin hazırki iş üzrə x4-nin 08 yanvar 2018-ci il tarixli rəyi ilə müəyyən edilmiş ilkin satış qiymətini (likvid dəyərini) qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar