Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1054/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İş № 2(102)-1054/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı İnvestisiya Kommersiya Bankının vəkili Ramazanov Nicat Rüfət oğlu, Cavabdeh1 və onun vəkili Məlikov Balabəy Ağamməd oğlunun iştirakları ilə, Cavabdeh1 və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə i şə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İnvestisiya Kommersiya Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 aprel 2018-ciil tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, iş 2(010)-1690/2018) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 5912.45 (beş min doqquz yüz on iki dollar qırx beş sent) AB Ş dolları əsas, 4261.94 (dörd min iki yüz altmış bir dollar doxsan dörd sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 10224,39 (on min iki yüz iyirmi dörd dollar otuz doqquz sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının alınaraq ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 1 otaqlı, 36.3 kv.m ümumi, 17.5 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və hazırki qətnamə ilə tutulan borcun Bakı şəhəri, ünvan 1 ün vanında yerləşən, 1 otaqlı, 36.3 kv.m ümumi, 17.5 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 7 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 1 otaqlı, 36.3 kv.m ümumi, 17.5 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 7 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və X4 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 1 otaqlı, 36.3 kv.m ümumi, 17.5 kv.m yaşayış, 18.8 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 7 nömrəli mənzildən çıxarılmaları və həmin mənzilin onlar tərəfindən boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin 32 000 manat müəyyən edilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 30 iyun 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməsi, ipoteka predmetinin satışından Banka olan borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Həsənov, iş № 2(103)-7618/2018) iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 23 aprel 2018-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci iltarixli qətnaməsinin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Məlikov Balabəy Ağamməd oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci iltarixli qətnaməsinin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı İnvestisiya Kommersiya Bankının vəkili Ramazanov Nicat Rüfət oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassa siya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində aşağıdakılara əsaslanmışdır; Borc alanın borc verənin qarşısında 1-ci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 1-ci instansiya; məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Borc alan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin göstərişlərinə uyğundur. Apellyasiya şikayəti devalvasiyanın baş verməsi ilə əsaslandırılıb. Bununla bağlı məhkəmə qeyd edir ki, banklar kommersiya hüquqi şəxsləridir, əsas məqsədlər i mənfəət götürməkdən ibarətdir, onlar devalvasiyanın baş verməsinə görə məsuliyyət daşımırlar, odur ki, başqalarına verdikləri pulu geri almaq və buna görə mənfəət (faiz) əldə etmək hüququndan məhrum edilə bilməzlər. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətində ona istinad etmişdilər ki, “Suraxanı rayon məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 32.000 manat müəyyən edilməklə, əslində mənzilin dəyəri bazar qiymətindən aşağı qeyd edilməklə, bank tərəfindən bazar dəyəri yüksək olan mənzilin dəyərinin 32.000 manat göstərilməsi qərəzli olmaqla yanaşı, onun yaşamaq hüququnu pozmuşdur.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ipoteka predmetinin ilkin satış qiyməti nin 32.000 manat müəyyən edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiyası məhkəməsi qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı heç nə qeyd etməsə də, qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiymətini 32000 manat müəyyən etmiş və beləliklə də Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinin tələbini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin xüsusatla bağlı araşdırma aparmamışdır. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 418.1.-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A LİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən “ipoteka predmetinin ilkin satış qiymətinin 32.000 manat müəyyən edilməsi” hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-1054/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1054/2019
08.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver