Məhkəmə qərarları › İş №2(102)-1054/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1054/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1054/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(106)-206/2019 saylı qətnaməsindən ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASCnin ləğvedicisi X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Cəbrayıl rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.T.Hüseynova, iş № 2(072)-328/2018) iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxx xxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh əsas kredit borcuna, faiz borcuna və dəbbə puluna görə cəmi 2531,88 manat alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov, T.S.Kərimov və F.N.Abbasov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Cəbrayıl rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi cavabdehdən 2531,88 manat tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən cəmi 1742,90 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx.xx.2012-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfind ən Cavabdeh illik istifadə dərəcəsi 20 faiz olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə “xxxxxxxxxxxxxxxxxx” ASC müflis elan edilmiş, X1 Bankın ləğvedicisi təyin edilmişdir. 2018-ci ilin mart ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra etməməsi səbəbindən xx xxxxxx 2018-ci il tarixə cəmi 2501,88 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üz rə iddiaçı kassasiya şikayəti verərək borcun məbləğinin 1742,90 manat təşkil etməsi barədə ekspert rəyinin əsassız olmasına baxmayaraq məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdı r. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, bankın ləğvedicisi cavabdehdən əsas borca görə 1242,09 manat, faiz borcuna görə 732,09 manat, dəbbə puluna görə 527,70 manat tutulmasını tələb etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərardadına əsasən aparılmış ekspertiza tədqiqatı zamanı müəyyən olunmuşdur ki, cavabdehin əsas borcu 1.050,00 manat, faiz borcu isə 135,20 manat təşkil edir. Ekspertizanın həmin rəyinin əsassız olması barədə nəticəyə gəlmək üçün əsaslar olmadığından, məhkəmə kollegiyası cavabdehdən əsas kredit və faiz borcunu mütəxəssis rəyində müəyyən olunmuş həcmdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehin bank qarşısında əsas kredit və faiz borcu üzrə icra olunmamış öhdəliyinin 1.185,20 manat təşkil etməsi müəyyən olunduğundan kollegiya iddianı həmin həcmdə təmin etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar