Məhkəmə qərarları › İş №2(102)-1054/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1054/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1054/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: pul tələbi, qətnamənin mübahisələndirilən hissəsi, şahid ifadələrinin qiymətləndirilməsi, sübutların nəzərə alınmamasının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassator Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1896/2020 nömrəli iş üzrə xx xxxxxx 2020- ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında borc münasibətləri olmuşdur. xx xxx 2018-ci il tarixli, xx xxx 2018-ci il tarixli, xx xxxx 2018-ci il tarixli, xx xxxxxxxx 2018-ci il tarixli sadə yazılı qəbzlərə əsasən, cavabdeh xx.xx.2018-ci il tarixdə 4000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 900 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 1000 manat və 700 ABŞ dolları xx.xx.2018-ci il tarixdə isə 1000 ABŞ dolları və 300 manat məbləğində pulu iddiaçıdan aldığını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ic raat İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 6600 ABŞ dolları, 1300 manat məbləğində borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda cavabdehin ona 6600 ABŞ dolları və 1300 manat məbləğində borcu vardır, lakin o, üzərinə götürdüyü öhdəliyi icra etmir. Cavabdeh iddianı qismən qəbul etmiş və bildirmişdir ki, ehtiyacı olduğundan 2018-ci ildə tanışı Tehran Qafarinin vasitəsi ilə tanış olduğu iddiaçıdan pul almışdır. Pul alması barədə qəbzlərdəki imzalar ona məxsusdur. Onlar aralarında belə razılığa gəlmişlər ki, aldığı pulu hissə-hissə iddiaçıya qaytaracaqdır. İddiaçıdan pulu qohumları Tehran Qafarinin və Cavanşir Şahpələnginin vasitə çiliyi ilə götürmüşdür. İddiaçıdan cəmi manata münasibətdə 12.500 manat borc pul götürmüşdür. Həmin puldan 7500 manat qaytarmışdır. O, 1700 manat Cavanşirə vermiş, Cavanşir həmin pulu iddiaçının oğluna vermişdir, 1200 manat da Tehrana vermiş, sonuncu pulu iddiaçının özünə çatdımışdır. Sonra yenə də, hissə-hissə olmaqla 420 manat pulu da Tehrana vermiş, sonuncu pulu iddiaçıya vermişdir. O, hətta kartlarını da iddiaçıya vermişdir ki, borca görə pullarını götürsün. Belə ki, 4180 manat pulu iddiaçı onun əmək haqqı və debit kartından çıxarmışdır. Beləliklə, onun iddiaçıya cəmi 5000 manat borcu qalmışdır. Onu da, hissəhissə qaytaracağına söz verir. Xahiş edir ki, iddia qismən təmin olunsun. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçı onun yaxı n tanışı, cavabdeh isə qohumudur. Cavabdehə borc pul lazım olduğuna görə 4 dəfə onun yaşadığı Sumqayıt şəhərinə gələrək onun vasitəçiliyi ilə iddiaçıdan borc pul almışdır. Cavabdeh 2018-ci ilin noyabr ayında 700 ABŞ dolları hesabına 1200 manatı ona vermiş, o, da gətirib iddiaçıya vermişdir. Sonra cavabdeh 3 dəfə də cəmi 120 manatı ona göndərmiş, o, da aparıb iddiaçıya vermişdir. Şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, Sumqayıt şəhərində yaşayır. Cavabdeh ona yoldaşı tərəfdən qohumdur. İddiaçını da bir Sumqayıt sakini kimi tanıyır. Təxminən 10-xx xxxxx 2019-cu il tarixində cavabdeh onlara gəlmiş, ona demişdir ki, iddiaçıya 1700 manat pul verməlidir, lakin Bakıya getdiyi üçün onun adından pulu iddiaçıya verməsini xahiş etmişdir. O, da pulu iddiaçıya verəcəyini bildirmişdir. İddiaçı nın telefon nömrəsini cavabdehdən almış, telefonla ona zəng etmişdir. Danışmışlar ki, Heydər parkında saat 11-00-da görüşsünlər. Pulu almaq üçün bir oğlan gəlmiş, iddiaçıya zəng edib bu barədə bildirmişdir. İddiaçı onun oğlu olduğunu, pulu ona verə biləcəyini bildirmişdir. O, da 1700 manat pulu iddiaçının oğluna vermişdir. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(031)108/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia qismən təmin edilmiş, cavabdehdən 5000 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin qalan hissəsinin əsassız olduğundan təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin etirafını, onun tərəfin dən təqdim edilən sübutları, şahid ifadələrini əsas götürərək belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan cəmi 12500 manat pul götürmüş, həmin borcdan 7500 manat pulu qaytarmış, qalan 5000 manat pulu qaytarmamışdır. Ona görə də iddia həmin məbləğə münasibətdə təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 385.1, 739.1, 740.1, 740.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1896/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, cavabdehdən 6600 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat ekvivalenti ilə) və 1300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə müəyyən etmişdir ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə 6600 ABŞ dolları və 1300 manat borc vermiş, cavabdeh həmin pulu almış, lakin qaytarmamışdır. Cavabdeh iddianı qismən qəbul edərək iddiaçıya cəmi 5000 manat borcu olduğunu bildirsə də, öz dəlilini əsa slandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ifadə verən şahidlər cavabdehin qohumlarıdır və ona görə də həmin ifadələrə tənqidi yanaşılmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, işə əlavə edilmiş əmək haqqı və debit kartından çıxarışlara əsasən, iddiaçı cavabdehə məxsus kartlardan müxtəlif vaxtlarda 4180 manat pul çıxarmışdır. Halbuki, bununla bağlı iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 390.1, 739.1, 740.1-ci maddələrinə, MPM-nin 4.1, 5.1, 14.2, 76.1, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin bütün faktiki hallarını araşdırmamışdır. Kassator şikayətində qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılan zaman onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə onun əmək haqqı və debit kartından çıxarılan 4180 manat məbləğində pula dair sübut təqdim olunmamasına istinad etmiş, lakin bununla bağlı araşdırma aparmamış, əmək haqqı və debit kartının iddiaçıda olub-olmamasını, həmçinin kartdan kim tərəfindən pul çıxarılmasını əks etdirən kamera görüntülərini tələb etmədən əsassız nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə gedişatında Azərbaycan Beynəlxalq Bankına sorğu göndərilməli və kamera görüntüləri tələb olunmalı idi. İddiaçı onun kartından pul çıxardığına görə ötən müddət ərzində məhkəməyə müraciət etməyib. İddiaçı ondan aldığı pulları yenidən tələb etməklə əsassız varlanmaq istəyir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 217.1, 386, 387.1, 388-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçi rməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.1, 740.2). MPM Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məluma tlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir (maddə 194.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadı Məhkəmələr mübahisələndirilən hissən i müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir (bənd 59). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğu və qətnamədən yalnız iddiaçı şikayət ve rdiyi üçün MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmayan hissəsində yoxlamalı idi. İddianın təmin olunmuş hissəsi isə həmin apellyasiya baxışının predmetindən kənar olmuşdur. Qeyd olunmalıdır ki, yalnız şikayət vermiş şəxsin qətnamənin tam ləğvini tələb etməsi həmin tərəfin işdəki vəziyyətinə, şikayətin dəlillərinə, tələb predmetinin bölünən olub-olmamasına, şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməklə bağlı subyektiv hüququnun olub-olmamasına qiymət vermədən qətnamənin apellyasiya qaydasında tam yoxlanılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadında qeyd edildiyi kimi sadala nan halların nəzərə alınmaması bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamış və iddiaçının şikayəti əsasında qətnaməni iddianın təmin olunmuş hissəsində də ləğv etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlər cavabdehin qohumu olduğu üçün həmin ifadələrə tənqidi yanaşmış, onları mötəbər sübut kimi qəbul etməmişdir. Kollegiya bununla bağlı nəzərə alır ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahidlər ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxs lər də MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Hakim şahid ifadəsinə tənqidi yanaşmaqla bağlı mövqeyini, həmçinin digər hallarla: şahid ifadələrinin qeyri-səmimiliyi, dolğun olmaması, işə aid olmaması, işdə olan digər sübutlarla zidiyyət təşkil etməsi və sair hallarla əsaslandırmalıdır. Qeyd olunanlardan əlavə apellyasiya instansiyası məhkəməsi iddianın tam təmin olunması ilə bağlı mövqeyini cavabdehin istinad etdiyi hallarla bağlı iş materiallarına hər hansı sübut əlavə etmədiyi ilə əsaslandırmışdır. Halbuki cavabdeh birinci instansiya məhkəməsinə öz adına olan bank hesabından çıxarış təqdim edərək bildirmişdir ki, borcla bağlı pul kartı müəyyən müddət iddiaçıda olmuş və o, həmin müddət ərzində hesabından 4185 manat pul çıxarmışdır. Həmin çıxarış birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş və iddianın bir hissəsinin rədd edilməsi üçün nəzərə alınmışdır. Eyni zamanda cavabdeh məhkəməyə iddiaçı ilə mobil telefon vasitəsilə aparılan yazışmalarının surətlərini təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutları nəyə görə qəbul etmədiyini və ya mötəbər sübut hesab etmədiyini, prosessual qanunvericiliyin sübutlara qarşı irəli sürülən hansı tələblərinə cavab vermədiyini ümumiyyətlə əsaslandırmamışdır. Qeyd olunmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh məhkəməyə bank hesabından çıxarılmış pul vəsatinin kim tərəfindən alındığına dair sorğu göndərilməsi barədə yazılı ərizə (vəsatət) vermiş, həmin vəsatət ümumiyyətlə məhkəmə tərəfindən müzakirə edilməmişdir. Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəm ə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Q ərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1896/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar