Məhkəmə qərarları › İş №2(102)-1055/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1055/2019

14.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1055/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1055/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Binəqədirayon Məhkəməsinin 2 (001)-1621/2018 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova) iddiaçı x1-nin iddiası qismən təmin edilərək ödəniş gününə olan məzənnə üzrə 1001,48 ABŞ dolları əsas borc, 302,8 4 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1304,32 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə və ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər x2 və x3 müştərək qaydada tutularaq iddiaçı x1-nin xeyrinə verilməsi, 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9081/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Baxışova, V.Həsənov və N.Cəfərov) Bakı şəhəri, Binəqədirayon Məhkəməsinin 2 (001)-1621/2018 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi cavabdeh x2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9081/2018 saylı, 27 sentyabr 2018-ci il tar ixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 borclular x2 və x3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30.03.2015-ci il tarixli 23-M-2-0-21615 saylı kredit müqaviləsindən irəli gələn 27.09.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 1001.48 ABŞ dolları əsas borc və 666.81 ABŞ dolları faiz borcu, cəmi 1668.29 ABŞ dolları, həmçinin ödənilmiş 20 manat dövlət rüsumu əlavə olunmaqla, x2 və x3 birgə qaydada tutulub x1-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9081/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan x1 ilə x2 arasın da bağlanmış 30.03.2015-ci il tarixli 23-M-2-0-21615 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bank tərəfindən cavabdeh x2 15 ay müddətinə illik 28 % olmaqla 2380 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə borcalanın bank qarşısında öz öhdəliklərini tam yerinə yetirməsinə görə zamin x3 borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ödənişlər hər ay 189,88 ABŞ dolları olmaqla yerinə yetirilməli, 30.06.2016-cı il tarixədək 468,11 ABŞ dolları faiz olmaqla cəmi banka 2848,11 ABŞ dolları ödənilməli idi. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.04.2018-ci il tarixli, 29667 saylı rəydən görünür ki, cavabdeh x4 x1-yə öhdəliyin icra müddətinin bitdiyi tarixə olan borcu əsas borc məbləği üzrə 1590,22 ABŞ dolları, faiz borcu üzrə isə 302,84 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşdən göründüyü kimi cavabdeh apellyasiya şikayətində banka borclu olduğunu təsdiq etmiş, bank tərəfindən hesablanmış borcla razı olmadığını bildirsə də ekspert rəyinə əsasən müəyyənləşdirilmiş borc məbləği ilə hansı səbəbdən razılaşmadığını göstərməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkə mə kollegiyası Qərara aldı: x4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar