Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1056/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1056/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Cavabdeh X1 və vəkili İsmayılov Səlimxan İsa oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (E.A.Nuriyev, iş 2(007)-1782/1 8) İddiaçı Cavabdeh x1 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehdən 5000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş 2(103)-10780/18) Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-1782/2018 saylı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 və vəkili İsmayılov Səlimxan İsa oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahişetmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassas iya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, Cavabdeh x1 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh x1 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehin ondan aldığı 14.300 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 14330 manat pulun Cavabdeh x1dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh x1 və vəkili İsmayılov Səlimxan İsa oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsit ərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı və vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin mübahisəsiz hallarına görə 2013-cü ilin avqust-sentyabr aylarında tərəflər cavabdehə məxsus mənzilin iddiaçıya satılması barədə şifahi razılığa gəlmişlər. İddiaçı bununla bağlı cavabdehə müəyyən məbləğdə pul vermiş, lakin sonradan tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. İş materiallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək 2013-cü i ldə cavabdeh tərəfindən ona məxsus 12300 manat pulun ələ keçirildiyini bildirmişdir. Cavabdeh Polis bölməsində izahat verərək, iddiaçıya 10000 manat borclu olduğunu etiraf etmiş, həmin puldan 5000 manatı qaytardığını, 5000 manat pulu da hissə-hissə qaytaracağını bildirmişdir. Toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Bakı şəhəri, Nizami rayon Polis idarəsinin 25-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı R.Nəcəfovun 07 yanvar 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, baxılan iş üzrə iddiaçı cavabdehə mənzilin dəyəri qismində 17300 manat pul verdiyini, həmin məbləğin yalnız 3000 manatının ona hissə-hissə qaytarıldığını bildirsə də, cavabdeh iddiaya yazılı etirazında ona beh şəklində yalnız 10000 manat pul verildiyini, həmin pulun 5000 manatını qaytardığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ona ödənilmiş məbləğin beh olduğunu əsas gətirərək müqavilənin icra edilməməsi üçün beh vermiş tərəfin məsuliyyət daşıdığını, bu səbəbdən məbləği qaytarmaq öhdəliyinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. -491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. -491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən, bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Beləliklə, qanunverici beh haqqında razılaşmanın yazılı formada bağlanmasını mütləq şərt olaraq müəyyən etmişdir. Hazırkı iş üzrə tərəflər arasında yazılı formalı beh müqaviləsi bağlanmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə ödədiyi məbləğin beh olub-olmadığına şübhə yarandığından və razılaşmanın yazılı formasına riayət edilmədiyindən mülki qanunvericiliyə əsasən mübahisəli ödəniş avans hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında şifahi razılaşdırılmış alqı-satqı müqaviləsi ba ş tutmadığı üçün cavabdeh iddiaçıdan aldığı vəsait hesabına əsassız varlandığından tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşdən görünür ki, cavabdeh avans qismində ona ödənilmiş 10.000 manat puldan 5000 manatını iddiaçıya qaytarmadığını mübahisələndirmir. İddiaçı isə həmin pulun geri qaytarılmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan aldığı məbləğin 5000 manat hissəsini qaytarmadığını yazılı etiraf etdiyindən iddiaçı həmin faktı sübut etmək yükündən azaddır və qanunun tələbinə əsasən cavabdehin iddiaçı qarşısında əsassız varlanmadan irəli gələn həmin məbləği qaytarmaq öhdəliyi yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdi r. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 16 oktyabr 2018-ci il tarixli, 2(10 3)-10780/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-1056/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1056/2019
20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver