Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1057/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il İŞ № 2(102)-1057/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(103)-10195/2018 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əm anətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 15 may 2018-cı il tarixli, 2(007)-306/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qraşı “borcun tutulmasına dair” iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 6.672,15 ABŞ dolları, faiz borcuna görə 950,08 ABŞ dolları, hesablanmış cəriməyə görə 476,56 ABŞ dolları, cəmi 8.098,79 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. İddiaçı təşkilat və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentya br 2018-ci il tarixli, 2(103)-10195/2018 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ə.İ.Qasımov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi iddiaçı təşkilatın və Cavabdeh1 apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı təşkilatın nümayəndəsi xxx və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun ödənilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 06 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 26 faiz ödənilməsi şərti ilə 12.740 ABŞ dolları kredit verilmi şdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2lə 06 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 23 fevral 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 7.386,26 ABŞ dolları müəyyən edilmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış və nəticədə onun 31 iyul 2017-ci il tarixə 06 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 7.386,26 ABŞ dolları əsas, 950,08 ABŞ dolları faiz və 2.566,34 ABŞ dolları cərimə olmaqla, cəmi 10.902,68 ABŞ dolları kredit borcu yaranmışdır. İddiaçı təşkilat tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.Ona görə də iddi a ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətlərini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmi ş kredit borcunun yaranmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,06 fevral 2 015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 26 faiz ödənilməsi şərti ilə 12.740 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2lə 06 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 23 fevral 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 7.386,26 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı təşkilat iddia ərizəsində iddia etmişdir ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış və nəticədə onun 31 iyul 2017-ci il tarixə 06 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 7.386,26 ABŞ dolları əsas, 950,08 ABŞ dolları faiz və 2.566,34 ABŞ dolları cərimə olmaqla, cəmi 10.902,68 ABŞ dolları kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 18 aprel 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 06 fevral 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 23 mart 2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata 8.127,41 ABŞ dolları (əsas borc üzrə 6.672,15 ABŞ dolları, faiz borcu üzrə 1.096,46 ABŞ dolları) kredit borcu vardır. 31 iyul 2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 8.482,40 ABŞ dolları (əsas borc üzrə 6672,15 ABŞ dolları, faiz borcu üzrə 1333,69 ABŞ dolları, cərimə borcu üzrə 476,56 ABŞ dolları) kredit borcu vardır. İşə əlavə edilmiş iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 06 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişə əsasən 23 fevral 2016-cı il tarixdən sonra illik faiz dərəcəsi 1 0 faizlə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. HəminMəcəllənin 445.2.1.maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilm əməsiborclununicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdi rilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları, işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, iddiaçı təşkilatın kassasiya şikayətinin dəlilləri ekspertin rəyinə görə də əsassızdır. Belə ki, 06 fevral 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 23 mart 2017ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata 8.127,41 ABŞ dolları (əsas borc üzrə 6.672,15 ABŞ dolları, faiz borcu üzrə 1.096,46 ABŞ dolları) kredit borcu vardır. 31 iyul 2017-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 8.482,40 ABŞ dolları (əsas borc üzrə 6672,15 ABŞ dolları, faiz borcu üzrə 1333,69 ABŞ dolları, cərimə borcu üzrə 476,56 ABŞ dolları) kredit borcu vardır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bü tün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 v ə vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(103)-10195/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1057/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1057/2019
19.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver