Məhkəmə qərarları › İş №2(102)-1058/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1058/2022

24.02.2022 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1058/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavabdeh3 Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1571/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları 19 fevral 1998-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 pay olaraq onlara verilmiş 2,62 ha torpaq sahəsini İddiaçı satmışlar. Zaqatala rayonu Əliabad Bələdiyyəsi tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli 87 saylı arayışdan görünür ki, Cavabdeh1 və onun 8 nəfər ailə üzvünə 1996-cı ildə torpaq islahatları zamanı 807 nömrəli təsərrüfat olmaqla 2,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Ondan 2,42 ha əkin, 0,12, 0,30 ha bağ sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı sonuncuların mülkiyyətində olan 2,62 ha kə nd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,62 ha torpaq sahəsini 19 fevral 1998-ci il tarixdə öz aralarında şahidlərin iştirakı ilə bağlanmış akta əsasən almışdır. Torpaq sahəsini alarkən torpağın hüquqmüəyyənedici sənədləri olmamışdır. Əqdin təsdiqlənməməsi cavabdehlərin ucbatından baş vermiş və hazırda da sonuncular bundan qərəzli olaraq yayınırlar. Bu səbəbdən də qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Za qatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(033)-962/2018) iddia təmin edilərək, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 807 №-li təsərrüfat olmaqla, cavabdehlərə ayrılmış 2,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,62 ha hissəsinin satılması ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı arasında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı arasında Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 2,62 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin ən mühüm şərtləri barədə razılıq əldə etmişlər. Bununla bağlı özlərinin azad iradə if adələrini imzaladıqları izahatda əks etdirmişlər. Həmin vaxt mübahisəli torpaq sahəsinin hüquqverici sənədləri olmadığından bu razılaşmanı notariat qaydasında rəsmiləşdirə bilməmişlər, sonradan isə bu razılaşma cavabdehlərin təqsiri ucbatından notarial qayda da təsdiq edilməmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin alqısatqısına dair imzalanmış sənəd qanuna zidd olmamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-1780/2020) cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(033)-962/2018 saylı qə tnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı sonuncuların mülkiyyətində olan 2,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavi lənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Tərələr arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Həmçinin cavabdehlərin bundan imtina etməsini təsdiq edən hər hansı bir mötəbər sübut da məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə sözügedən ailənin üzvləri olan uşaqların paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev, iş № 2(102)-2265/2021) İddiaçı kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1780/2020 nömrəli, 12 noyabr 2020-ci il tarix li qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi sözügedən ailənin üzvləri olan uşaqların paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmamasına istinad etsə də, ailə üzvlərindən kimin qəyyumluqda olmasını müəyyən etməmişdir. Apellyasiya şikayəti verən şəxslərdən Cavabdeh2 xx xxxx 1957-ci il təvəllüdlüdür ki, iddiaçının istinad etdiyi müqavilə bağlananda onun yetkinlik yaşına çatmış şəxs olması açıq-aşkar olan faktdır. Apellyasiya şikayəti verən Cavabdeh4 gəldikdə, o, xx xxx 1982-ci il təvvəllüdlüdür, bu baxımdan həqiqətən də onun 1998-ci ildə yetkinlik yaşına çatmayan şəxs olması mübahisəsizdir. Lakin məhkəmə nəzərə almayıb ki, Mülki Məcəllənin 33.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmçinin Mülki Məcəllənin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Başqa sözlə, Cavabdeh4 1998-ci ildə yetkinlik yaşına çatmaması onun qəyyumluqda olması nəticəsinə gəlmək üçün əsas vermir. Buna görə də apellyasiya məhkəməsinin Cavabdeh4 Mülki Məcəllənin 28.8 və 33.3-cü maddələrinə əsasən qəyyum təyin edilib-edilməməsi halını müəyyən etmədən hazırki işə Mülki Məcəllənin 36.1-36.3-cü maddələrinin tətbiq etməsi maddi hüquq normasının pozulması deməkdir. Bundan əlavə, işin apellyasiya baxışında cavabdehlər Cavabdeh5 15 may 2000-ci ildə, Cavabdeh3 10 avqust 2012-ci ildə və Cavabdeh1 28 avqust 2017-ci ildə ölməsi barədə sənədlər təqdim edilsə də, apellyasiya məhkəməsi işdəki bu sənədlərə qiymət verməyib. Halbuki hazırki iddianın 2018-ci ildə məhkəməyə verilməsi nəzərə alınarsa, iddianın faktiki olaraq ölmüş şəxslərə qarşı qaldırılması halına qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsi isə qeyd edilənlərə əsasən ölmüş şəxslərə qarşı hissəd ə iddianın yolverilən olub-olmamasını araşdırmadan həmin şəxslərə qarşı da iddiaya mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməklə, prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov, iş № 2(107)-1571/2021) Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(033)962/2018 saylı qətnaməsi iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 münasibətdə olan hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov, iş № 2(107)-1571/2021) cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(033)-962/2018 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə yazılı razılaşma (sadə yazılı formada müqavilə) tərtib edilmişdir. Mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin şərtləri müqavilə tərəfləri tərəfindən tam şəkildə icra edilmişdir. İddiaçı torpaq sahəsinin razılaşdıqları qiymətini cavabdehlərə tam ödəmişdir. Digər tərəfdən, iddiaçı mübahisəli torpaq sahəsini müqavilə imzalandığı vaxtdan istifadə edir, əkib becərir, verg iləri ödəyir. Ona görə də iddiaçı əqdi icra etmiş tərəf kimi müqavilənin bağlanmış hesab edilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi onun əsaslı ərizəsini təmin edərək, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 807 №-li təsərrüfat olmaqla, cavabdehlərə ayrılmış 2,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,62 ha hissəsinin satılması ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış hesab etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış əqd qanun nöqteyi-nəzərindən etibarlı olmuşdur, birinci instansiya məhkəməsinin həmin əqdi bağlanmış hesab etməsi isə qanuna müvafiq və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1571/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, aktda onların adları qeyd olunsa da orada olan imzalar onlara məxsus deyil, iş üzrə ekspertiza keçirilməsinə dair vəsatətləri olmuş, lakin məhkəmələr tərəfindən bu barədə onlara heç bir məlumat verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellya siya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qətnaməsinin və qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətdə olan dəlillər əsasında yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquq u qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01.09.2000-ci ildək qüvvədə olan) 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. (24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş redaksiyada) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konsti tusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlu matlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, ş ikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, müvafiq məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyas ı kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaq la formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1571/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar