Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1058/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 08 apr el 2025- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “abonent”) arasında xx.xx.2023-cü il tarixində 04/3580 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmışdır. Həmin müqavilə əsasında İddiaçı abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.
2. Abonentin ünvanına İddiaçı-ın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
3. İddiaçı tərəfindən “Təbii X1nın pozulması haqqında” 8 akt tərtib edilmişdir: xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1049,40 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3291,84 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; cəmi 7516,44 (yeddi min beş yüz on altı manat 44 qəpik) manat məbləğində abonentin hesabına borc yazılmışdır.
4. Həmçinin abonentin 2758,25 manat debitor borcu da vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçıa vurulmuş zərərə görə 7.516,44 manat, debitor borcuna görə 2758,25 manat və dövlət rüsumuna görə 120,82 manat, ümumilikdə 10.395,51 manat pulun cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, 04/3580 nömrəli müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı-ın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı iddiaçının əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətl əri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1049,40 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3291,84 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; cəmi 7516,44 manat məbləğində maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur.
7. Bundan əlavə, cavabdehin 2020-ci ilin fevral-dekabr ayları üzrə ödənilməmiş 1232 manat sərfiyyat borcu və limitdən əlavə 141,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvaraprel və oktyabr-noyabr ayları üzrə 85,58 manat sərfiyyat borcu, 2022-ci ilin may/avqust- oktyabr və dekabr ayları üzrə 72,72 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart və sentyabr-dekabr ayları üzrə 860,85 manat sərfiyyat borcu və limitdən əlavə 103,90 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-fevral ayları üzrə 226,80 manat sərfiyyat borcu və limitdən əlavə 55,20 manat sərfiyyat borcu, cəmi 2778,25 manat sərfiyyat borcu qalmışdır.
8. Cavabdeh 2020-ci ilin fevral ayından 2024-cü ilin mart ayına qədər 20 manat məbləğində ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2758,25 manat borcu (debitor borc) qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 10 274,69 manat təşkil etməkdədir. Həmçinin cavabdehdən 2020-ci ilin yanvar ayınadək 3892,90 manat vəsaitin tutulması barədə xx.xx.2022-ci il tarixli, 2(103)-3990/2022 saylı və 1169,10 manat vəsaitin tutulması barədə xx.xx.2021-ci il tarixli, 2(103)-7881/2021 saylı qətnamələr çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçıa vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 14.2.6, 21, 386, 442, 443.1, 448.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
11. Bakı şəhəri S abunçu Rayon Məhkəməsinin e-2(008)-3646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 172.80 manat xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında yazılmış borc, 2758.25 manat debitor borcu və 49.31 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Nilufər Cəfərli)
12. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2022- ci il tarixli ******* nömrəli akta əsasında yazılmış cərimənin tutulması hissəsinə münasibətdə bildirmişdir ki, cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin qeyd olunan aktda itirilmiş qazın həcminın 8640 kubmetr olduğu müəyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 4x12x30=1440 kub metr qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 172.8 manat təşkil edir.
13. Bunları nəzərə alan birinci instansiya məhkəməsi qaz xəttindən qanunsuz istifadəyə görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasında yazılmış cəriməninin 172.8 manat olan hissəsini əsaslı hesab etmişdir.
14. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin digər – xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023- cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, *** **** saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış cərimələrin tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövrdə tərtib edildiyindən və istehlakçı məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə tutula bilməz.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin debitor (sərfiyyat) borcunun tutulması hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia tələbi bu hissədə tam təmin edilməlidir. Belə ki, cavabdehə məxsus saldodan cavabdehin 2020-ci ilin sonu üçün 1232 manat sərfiyyat borcu, 141.20 manat həmin ilin sonu üçün limitdən artıq istifadə edilmiş borc, 2021-ci ilin sonu üçün 85.85 manat sərfiyyat borcu, 2022-ci ilin sonu üçün 72.72 manat sərfiyyat borcu, 2023-cü ilin sonu üçün 860.85 manat sərfiyyat borcu və həmin ilin sonu üçün 103.90 manat yeni tarif keçidi ilə əlaqədar yaranmış borc, 2024-cü ilin fevral ayının sonu üçün 226.80 manat sərfiyyat borcu və həmin tarixə 55.20 manat yeni tarif keçidi ilə əlaqədar borcunun yarandığı müəyyən edilir. (1232+141.20+85.85+72.72+860.85+103.90+226.80+55.20=2778.25 manat) Eyni zamanda saldodan müəyyən edilir ki, cavabdeh tərəfindən 2020-ci ilin iyul ayında 20 manat məbləğində ödəniş edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 1096.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2, 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə t əsdiq edilən “X1”nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə əlavə olaraq göstərilmişdir ki, istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilm iş sübutlar iddia tələblərinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, iddiaçının əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgü n olmayan qətnamə qəbul etmişdir. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarından birini tanımış, lakin həmin faktla bağlı tərtib edilmiş akt üzrə paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə paylayıcının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün Paylayıcıya dəymiş maddi z ərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının xx.xx.2024-cü il tarixli 2(103)-6562/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov)
20. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun 172.8 manat hissəsinin əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və oby ektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü, “Qaz təchizatı haqqında” 13, 19-cu maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin təmin olunmayan hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin bir sıra dəlilləri ilə eynilik təşkil etməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini nəzərə almamış, cavabdeh tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində iddiaçı təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin ödənilməsinə dair iddia tələbini əsassız olaraq tam təmin etməmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək cavabdeh tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. İddiaçının əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında o lan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin aşağı instansiya məhkəmələri tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı) mövqe də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki kollegiyası qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktlar ı, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi (Qərarın 51-52-ci bəndləri)”. Hazırki işdə aşağı instansiya məhkəmələri yalnız tərtib edilmiş ilk aktı əsaslı hesab etmiş, kifayət qədər əsaslı sübutların olmasına baxmayaraq digər aktlara münasibətdə iddianı təmin etməmişdir. Bu isə qanunvericilik normalarının kobud şəkildə pozulması və Ali Məhkəmənin göstərilən qərarında formalaşdırdığı mövqenin nəzərə alınmaması kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülk i Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını poz an) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13, 8-1-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini d ayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qa z paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. “X1” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirib. Qeyd edilməlidir ki, iddiaçı birinci instansiya məhkəməsini qətnaməsini də həmin hissədə mübahisələndirmiş və apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi də həmin hissədə olduğu üçün məhkəmə kollegiya qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nətic əyə gəlmişdir.
32. İddia tələbi debitor borcu və 2022-ci ilin may ayınadək 1 akt və bundan sonrakı tarixlər üzrə tərtib olunmuş 7 akt üzrə zərərin əvəzinin ödənilməsi barədədir.
33. Birinci instansiya məhkəməsi 2758,25 manat debitor borcuna aid iddianı tam, aktlar üzrə zərərə aid iddianı 2022-ci ilin may ayınadək tərtib edilmiş 1 akt üzrə 172,80 manat həddində olmaqla qismən təmin etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Məhkəmə kollegiyası 2022-ci ilin may ayınadək 1 akt (xx.xx.2022-ci il tarixli akt) üzrə hesablanmış 1049,40 manat cərimənin 172,80 manat həddində müəyyən edilməsini düzgün olmaması, bununla bağlı ekspertiza təyin edilməli olması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsi həmin akt üzrə cərimənin cərmiənin 172,80 manat olmasını onunla əsaslandırmışdır ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün götürülməli, belə olan halda da, 4x12x30=1440 kub metr qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 172.8 manat təşkil edir. 37. “X1”nın 6.5-2-c i bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
38. Göründüyü kimi, “X1”nın 6.5-2-ci b əndində qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı hesablanır.
39. Bu baxımdan, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 1049,40 manat cərimənin 172,80 manat həddində müəyyən etməsi, “X1”nın 6.5-2-ci bəndində məişət abonentlərinə münasibətdə qazın dəyərinin hansı müddət və saat meyarı ilə hesablanmalı olması qaydasına uyğun olmuşdur.
40. Həmçinin 2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlar üzrə zərərə aid iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı olmuşdur.
41. İşdə n görünür ki, cavabdeh barəsində tərtib edilən digər 7 akt 01 may 2022-ci ildən sonra, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin aktlar üzrə zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması müəyyən edilməmişdir. Halbuki, qeyd edilən aktlar tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.
42. Kassatorun Ali Məhkəmənin 2(102)-424/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına istinadən göstərdikləri də əsaslı deyil.
43. Belə ki, elektron informasiya sistemindən əldə edilmiş həmin qərar üzrə işin halları fərqli olmuş, o işdə abonent barəsində t ərtib edilmiş 5 akt 01 may 2022-ci ilədək, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinə 8-1-ci bəndin əlavə edilməsindən əvvəliki dövrə, 1 akt isə 01 may 2022-ci ildən sonrakı təsadüf etmişdir.
44. Hazırki işdə isə qeyd edildiyi kimi, cavabdeh barəsində tərtib edilmiş 7 akt 01 may 2022-ci ildən sonrakı dövrə təsadüf edir, həmin dövrdən əvvələ tərtib edilmiş 1 akt üzrə də cavabdehin qazdan qanunsuz istifadə etməsi faktı tanınaraq, ondan cərimə məbləği tutulmuşdur.
45. Həmçinin kassatorun istinad etdiyi Ali Məhkəmənin 2(102)-424/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da həmin iş üzrə 01 may 2022-ci ildən sonra tərtib edilən 1 akta “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişiklik kontekstində qiymət verməli olması qeyd edilmişdir.
46. Başqa sözlə, digər bir iş üzrə Ali Məh kəmənin 2(102)-424/2024 saylı, xx.xx.2024cü il tarixli qərarında işin halları fərqli olmuş, eləcə də hazırki işlə uyğun olan hallara da eyni mövqe sərgilənmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.