Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1061/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yazılı müqavilənin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil Ələddin qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1748/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesin də olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 506,65 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 315,26 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,31 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 642,06 ABŞ dolları cərimə borcunun, cəmi 1536,28 ABŞ dolları borcun və ödənilmiş 30 manat döv lət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 28% faiz ödəmək şərti ilə 783 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqa viləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məşuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 506 ABŞ dolları 65 sent, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 315 ABŞ dolları 26 sent, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72 ABŞ dolları 31 sent borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 642 ABŞ dolları 06 sent, cəmi borcu 1536 ABŞ dolları 28 sent təşkil edir. Borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu günədək b orcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixə əsas borcu 506,65 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 315,26 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,31 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 642,06 ABŞ dolları, cəmi borcu 1536,28 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 32065 saylı rəyindən görünür ki, mülki işin 5-6-cı vərəqələrində olan xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfində “Borcalan” qrafasındakı imza, 2-ci vərəqəsinin ü z tərəfində “7.2 Borcalan Cavabdeh1” qrafasındakı imza-Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının x xxxx 2020-ci il tarixli, 4/388 saylı rəyindən görünür ki, mülki işin 8-ci vərəqəsində olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlində “Cavabdeh1” yazıları qarşısındakı imza, i/v 119-da olan 2 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli xəzinə orderində “Alanın imzası” qrafasındakı imza -Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) xx xxxxxx 2020-ci il tarixli, 2(060)-320/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə ekspert rəyinə istinad edərək tərəflər arasında müq avilənin bağlanmaması və öhdəliklərin yaranmaması qənaətinə gələrək iddia tələbin rədd etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş emiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı ASC ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlamamış, 783 ABŞ dolları məbləğində kredit götürməmişdir. Ona məxsus sənədlərin İddiaçı ASC-yə kimin tərəfindən təqdim edilməsi ona məlum deyildir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Səyyad Qafari) xx xxxxxx 2020-ci il tarixli qətnam əsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdirki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edildiyi kimi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında xx xxxxxxx 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi bağlanmamış, Cavabdeh1 illik 28 faizlə 12 ay müddətinə 783 ABŞ dolları məbləğində kredit verilməmişdir. Belə olan halda, Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti qarşısında hər hansı öhdəliyi yaranmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı ekspertiza rəyinin əsassızlığını hər hansı arqumentlə əsaslandıra bilməm işdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstədiyi dəlilləri də əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Ələddin qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfl i, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1748/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.