Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1062/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 20 » fevral 2019-cu il İş № 2(102)-1062/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin, vəkili Vəkil1 və Cavabdeh2, vəkili Vəkil2 kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-489/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddiası qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 29.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 9851,9 ABŞ dolları, faiz borcuna görə 4916,07 ABŞ dolları və cəriməyə görə 50 ABŞ dolları olmaqla, cəmi 14817,97 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cə fərov, iş № 2(103)-11881/18) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)489/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-ti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 29.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 9851,9 ABŞ dolları, faiz borcuna görə 5329,43 ABŞ dolları və cəriməyə görə 1441,39 ABŞ dolları olmaqla, cəmi 16622,72 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları q əbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-ti və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarna yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarxli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, həm dollara münasibətdə, həm də manata münasibətdə kredit məbləğinin həcmi artırılmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarxli qətnaməsinin ona aid hissədə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin şikayətinin təmin edilməməsini, cavabdehin vəkili Vəkil2 verikləri isə verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiym ət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş materiallarında olan sübutlara və hüququ faktlara istinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 29% ödəmək şərti ilə şəxsi məqsədlər üçün 12745 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 29.01.2 015-ci il tarixdən 29.01.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 12745 ABŞ dolları, faiz borcuna görə 6485,39 ABŞ dolları olmaqla cəmi 19230,39 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 29.01.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank borcalan Cavabdeh1 kredit məbləğini vermişdir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 29.01.2015-ci il tarixli ZM-330005322 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin 29.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinə görə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.02.2018-ci il tarixli 295 saylı rəyindən mü əyyən olunur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 34-35-ci vərəqələrində olan İddiaçı ASC ilə Cavabdeh1 adından olan 03.03.2015-ci il tarixli kredit müqaviləsinin aşağı sağ künclərində və sonuncu səhifədə borcalan qrafasmdakı imza, mülki işin 36- 3 7-ci vərəqələrində olan kredit hesabı üzrə qrafikin aşağı sağ küncündə və sonuncu səhifədə borcalan qrafasmdakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2018-ci il tarixli 17084 saylı rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-ə olan borcu 14768,13 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: borc üzrə 9852,06 ABŞ dolları, faiz borcu üzrə 4916,07 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, Cavabdeh2 apellyasiya şika yətində zaminlik müqaviləsi bağlandıqdan kredit müqaviləsinin şərtlərinin dəyişdirildiyini, müqavilənin müddətinin uzadıldığını, buna görə də zaminliyə xitam verilməli olduğunu göstərsə də, apellyasiya şikayətində qeyd edilənlər işin halları ilə təsdiq olunmur. İş materiallarından göründüyü kimi, 29.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanarkən 36 ay müddətinə bağlanmışdır. İddiaçının apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnaməni yalnız faiz borcu hissəsində mübahisələndirərək göstərir ki, öhdəliyin icrası gecikdiyindən əsas borc məbləğinə bank tərəfindən ikiqat faiz hesablanması müqavilə şərtlərinə uyğun olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əsas borcun qaytarılması razı laşdırılmış qrafik üzrə həyata keçirilmədiyi halda bank borcalandan ödəniş qrafikində razılaşdırılmış məbləğdən artıq faiz tuta bilməz. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla borclunun borcun qaytarılması və faizlərin ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyi hər ayın konkret günündə icra edilməli olduğunu və öhdəliyin icra müddəti bitənədək ümumilikdə hansı məbləğdə faiz ödəməli olduğunu müəyyən edir. Borclu tərəfindən ödəniş cədvəli üzrə ödəmə müddəti çatmış və ödənilməmiş hər bir məbləğ qanunsuz saxlanılan və qanunsuz istifadə edilən pul məbləği hesab olunur. Ödənişlərin qrafik üzrə həyata keçirilməməsi banka öhdəliyin icrasının gecikdirilməsinə görə borcluya kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən cərimə (dəbbə pulu ) hesablamaq, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsini tələb etmək və müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ verir. Öhdəliyin icrasının gecikdirilməsinə görə borcludan tələb edilən məbləğin müqavilədə hansı sözlə (faiz, cərimə faizi, artırılmış faiz, ikiqat faiz və s) ifadə edilməsindən asılı olmayaraq pul vəsaitinin qanunsuz saxlanılması və müqavilədə nəzərdə tutulmuş müddətdə geri qaytarılmamasına görə tələb edilən məbləğ “istifadə haqqı” deyil, cərimə faizidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin qalıq kredit məbləğindən istifadəyə görə banka ödəməli olduğu faiz (istifadə haqqı) ekspert rəyi ilə müəyyən edilmiş və məhkəmə tərəfindən həmin məbləğdə faiz borcu tutulmuşdur. Buna görə də borcalandan həmin məbləğdən artıq faiz borcu (kreditdən isti fadə haqqı) tələb edə bilməz, lakin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu, cərimə, əldən çıxmış fayda və zərər tələb olunması müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğundur. Hazırkı halda bank tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə faizi əsas borc məbləğinə mütənasib məbləğdə təmin edildiyindən məhkəmə hesab edir ki, həmin hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-489/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 385.1, 425.1, 439.1, 439.2, 442-ci maddələri ilə əs aslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. İddiaçı ASC-nin kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Həmçinin kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılar kən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Cavabdeh2 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, onlara düzgün hüquqi qiymət vermiş, iddiaçınıniddiatələbinin əsasıkimi, cavabdehin isə şikayətinin əsası kimiistinadetdiklərihallaravəsübutlaralazımihüquqiqiymətvermişdir. Həmçinin kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfi ndən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassa siya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov:
Məhkəmə qərarları › İş №2(102)-1062/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1062/2019
20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver