Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1062/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2-nin nümayəndəsi və vəkili Ağamirov Mirağa Mirbəşir oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(019)-620/2019 nömrəli (hakim H.Səlimov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı3 Cavabdeh1 mülkiyyətində olan, Balakən rayonu X kəndində yerləşən 0.1183 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 133,50 kv/m, yaşayış sahəsi 69,50 kv/m olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması, iddiaçılar İddiaçı1 və İddiaçı2 aid hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(107)-2802/2019 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Balakən Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(019)620/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cava bdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 xüsusi mülkiyyətində olan, Cavabdeh2-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Balakən rayonu X kəndində yerləşən 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1, Cavabdeh1 və İddiaçı2 istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2-nin nümayəndəsi və vəkili Ağamirov Mirağa Mirbəşir oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü olmasını, həmin əmlakın məhdud əşya hüququ əsasında banka məxsus olmasını ikinci plana ataraq bankın hüquqlarını pozmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 2802/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı3 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya ş ikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2802/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş həmin hissə üzrə yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarlarına. Azərbaycan Respublikasının Konstitusiyasının 31, 71ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli yaşayaış evinə Cavabdeh2-nin məhdud əşya hüququnun olması, hələ onların tam mükiyyətçi olması anlamına gəlmir və bu hüquq İddiaçı3 öz ərinə məxsus olan evə istifadə hüuqunun tanınmasını məhdudlaşdıra bilməz. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə Cavabdeh1 iddia tələb ini etiraf, apelyasiya şikayətinə isə etiraz etməsini heç də digər şəxsin hüquq və mənafelərinə toxunan hal kimi qiymətləndirməmiş, əksinə sonuncunun iddianı etiraf etməsini öz ailəsinin birlikdə yaşamasına xidmət etməsi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 18.03.2014-cü il tarixli 19M000000147 nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh1 Balakən rayonu X kəndində xüsusi mülkiyyətində olan 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerl əşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18.03.2014-cü il tarixli 19M000000147 nömrəli ipoteka müqaviləsinə əsasən Balakən rayonu X kəndində xüsusi mülkiyyətində olan 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evi Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi idarəsi tərəfindən 12 №li reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* №li çıxarışla Balakən rayonu X kəndində xüsusi mülkiyyətində olan 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.50 kv/m, yaşayış sahəsi 69.50 kv/m, yardımçı sahəsi 64 kv/m olan fərdi yaşayış evini Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2(019)-54/2017 nömrəli qətnaməsi ilə Cavabdeh1, İddiaçı1, X qızından və X qızından cəmi 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatının və 21 manat xidmət haqqının 15,12 manatının tutulması, tələbin Balakən rayonu X kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Balakən rayonu X kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat olmaqla açıq hərracdan satılması və 17454.93 (on yeddi min dörd yüz əlli dörd ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına məzənnə ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,60 manatının, ipoteka predmetinə tutmanın yö nəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 7,20 manatının və 21 manat xidmət haqqının 15,12 manatının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh2-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, İddiaçı1, X qızından və X qızından ümumi qaydada tutulması, Balakən rayonu X kəndində 0.1183 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçılardan İddiaçı3 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 hazırda həmin fərdi yaşayış evini sataraq digər cavabdehə (Bank) olan borcunu ödəmək niyyətində olduğundan, onun orada yaşamağına dolayı yollarla maneələr törətdiyindən o, hazırki iddianı irəli sürmək məcburiyyətindədir. O, həmin fərdi yaşayış evinə mülkiyyətçinin razılığı əsasında qeydiyyata alındığından istifadə hüququnu əldə etmişdir. Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti isə iddiaya etiraz edərək iddiaçının istifadə hüququnun tanınmasını istədiyi Balakən rayonu, X kəndində yerləşən 0,1183 ha torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 133,5 m2, yaşayış sahəsi 69,5 m2, olan fərdi yaşayış evi digər Cavabdeh1 mülkiyyətində olmaqla 18.03.2014-cü il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında üzərinə götürdüyü öhdəliyin təminatı olaraq əmlakı ipoteka ilə bankın xeyrinə yüklü vəziyyətdə olmasını göstərmişdir. Digər Cavabdeh1 iddia tələbini etiraf etmiş, apelya siya şikayətinə isə etiraz etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 6 0-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Bununla yanaşı, məhkəmə aktlarından şikayətin MPMdə nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə mü dafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Qanunverici tərəfindən bu məqsədlərə nail olmaq üçün birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən etmişdir. Həmin prosessual qaydalara görə əgər prosesdə iştirak etməyən, iddia tələbinin bilavasi tə yönəlmədiyi şəxs tərəfindən iddia tələbi üzrə gəlinən nəticə mübahisələndirilərsə, ilk öncə onun məhkəmə aktının mübahisələndirilməsi üçün iddia tələbi üzrə gəlinən nəticənin onun subyektiv hüququna toxunub-toxunmadığı aydınlaşdırılmalı, gəlinən nəticə şəxsin pozulmuş subyektiv hüquqların pozulmasının bərpasına yönəlməlidir. Bunun üçün də ilk növbədə şəxsin hüququnun pozulub-pozulmaması, əgər pozulubsa iddianın yönəldiyi şəxsin həmin hüquq pozuntusunda görə təqsiri müəyyən edilməlidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 20 08-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı əda lət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayarkən iddiaçı şəxsin hüququnun pozulub-pozulmaması, əgər pozulubsa iddianın yönəldiyi şəxslərin həmin hüquq pozuntusuna görə təqsirinin olub-olmamalarını müəyyən etməli olduğu halda, bunu etməyərək cavabdehin iddianı etiraf etməsi ilə kifayətlənərək bu etirafı cavabdehin öz ailəsinin birlikdə yaşamasına xidmət etməsi kimi səhv nəticəyə gəlmişdir. Belə ki, kollegiyanın qənaətinə görə cavabdeh öz ailəsi ilə bi rlikdə yaşaması niyyətindədirsə belə onun İddiaçı3 mübahisəli fərdi yaşayış evində yaşamağına dolayı yollarla maneələrin törədilməsi faktı da mövcud olmamalıdır. Əgər belə maneələr vardırsa məhkəmə bu maneələrin hansı formada olmasını aydınlaşdırmalı və cavabdehin iddianı etiraf etməsinə, həmçinin iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulması faktı öz təsdiqini tapmadığı halda iddianın formal olaraq və ya hansı səbəblərdən verilməsinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsində n istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işin bu halına qiymət verməmişdir ki, Cavabdeh1 hazırda həmin fərdi yaşayış evini sataraq digər cavabdehə (Bank) olan borcunu ödəmək niyyətində olub-olmamasından asılı olmayaraq bu əsasla ona və Banka qarşı qaldırılan iddianın cavabdeh tərəfindən İddiaçı3 müb ahisəli mənzildə yaşamasına və istifadə hüququnun tanınmasına etiraz edilməməsi baxımından əsaslı sayıla bilməz. Belə ki, ilk əvvəl apellyasiya instansiyası məhkəməsi İddiaçı3 14.07.2014-cü ildə Cavabdeh1 ilə nikaha daxil olmaqla həmin vaxtdan hazıra kimi onun ailə üzvü statusunda fərdi yaşayış evində qeydiyyata alınmaqla yaşaması faktına qiymət verməmiş, mübahisəli yaşayaış evinə Cavabdeh2-nin məhdud əşya hüququnun olmasına baxmayaraq iddiaçının həmin fərdi yaşayış evində yaşamasına hər hansı formada etiraz edib-etməməsini, bundan əlavə, həmin iddiaçının sözügedən evə istifadə hüququnun tanınmasının hüquqi əsaslarını müəyyənləşdirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona m əxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu gö stərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün sa xlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyən digər iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə iddianın təmin edilməməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, onların iddialarının təmin edilməməsini səbəbi kimi həmçinin, mübahisəli evdən istifadə hüququnun tanınmasına nail olmaqla evin satılmasına mane olmaq istəmələridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı3 mübahisəli fərdi yaşayış evinə mülkiyyətçinin ailə üzvü sta tusu ilə onun razılığı əsasında qeydiyyata alınması faktı mövcud olduğu təqdirdə onun həmin evə ərinə münasibətdə, etibarlı ailə münasibətləri baxımından artıq istifadə hüququnun olduğu halda bu hüququn yenidən tanınması üçün iddia qaldırılmasının əsil səbəblərini apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən yalnız birinin iddianı etiraf etməsinə Azərbaycan Respublikasının MPM-nin 52 və 191-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi v ə tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-ci maddəsinə əsasən isə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. İşin materiallarından görünür ki, cavabdehlərdən biri də Cavabdeh2-dir və o, həm iddi aya, həm də digər cavabdehin iddianı etiraf etməsinə etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Cavabdeh1 iddia tələbini etiraf etməsinin digər cavabdehin mənafeyinə toxunub-toxunmamasını aydınlaşdırmamış, cavabdehin iddianı etiraf, apelyasiya şikayətinə isə etiraz etməsinə dair gəldiyi qənaətini MPM-nin tələbləri baxımından deyil, cavabdehin iddia ilə bağlı subyektiv mülahizəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli yaşayaış evinə Cavabdeh2-nin məhdud əşya hüququnun olması, hələ onun tam mükiyyətçi olması anlamına gəlməməsini düzgün qeyd etsə də, nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə g örə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sözügedən normanın mahiyyəti ondan ibarətdir ki, bank mülkiyyətçi olmasa da nəinki istənilən kənar bir şəxsdən, hətta mülkiyyətçidən belə öz əmlak hüquqlarının müdafiəsini tələb edə bilər. Məlumdur ki, mülkiyyətəi olmayan şəxsin mülkiyyətçiyə məxsus əşya üzərində hüquqları məhdud əşya hüququ adlandırılır. Bu hüquq mülkiyyətçi olmayan şəxsin mülkiyyətçisinin əmlakından qanun əsasında öz mənafelərinə uyğun olaraq istifadəsini nəzərdə tutur. Məhdud əşya hüququnun əlamətləri bunlardır; bu başqa şəxsin mülkiyyətindəki əşyaya olan hüquqdur; mülkiyyət hüququ ilə müqayisədə məhduddur, törəmə xarakteri daşıyır; əmlak mülkiyyətçisi öz mülkiyyətini saxlayır. Həmçinin məhdud ə şya hüquqlarına əşya təminat hüquqları da daxildir ki, bunlar da girov və ipoteka hüququdur. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. (Mülki Məcəllənin 269.1 və 269.2-ci maddələri) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəli yaşayış evinə Cavabdeh2-nin məhdud əşya hüququnun olmasının İddiaçı3 öz ərinə məxsus olan evə istifadə hüuqunun tanınmasını məhdudlaşdıra bilməməsinə dair nəticəsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2 4 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən v ə qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, Cavabdeh2nin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi iddianın təmin edilməsi hissəsində qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan büt ün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2-nin nümayəndəsi və vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2802/2019 saylı 02 oktyabr 2019cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, iş həmin hissə üzrə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1062/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1062/2020
24.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver