Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1062/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nemət oğlunun Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinə yolun açılması, maddi hüquq normaların düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2(107)473/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,05042 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Torpaq sahəsinin qonşuluğunda Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi yerləşir. Cavabdeh həmin qeyri-yaşayış sahəsində tikinti materiallarının satışı ilə məşğul olur.
3. İddiaçı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh qeyri-yaşayış sahəsinin yanında olan, ümumi istifadədə olan torpaq sahəsi üzərindən keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış e vinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında onun yaşadığı evə xidmət edən yola cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu tikinti materialları mağazasında satdığı qum və sementi tökərək, həmin yoldan istifadə etməsinə maneələr yaradır. İddiaçı dəfələrlə cavabdehə yola tökdüyü qumu, eləcə də sementi yığışdırmasını və bu kimi halları təkrarlamamasını tələb etsə də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. İddiaçı Göyçay rayon Polis şöbəsinə müraciət edilərək, cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmiş, müraciəti əsasında araşdırma aparılmış və cavabdeh inzibati məsuliyyət ə cəlb edilərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bu inzibati tədbirlər də bir fayda verməmiş, cavabdeh ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadə etməsinə maneələr yaratmışdır.
6. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi "xxxx" MMC-nin 24 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi xəritə materiallarında ümumi istifadədə olan yol olmaqla, həmin yol yalnız iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə xidmət edir. Qeyd edilən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, ümumi istifadədə olan yoldur. Sözügedən yol naturada cavabdeh tərəfindən zəbt edilməmişdir. Lakin cavabdeh tərəfindən mübahisəli yolun şimal hissəsində tikinti mate rialları, cənub hissəsində isə köməkçi materiallar (tara) qoyulduğu üçün iddiaçıya sözügedən yoldan istifadə edilməsinə maneə yaranır.
7. Birinci instansiya məhkəməsi tərəfindən alınan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 11 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, naturada iddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodiyası “yollar-küçələr” olmaqla ümumi istifadədə olan ərazidə yerləşir. Naturada göstərilən torpaq sahəsinin sağ çiynində sement kisələrinin olduğu, həmçinin b axış zamanı ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə alternativ gediş-gəliş yolunun olmadığı mütəxəssis tərəfindən müşahidə edilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir.
8. Göyçay Rayon Məhkəməsinin 06 yanvar 2023-ci il tarixli, 2(046)-112/2023 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia təmin edilərək, ünvan 3 ünvanda yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə Cavabdeh tərəfindən tikinti materiallarının yığılması ilə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, yalnız iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəlişi təmin edən, alternativi olmayan mübahisəli yola tikinti materiallarının və köməkçi vasitələrin (taraların) yığılması nəticəsində iddiaçının evinə və torpaq sahəsinə sərbəst şəkildə gedib gəlməsinə maneə yaradılır. Maneə məhz cavabdeh tərəfindən yaradılır. Cavabdehin həmin yola qanuni çıxışı yoxdur, texniki pasport və təqdim edilmiş heç bir sənəddə cavabdehin həmin yola qapısı nəzərdə tutulmamışdır, cavabdehin fəaliyyət göstərdiyi sahəyə giriş həmin yoldan deyil. Cavabdeh buna baxmayaraq, iddiaçının həyətinə və fərdi yaşayış evinə gedib-gəlməsi üçün nəzərdə tutulan yolun bir tərəfinə kifayət qədər çox həcmdə olan sement və digər tikinti materialları, habelə daşıma həyata keçirilərkən istifadə olunan taxta palletlər yığır. Cavabdeh ticarət obyekti işlətməklə, gündəlik iş fəaliyyəti ilə bağlı həmin yolda yığdığı tikinti materiallarını müştərilərə təhvil vermək üçün xüsusi texnikadan istifadə edir, bu cür yüklərin boşaldılıbyığılması tez-tez icra edilir və texnika işləyərkən yoldan təyinatı üzrə istifadə etməyə maneə yaradılır. Bundan başqa, iddiaçının gediş-gəliş üçün istifadə etdiyi, alternativi olmayan yolda cavabdehə məxsus obyektə gəlib-gedən, həmçinin iş fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hər gün müxtəlif avtomobillər saxlanılır. Bu da iddiaçının həmin yoldan istifadə etməsinə maneələr yaradır. Cavabdeh özü də həmin əraziyə tikinti materialları və s. köməkçi vasitələrin yığılmasını etiraf edir. Lakin həmin tikinti materiallarının səliqəli şəkildə yığıldığına istinad edərək, iddianı etiraf etmir.
10. Birinci instansiya məhkəməsi hesab etmi şdir ki, iddiaçıya verilən və təminat altında olan Konstitusion hüquqlar (mülkiyyətində olan əmlakdan sərbəst şəkildə istifadə etmə hüququ) cavabdeh tərəfindən məhdudlaşdırılır. Həmin hal davamlı xarakter daşıyır və iddiaçı hər gün istifadə etməli yoldan təyinatı üzrə istifadə etməkdə ciddi çətinlik çəkir. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 158.2, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəticəyə gələrkən sübut kimi iş materiallarında olan "xxxx" MMC-nin 24 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, həmin mütəxəssis rəyi qanunsuzdur, həqiqəti əks etdirmir. Rəy işin faktiki hallarına uyğun deyil, mötəbər sübut kimi və ekspert rəyi kimi qiymətləndirilə bilməz. Məhkəmə ziddiyyətli, tam olmayan və müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən verilmiş ekspert rəyinə istinad etməklə səhv nəticəyə gəlmişdir.
14. Apellyasiya icraatında alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 13 iyul 2023-cü il tarixli mütəxəssis rəyinə və hə min rəyə əsasın verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 sentyabr 2023-cü il tarixli rəyinə əsasən iddiaçı tərəfindən naturada göstərilən mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları, uqodiyası “yollarküçələr” olmaqla ümumi istifadə olunan ərazidir. Naturada göstərilən gediş gəliş yolunun zəbt olunub-olunmaması mütəxəssisin səlahiyyətləri xaricində olduğu üçün sualı cavablandırmaq mümkün olmamışdır.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2(107)-473/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və E.M.Mehdiyevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmi ş apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(046)-112/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yoluna yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən ödənilmiş 95 manatın iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Yuxarıda qeyd edilən ekspert rəyində iki sual cavablandırılmamışdır. Cavabdeh tərəfindən iddiaçının evinə gedən yolun tutulub-tutulmaması barədə sual açıq qaldığından, apellyasiya kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmişdir. Həyata keçirilən yerli baxış (foto şəkillər iş materiallarına əlavə edilmişdir) nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulmuş yolda Cavabdeh məxsus hər hansı tikinti materialları aşkar edilməmişdir.
17. Göyçay bələdiyyəsinin 27 oktyabr 2023-cü il tarixli aktında qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəlişə xidmət edən yolun mövcud istifadə vəziyyətinə 27 oktyabr 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zama nı əraziyə hər hansı tikinti materialları qoyulmamış, gediş-gəlişə maneçilik törədən halları müəyyən edilməmişdir.
18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı iddia tələbində ailə üzvləri ilə həmin evə köçərək orada yaşadığını qeyd etsə də, fərdi yaşayış evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən fərdi yaşayış evi tam hazır olmayan yarımçıq tikilidir. Yəni iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
19. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
20. Apellyasiya məhk əməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 152.1, 157.2, 157.4, 170.1, 170.2, 560.1, 560.2-ci, Mülki Prosessual məcəllənin 4.1, 14.2, 77.1, 372.6, 372.7, 384-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İddiaçı Mehdiyev Elçin Nəriman oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2(107)473/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 158.2, 170.2-cı, Mülki Prosessual Məcəllənin 4.1, 88-ci maddələrinə zidd olmuşdur.
23. Belə ki, cavabdeh iddiaçının fərdi yaşayış evinə gedən yola tikinti materialları yığmaqla, iddiaçının həmin yoldan istifadəsinə maneələr yaratmışdır. İş materiallarında da təsdiq olunduğu kimi mübahisəli yol ümumi istifadə olan və iddiaçının evinə gedən yeganə gediş-gəliş yoludur. Cavabdehin küçə ticarəti ilə məşğul olmasını təsdiq edən inzibati xəta haqqında qərarları mövcuddur. İddia ərizəsində inzibati xəta haqqında qərarların olmasının qeyd edilməsinə baxmayaraq, məhkəmələr iddiaçıya prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmiş, həmin qərarları məhkəməyə təqdim etməsini iddiaçıya təklif etməmişlər. Həmçinin, məhkəmə üçün yerli baxış günündə gördüklərinin və Göyçay bələdiyyəsinin 27oktyabr 2023-cü il tarixli aktının qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuş, digər sübutlara isə obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxmamışdır.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının yolunu zəbt etməmiş, iddiaçı qərəzli olaraq iddia vermişdir. Etirazda maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquq i qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Kon stitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ndan, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxsl ərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən mübahisələndirilən qətnamə ləğv olunmalı və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmini barədə yeni qərar qəbul edilməlidir.
33. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini 2 halla əsaslandırmışdır:
1. Mübahisəli ərazi müayinə olunarkən cavabdehin iddiaçının yoluna maneələrin yaradılmasının müəyyən edilməməsi və bununla da, iddianın sübut olunmaması;
2. İddiaçının dürüstlük prinsipini pozaraq, mülkiyyətində olan torpaq sahəsində inşa edilən ev yarımçıq tikili olduğu halda, iddia ərizəsində iddiaçının ailəsi ilə birgə orada yaşaması barədə həqiqətə uyğun olmayan məlumat verməsi.
34. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hər iki hal, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması üçün əsas ola bilməzdi.
35. Belə ki, iddia ərizəsi verilərkən və işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolda tikinti materialları və taxta paletlər yığmaqla, habelə yüklərin boşaldılıb-yığılması zamanı xüsusi texnikadan istifadə etməklə iddiaçının yoldan təyinatı üzrə istifadəsinə maneə yaratması müəyyən olunmuşdur. O cümlədən, cavabdeh özü mübahisəli əraziyə tikinti materialları və sair köməkçi vasitələrin yığılmasını etiraf etmiş, lakin həmin materiallarının iddiaçıya mane törətməsini bildirmişdir.
36. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yolu yoxdur.
37. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsindəki icraatda müba hisəli əraziyə baxış keçirilərkən, orada cavabdehə aid tikinti materialların müəyyən olunmaması iddianın rəddi üçün əsas ola bilməz.
38. Belə ki, cavabdehin həmin zaman tikinti materiallarını yoldan yığışdırması, gələcəkdə yenidən iddiaçıya maneələr yaratmamasının təminatı kimi qiymətləndirilə bilməz. Cavabdeh tikinti materiallarını yoldan yığışdırmaq, faktiki iddiaçının tələbini icra etdiyi və gələcəkdə də, iddiaçıya maneələr yaratmaq niyyətində olmadığı halda, onun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi, habelə hazırki kassasiya şikayətinə etiraz etməsinin məntiqi yoxdur.
39. Apellyasiya məhkəməsinin gəldiyi nəticə, cavabdehə gələcəkdə yenidən iddiaçının yoluna maneələrin törətməsi və bununla da, tərəflər arasında yeni eyni məzmunlu məhkəmə mübahisələr inin baş verməsinə zəmin yaradır.
40. Apellyasiya məhkəməsinin istinad etdiyi ikinci dəlil də, hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Belə ki, mübahisəli yolun iddiaçının mülkiyyətində olan torpaq sahəsinə xidmət etməsi işin mübahisəsiz halıdır. Hazırda həmin torpaq sahəsində olan evin tam inşa olunmaması cavabdehə və ya hər hansı başqa şəxsə iddiaçının torpağına sərbəst hərəkətini məhdudlaşdırılmasına haqq vermir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlməmiş, iki qonşu arasında mövcud olan mübahisəni yuxarıda qeyd edilən şəkildə həll etməklə, onların maraqları arasında ədalətli tarazlığı təmin etməmişdir.
42. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən iddia rədd edilərkən Mülki Məcəllənin tətbiq edilməli olan 157.4 və 170.2-ci maddələri tətbiq edilməmiş və bunun nəticəsində düzgün olmayan nəticəyə gəlinmişdir.
43. Odur ki, tərəflər arasında yoldan istifadə ilə bağlı mübahisənin birdəfəlik həll edilməsi, gələcəkdə yoldan hər hansı maneələrin yaradılmasına imkan verməmək üçün iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə cavabdeh tərəfindən tikinti materiallarının yığılması ilə yaradılan maneələr aradan qaldırılmalıdır.
44. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia təmin edildiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri (dövlət rüsumlar və mütəxəssis rəyinin alınması üç ün xidmət haqqı), habelə məhkəmə ekspertizası tədqiqatının dəyəri cavabdehə aid edilməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2(107)-473/2023 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə Cavabdeh tərəfindən tikinti materiallarının yığılması ilə yaradılan maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən iddia ərizəsin in verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə ödənilmiş cəmi 190 (bir yüz doxsan) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səv iyyəsinin kodu 3) ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.