Məhkəmə qərarları › İş №2(102)-1063/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1063/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1063/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı İB Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1063/22 (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(103)-6453/2021 saylı qətnaməsindən İddiaçı İB kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hal ları İşin hallarına görə, İddiaçı İB məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış zərərə görə 7.224,13 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 7.254,13 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.X.Bəhrəmzadə) iddia qismən təmin edilərək, cavabdehdən maddi zərərə görə 1.797,5 manat, ödənilmiş dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 1.812,5 manat pulun tutulub iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 06 iyul 2017-ci il tarixdə “qazı n alqı-satqısı haqqında” müqavilə bağlanıb, iddiaçı qaz paylayıcısı kimi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, 4 saylı evi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı olan cavabdehi keyfiyyətli qazla təmin etməyi, istehlakçı kimi cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı kimi iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin 4.3-cü bəndində cavabdehin istifadəsində 1 ədəd istilik sobasının olduğu qeyd edilib. İşə əlavə edilmiş cavabdehin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00790 sayla qeydiyyata alınmış abonent koduna 7.222,53 manat borc hesablanıb. Bu hal işə əlavə edilmiş çoxsaylı aktlarla da müəyyən olunur. Qeyd edilən aktların məzmununda n görünür ki, tərəflər arasında bağlanmış müqavilədə abonentin istifadəsində yalnız 1 ədəd qaz cihazının olmasına baxmayaraq, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma ilə bağlı dəymiş ziyanın hesablanması iki, üç, bəzi hallarda isə dörd qaz cihazına əsasən aparılmış, abonentin istifadəsində bu cihazların olub-olmadığı araşdırılmayıb. Həmçinin, bu aktların məzmunundan o da müəyyən edilir ki, onların tərtib edilməsi zamanı iddiaçının iştirakı təmin edilməyib. Göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, həmin aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir Bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, cavabdeh məhk əmə iclasında iddianı qismən etiraf edərək, 2016-cı ildən 2017-ci ilin aprel ayınadək həqiqətən qaz xəttinə qanunsuz qoşulduğunu etiraf edib, lakin həmin tarixdə iddiaçının əməkdaşları qanunsuz xətti ləğv edib və bundan sonra bir daha qaz xəttinə qanunsuz qoşulmadığını bildirib, həmin müddətə görə hesablanmış 1.797,50 manat ziyanın məbləğinin ondan tutulmasına etiraz etmədiyini bildirib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi ni xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və V.A.İbayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansi yası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Az ərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülk i dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; payla yıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kas sasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, tərəflər arasında 06 iyul 2017-ci il tarixdə “qazın alqısatqısı haqqında” müqavilə bağlanıb, iddiaçı qaz paylayıcısı kimi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, 4 saylı evi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı olan cavabdehi keyfiyyətli qazla təmin etməyi, istehlakçı kimi cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı kimi iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin 4.3-cü bəndində cavabdehin istifadəsində 1 ədəd istilik sobasının olduğu qeyd edilib. İşə əlavə edilmiş cavabdehin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00790 sayla qeydiyyata alınmış abonent koduna 7.222,53 manat borc hesablanıb. Bu hal işə əlavə edilmiş çoxsaylı aktlarla da müəyyən olunur. Qeyd edilən aktların məzmunundan görünür ki, tərəflər arasında bağlanmış müqavilədə abonentin istifadəsində yalnız 1 ədəd qaz cihazının olmasına baxmayaraq, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma ilə bağlı dəymiş ziyanın hesablanması iki, üç, bəzi hallarda isə dörd qaz cihazına əsasən aparılmış, abonentin istifadəsində bu cihazların olub-olmadığı araşdırılmayıb. Həmçinin, bu aktların məzmunundan o da müəyyən edilir ki, onların tərtib edilməsi zamanı iddiaçının iştirakı təmin edilməyib. Göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, həmin aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir Bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək, 2016-cı ildən 2017-ci ilin aprel ayınadək həqiqətən qaz xəttinə qanunsuz qoşulduğunu etiraf edib, lakin həmin tarixdə iddiaçının əməkdaşları qanunsuz xətti ləğv edib və bundan sonra bir daha qaz xəttinə qanunsuz qoşulmadığını bildirib, həmin müddətə görə hesablanmış 1.797,50 manat ziyanın məbləğinin ondan tutulmasına etiraz etmədiyini bildirib. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. “Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, habelə “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29cu maddəsinə əsasən, enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əv əzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanıb və müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən olunub və cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə bilavasitə məsuliyyət daşıyır. Lakin, iddiaçının tələbinin əsası kimi istinad etdiyi aktların məzmunundan görünür ki, tərəflər arasında bağlanmış müqavilədə abonentin istifadəsində yalnız 1 ədəd qaz cihazının olmasına baxmayaraq, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma ilə bağlı dəymiş ziyanın hes ablanması iki, üç, bəzi hallarda isə dörd qaz cihazına əsasən aparılıb, abonentin istifadəsində bu cihazların olub-olmadığı araşdırılmayıb. Həmçinin, bu aktların məzmunundan o da müəyyən edilir ki, onların tərtib edilməsi zamanı iddiaçının iştirakı təmin edilməyib. Göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, həmin aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir Bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək, 2016-cı ildən 2017-ci ilin aprel ayınadək həqiqətən qaz xəttinə qanunsuz qoşulduğunu etiraf edib, lakin həmin tarixdə iddiaçının əməkdaşları qanunsuz xətti ləğ v edib və bundan sonra bir daha qaz xəttinə qanunsuz qoşulmadığını bildirib, həmin müddətə görə hesablanmış 1.797,50 manat ziyanın məbləğinin ondan tutulmasına etiraz etmədiyini bildirib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayəti nin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2(103)-6453/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar