Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1063/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı; Cavabdeh1 "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi, əldən çıxmış fayda, əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh Xerotek L.L.C” MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə və işlədiyi dövrdə hesablanmış, lakin ödənilməmiş əmək haqlarının və istifadə olunmayan məzuniyyət haqlarının ödənilməsi” tələbi barədə qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli 2(103)4971/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə mülki işə 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci i l tarixli çıxarışa əsasən, X18 6 pay, X27 7 pay, Cavabdeh2 7 pay olmaqla "xxxx" MMC-nin təsisçiləridir. 2. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli qərarına əsasən, Cavabdeh2 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.
3. İşəgötürən "xxxx" MMC ilə işçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 09 saylı əmək müqaviləsinin surətinə əsasən, Cavabdeh2 "xxxx" MMC-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. 4. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən, Cavabdeh2 "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X14 təyin edilmişdir.
5. İşəgötürən "xxxx" MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin surətinə əsasən, işçi loqistik aysu adm instrator vəzifəsinə qəbul edilmişdir. 6. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli 06 saylı əmrinin surətinə əsasən, X9 "xxxx" MMC-yə loqistik aysu adminstrator vəzifəsinə təyin edilmişdir.
7. İşəgötürən "xxxx" MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsnə dair 04 saylı razılaşmanın surətindən müəyyən olunur ki, tərəflər aralarında bağlanmış əmək müqaviləsinin 4.2.1-ci bəndində dəyişiklik edərək işçinin əmək haqqının 455,87 manat olması barədə razılığa gəlmişlər.
8. YapıKredi Bank ASC-nin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh1 2017-ci ilin oktyabr-noyabr aylarında ezamiyyə xərcləri ödənilmişdir.
9. AC N 014081 saylı xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti nə əsasən, Lexus LX 570 markalı ** HT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir.
10. İcarəyə verən Cavabdeh2lə icarəçi "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən mülkiyyətində olan ** HT *** qeydiyyat nişanlı Lexus LX 570 markalı nəqliyyat vasitəsini hər ay 1000 manat olmaqla icarəçiyə icarəyə vermişdir. 11. 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ 100983 saylı nikah haqqında şəhədaətnamənin surətinə əsasən, Cavabdeh2lə X9 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 86 saylı qeyd tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Qitlina soyadı verilmişdir.
12. Doğum haqqında xx.xx.2018-ci il tarixli arayışa əs asən, X20 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır.
13. X28 MMC-nin direktoru A.İ.Vahabov, "xxxx" MMC-nin direktoru O.X. Əliyev və "xxxx" MMC-nin baş mühasibi R.A.Məhərrəmova tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli akta əsasən, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AT/094 N-li icazə ilə fəaliyyət göstərən Kermur Audit və Konsalting MMC-nin direktoru A.İ.Vahabov "xxxx" MMC-nin direktoru O.X.Əliyev ilə bağlanmış xx.xx.2021-ci il tarixli 21\11 saylı müqaviləyə əsasən, Cavabdeh1 "xxxx" MMC ilə əmək münasibətlərində olduğu dövrdə işdə olduğu tarixlərin, həmin tarixlər üçün əmək haqqının düzgün hesablanaraq ödənilməsini və "xxxx" MMC-də direktor olmuş Cavabdeh2 Lexus markalı ** HT *** dövlət nişanlı avtomobilin həmin MMC-yə icarəyə verilməsi ilə bağlı ödənilən icarə haqlarının əsaslılığının audit yoxlamasını aparmışdır. Audit yoxlaması "xxxx" MMC-nin direktoru O.X.Əliyevin və "xxxx" MMC-nin baş mühasibi R.A.Məhərrəmovanın iştirakı ilə aparılmışdır.
14. Aktdan daha sonra görünür ki, "xxxx" MMC-də Cavabdeh1 əmək fəaliyyəti yoxlanarkən məlum olmuşdur ki, o, cəmiyyətdə faktiki olaraq heç zaman işdə çalışmamış, işdə ümumiyyətlə olmamış, cəmiyyətin işçilərinin audit yoxlamasına təqdim etdikləri izahatları ilə Cavabdeh1 cəmiyyətdə işləməmişdir. Audit yoxlaması ilə Cavabdeh1 Xerotek LLC MMC-yə 15914,63 manat ziyan vurması, həmin ziyanın cəmiyyətə vurulmasına cəmiyyətin direktoru Cavabdeh2 şərait yaratmışdır. Belə ki, Cavabdeh2 yaxın qohumu olan arvadı Cavabdeh1 ilə əmək müqaviləsi bağlasa da, sonuncunun işə gəlməyərək mütəmadi olaraq uzun illər ərzində əsassız əmək haqqı almasına şərait yaratmış, onun işə gəlməməsi ilə bağlı heç bir intizam tədbiri görməmişdir. "xxxx" MMC-də işçilərin davamiyyətinə dair tabellər aparılmamış, işçilərin davamiyyətinə nəzarət etmək, iş vaxtının uçotunun aparılmasını təmin etmək üçün "xxxx" MMC-nin sabiq direktoru Cavabdeh2 tədbirlər görməli idi.
15. Aktdan daha sonra görünür ki, xx.xx.2016-cı ildə Cavabdeh2 "xxxx" MMC-nin direktor müavini X35 ilə icarə müqaviləsi bağlamış, ümumilikdə avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə "xxxx" MMC tərəfindən 48134 manat vəsait ödənilmişdir.
16. Aktdan daha sonra görünür ki, avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə "xxxx" MMC tərəfindən ödənilmiş 48134 manat vəsaitə görə Cavabdeh2, Cavabdeh1 işlədiyi dövr ərzində hesablanmış 15914,63 manat əmək haqqına görə Cavabdeh2 və Cavabdeh1 maddi məsuliyyət daşıyırlar. 17. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixi 06 saylı əmrinə əsasən, Xerotek LLC MMCnin loqistik aysu adminstrator vəzifəsində işləyən Cavabdeh1 xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəblər olmadan işə gəlməmiş və işə gəlməməkdə davam edir. Q.Liliya bu barədə cəmiyyətə və birbaşa rəhbərinə heç bir məlumat verməmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəsmi məktubuna Cavabdeh1 xx.xx.2021-ci il tarixdə cəmiyyətə ünvanladığı cavab məktubunda qeyd etmişdir ki, cəmiyyətlə onun arasında əmək müqaviləsi bağlanmış, sonradan analıq məzuniyyətində olmuş, 2020-ci ilin yanvar ayına kimi gedib-gəlmiş, əmək haqqı almış, hazırkı vaxta kimi bu şir kətin işçisi olmasına baxmayaraq şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) namizədi X31 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona şirkətin təsisçisi olan həyat yoldaşı Cavabdeh2 digər həmtəsisçi İsa Hüseynovla arasında həll edilməmiş məsələlərin həllini tapmayınca işə buraxılmamasını ona bildirmişdir. Beləliklə, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə cəmiyyətə ünvanladığı cavab məktubunda üzrsüz səbəbdən işə gəlmədiyini etiraf edir, lakin bunun səbəbi kimi İsa Hüseynov adında şəxs tərəfindən işə buraxılmadığını qeyd edir. İsa Hüseynov direktor müavinidir. O, Cavabdeh1 işə buraxılmaması barədə nə yazılı nə şifahi göstəriş verməmişdir. Cavabdeh1 işə buraxılmaması faktı heç zaman baş verməmişdir. Cavabdeh1 müxtəlif bəhanələr gə tirərək işə gəlməkdən yayınmışdır. Üzrlü səbəb üçün əsas olan sənədləri cəmiyyətə təqdim etməmişdir. Bununla da o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndində əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrini kobud şəkildə pozmuşdur. 18. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixi 06 saylı əmrindən daha sonra görünür ki, Cavabdeh1 əmək intizamını kobud surətdə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işçi ilə son haqqhesab və təhvil-təslim aparılması, əmrin verilməsinə əsasın xx.xx.2021-ci il tarixli aktın olma sı əmrdə qeyd edilmişdir. 19. “Xerotek LLC" MMC-nin direktoru X19, Xerotek LLC MMC-nin baş mühasibi X1, "xxxx" MMC-nin servis üzrə müdiri X10, "xxxx" MMC-nin satış üzrə nümayəndəsi X2 və "xxxx" MMC-nin satış üzrə nümayəndəsi X5 tərtib etdikləri xx.xx.2021-ci il tarixli atdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli izahatında qeyd olunan hallar aktı tərtib edən şəxslər tərəfindən üzrlü səbəb olaraq qəbul edilməyərək Cavabdeh1 əmək intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti araşdırılarkən onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən xx.xx.2021-ci il tarixdə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndilə xitam verilmişdir. Bu səbəbdən işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq inzibatitənbeh vermə barədə qərar qəbul edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və Cavabdeh1 əvvəlki vəzifəsinə bərpa edilməsi barədə müəssisəyə müvafiq məktub ünvanlanması Cavabdeh1 bildirilmişdir.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)320\2021 saylı qərarına əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Mə cəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X23 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərər və sair” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya birgə vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 15.914,63 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 iddiaçıya vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 48.134 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, əldən çıxmış faydaya görə Cavabdeh 1 20.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, əldən çıxmış faydaya görə Cavabdeh2 40.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 iddiaçının işgüzar nüfuzuna vurduğu ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 30.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 iddiaçının işgüzar nüfuzuna vurduğu ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 50.000 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinin müəyyən edilməsi üçün iddiaçıya dəvət edilmiş və audit yoxlamasını aparmış "xxxx" MMC-yə ödənilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia çıya hüquqi yardım göstərmiş nümayəndəyə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 2.500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1 ərarvaddır. Cavabdeh2 iddiaçının təsisçilərdən biri olmaqla yanaşı 2010-cu ildən etibarən 9 il müddətində iddiaçı müəssisənin direktoru vəzifəsində işləmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-də audit yoxlanılması aparılmışdır. Yoxl ama zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 işlədiyi direktor vəzifəsindən istifadə edərək xx.xx.2016-cı il tarixdə iddiaçı "xxxx" MMC üzrə verdiyi 06 saylı əmrlə Cavabdeh1 MMC-nin “Loqistik aysu administrator” vəzifəsinə təyin etmişdir. Bununla bağlı Cavabdeh1 ilə həmin tarixdə 23 saylı “Əmək müqaviləsi” bağlanmışdır. xx.xx.2019-cu il tarixdə “Əmək müqaviləsində dəyişikliklər edilməsi haqqında” 04 nömrəli razılaşma tərtib olunmuş, cəmiyyətin direktoru Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmışdır. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh1 MMC-də loqistik aysu administrator vəzifəsində işlədiyi dövr ərzində 2016, 2017, 2018 və 2019-cu il yanvar ayına qədər hər ay ona 220 manat əmək haqqı, 2019-cu il fevral ayından 2020-ci il dekabr ayına kimi isə ona hər ay 455,87 manat əmə k haqqı olmaqla işlədiyi dövr ərzində cəmi 18.205,96 manat əmək haqqı hesablanmış, faktiki olaraq 11.372,26 manat əmək haqqı verilmişdir. Əmək haqqından tutulan vergilər isə aşağıdakılardan ibarət olmuşdur: gəlir vergisi 336 manat, DSMF 4.112,21 manat, işsizliyə görə 1 faiz olmaqla 94,16 manat. Audit yoxlaması gedişində Cavabdeh1 iş fəaliyyəti ilə əlaqədar cəmiyyətin işçilərindən izahatlar alınmışdır. MMC-nin yeni direktoru X31 audit yoxlamasında verdiyi izahatında Cavabdeh1 MMC-də işləməsinə dair heç bir məlumatının olmadığını, onu bir dəfə də olsun işdə görmədiyini, bu barədə ilk dəfədir ki, hazırki yoxlamanın gedişində eşitməsini göstərmişdir. MMC-də servis meneceri işləyən X21 öz izahatında 1998-ci ildən MMC-də işləməsini, işlədiyi müddət ərzində Cavabdeh1 adında işçi görmədiyini, biri nci dəfədir ki, belə bir işçinin adını eşitməsini göstərmişdir. MMC-nin kağız satışı şöbəsi müdiri X7 öz izahatında göstərmişdir ki, o 2003-cü ildən MMC-də işləyir, işlədiyi dövr ərzində MMC-də Cavabdeh1 adında adamın işləməsi barədə məlumatı olmamış, birinci dəfədir ki, belə bir adamın MMC-də işləməsini eşidir. MMC-nin satış üzrə meneceri X11 izahatında göstərmişdir ki, o, 2016-ci il fevral ayından MMC-də işləyir. Bu müddət ərzində Cavabdeh1 adında adamın MMC-də işləməsini eşitməmiş, belə bir adamı MMC-də işdə görməmişdir. Beləliklə, Cavabdeh1 əmək fəaliyyəti yoxlanılarkən məlum olmuşdur ki, o, MMC-də faktiki olaraq heç zaman işləməmiş və ümumiyyətlə işdə olmamışdır. MMC-də işləmədiyi halda əmək haqqı alması nəticəsində Cavabdeh1 tərəfindən MMC-nə 15.914,63 manat ziyan vurulmuşdur. MMC-nə bu maddi ziyanın vurulmasına MMC-nin direktoru olmuş Cavabdeh2 şərait yaratmışdır. Cavabdeh1 əmək intizamını kobud surətdə pozduğuna görə onunla bağlanmış “Əmək müqaviləsi” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh1 işə gəlməsə də, onunla bağlanan əmək müqaviləsinə xitam verilənədək ona əmək haqqı cəmiyyət tərəfindən hesablanmış, həmin əmək haqqından bütün vergilər tutulmuş, lakin əmək haqqı Cavabdeh1 ödənilməmişdir. Cavabdeh1 övladının doğulması ilə bağlı hər hansı sənədi işəgötürənə təqdim etməmişdir. Cavabdeh1 analıq məzuniyyətində olmasına dair əmr də verilməmişdir. Audit yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin əvvəllər direktoru olmuş Cavabdeh2 özünə məxsus “Lexus” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı "xxxx" MMC-nin icarəsinə verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən müqavilənin 2-ci bəndi ilə müəyyən olunan daşınar əmlakı icarəçinin icarəsinə verməyi, icarəçi isə həmin əmlakı qəbul edib müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı ayda 1.000 manat məbləğində müəyyən edilmişdir. İcarə haqqının ödənilməsinin başlandığı tarix kimi müqavilənin imzalandığı tarix müəyyən edilmişdir. Auditlə yoxlanılan dövr ərzində müqavilə öhdəlikləri 2018-ci ilin oktyabr ayı da daxil olmaqla tam olaraq ödənilmişdir. Ümumilikdə, Cavabdeh2 avtomaşının icarəsinə görə 2017-ci ildə 12.000 manat, 2018-ci ildə isə 11.000 manat olmaqla cəmi 23.000 manat icarə haqqı ödənilmişdir. Həmin icarə haqqının 3.000 manatı "xxxx" ASC-nin Xətai filialından, qalan 20.000 manat isə iddiaçı "xxxx" MMC-nin “X41 Azerbaijan” ASC-nin hesablaşma hesabından ödənilmişdir. Bundan əlavə vergi qanunvericiliyinə uyğun olaraq icarə haqqına görə mənbədən vergi olaraq 14 faiz olmaqla təyinatı üzrə 3.744,17 manat dövlət büdcəsinə vəsait ödənilmişdir. Eyni zamanda icarəyə görə avtomobil icarəyə verən şəxsə "xxxx" QSC vasitəsilə maşın icarədə olduğu müddət ərzində 21.390,28 manat premium markalı benzin ödənilmişdir. Ümumilikdə avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə MMC tərəfindən 48.134 manat vəsait ödənilmişdir. Audit yoxlaması zamanı cəmiyyətin kağız satışı şöbəsinin meneceri Fərid Məhərrəmov izhatında bildirmişdir ki, 2017 və 2018-ci i llərdə MMC-nin direktoru olmuş Cavabdeh2 işə həftədə 1-2 dəfə gəlmiş, işdə 2-3 saat olmuş, qalan vaxtlar Cavabdeh2 nə işlə məşğul olduğunu bilmədiyini, işə **-HT-*** qeydiyyat nişanlı “Lexus LX 570” minik markalı avtomobil ilə gəlməsini, həmin maşının ancaq Cavabdeh2 ixtiyarında olmasını, MMC-nin digər işlərində heç vaxt istifadə olunmadığını göstərmişdir. Cəmiyyətin satış meneceri X12 izahatında göstərmişdir ki, A.Qiltlin həftədə 1-2 dəfə işə gəlmiş, cəmi 2-3 saat işdə olmuş, özünün idarə etdiyi həmin avtomobil ilə işə gəlmişdir. Bağlandıqdan sonra icarə müqaviləsi MMC mübahisələndirilməmiş, ləğv edilməmişdir. Audit yoxlaması nəticəsində bəlli olmuşdur ki, avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə MMC tərəfindən Cavabdeh2 ödənilmiş 48.134 manat vəsaitə görə Cavabdeh2 maddi m əsuliyyət daşıyır. Cavabdeh1 işlədiyi dövr ərzində hesablanmış 15.914,63 manat əmək haqqına görə Cavabdeh2 və Cavabdeh1 maddi məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli audit aktı ilə sübut olunur ki, Cavabdeh2 ona əsassız ödənilmiş 48.134 manat icarə haqqına görə və Cavabdeh1 Cavabdeh2 ilə birlikdə əsassız hesablanmış 15.914,63 manat əmək haqqına görə iddiaçıya vurduqları ümumilikdə 64.048,63 manat maddi zərərə görə maddi məsuliyyət daşıyırlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı "xxxx" MMC üçün 64.048,63 manat ciddi məbləğdir. Əgər MMC həmin vəsaiti öz sahibkarlıq fəaliyyətinə yönəltmiş olsaydı təbii ki, daha çox gəlir və vəsait əldə etmiş olardı. Lakin, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində MMC əldən çıxmış fayda şəkilində həmin gəlirdən və vəsaitdən məhrum o lmuşdur.
23. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli əmr Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ona göndərilmiş, işləmədiyi üçün ona son haqq hesab ödənilməmiş, əmək kitabçası isə hal-hazırda da cəmiyyətdədir. Cavabdeh1 qarşılıqlı iddia və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsini və əmək haqqı tələbini irəli sürmüşdür. Lakin Cavabdeh1 hüququnun pozulmasını xx.xx.2021-ci il tarixdə bilmiş, lakin əmrin ləğv edilməsinə dair iddia ərizəsini 1 ay ərzində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi müddətin ötürülməsi səbəbindən təmin edilə bilməz.
24. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) qarşı qarşılıqlı iddia ərizəsi və “tələbin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış "xxxx" xitam verilməsi və onun işdən azad olunması barədə MMC üzrə verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və öz işinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqı və istifadə olunmayan məzuniyyət haqqının MMC tərəfindən ona ödənilməsi, işlədiyi dövrdə hesablanmış, lakin ona ödənilməmiş əmək haqqına görə 5.915 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması, ödənişin gecikdirilmiş günlər üçün 14.386 manat, mənəvi ziyana görə 50.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir.
25. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən, qarşılıqlı iddia üzrə "xxxx" MMC-yə loqistik aysu adminstrator vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul edildikdən sonra "xxxx" MMC-nin direktorunun tapşırıqlarını yerinə yetirmiş, iş yerinə gəlməklə yanaşı ona tapşırılan işin xarakteri yeni müştərilərin tapılması olduğundan evdən internetlə də öz vəzifələrini icra etmiş, işə götürən tərəfindən xarici ölkələrə ezamiyyətə göndərilmişdir. Daha sonra analıq məzuniyyətinə çıxmış, doğum haqqında arayışı həyat yoldaşı Cavabdeh2 "xxxx" MMC-nin baş mühasibinə təqdim etmişdir. 2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlmiş, əmək haqqı almış, şirkətin işçisi olmasına baxmayaraq, X31 y eni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona şirkətin təsisçisi olan həyat yoldaşı Cavabdeh2 şirkətin digər həmtəsisçi İsa Hüseynovla arasında həll edilməmiş məsələlərin həllini tapmayınca ona işə buraxılmamasını demişdir. Bundan sonra o, işə buraxılmamış, aralarında bir neçə məhkəmə işləri başlanmışdır. Daha sonra himayəsində 3 yaşına çatmayan uşağının olmasını, işə buraxılmamasını, məhkəməyə müraciət etməsini bildiyi halda işəgötürən "xxxx" MMC tərəfindən onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. İlk iddianın qarşılıqlı aid hissədə əsasını "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli audit aktı təşkil edir. Həmin aktın qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid hissəsinin əsasını isə "xxxx" MMC-nin əməkdaşla rının verdikləri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tanımamaları, görməmələri barədə izahatlar təşkil edir. Əməkdaşlar rəhbərlikdən asılı olduqlarından belə izahatlar vermişlər. O.Əliyev isə rəsmi direktor olsa da, əslində şirkətə rəhbərlik edən İsa Hüseynovdan asılıdır. Direktor il ərzində işçiləri barədə bir neçə dəfə DSMF, vergiyə, statistikaya və digər hesabatlar verdiyi halda Cavabdeh1 tanımaması mümkün deyildir. Audit aktı iddiaçıya hüquqi xidmət göstərən şirkət tərəfindən tərtib edilmiş, "xxxx" MMC-nin direktoru, "xxxx" MMC-nin direktoru və baş mühasibi tərəfindən imzalanmışdır. Ona görə də mötəbər sübut növü kimi qəbul edilə bilməz. İddiaçı MMC qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə seçilən iddianın təmini tədbiri barədə qərardaddan Cavabdeh1 verdiyi şikayət təmin edilərək qərardad ləğv edildiyindən "xxxx" MMC bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 "xxxx" MMC-nin təsisçilərindən biridir. İddiaçı "xxxx" MMC-nin digər təsisçisi İsa Hüseynov qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 zəng edərək Cavabdeh2 öz payından onun xeyrinə imtina etməsini, əks halda onların başına oyun açacağını bildirmişdir. Bu danışıqdan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 bir ildən artıq işə buraxılmamış, ona 2020-ci ilin yanvar ayından əmək haqqı verilməmişdir. İddiaçı MMC ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 arasında əmək müqaviləsinin bağlanmasına, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 sonradan analıq məzuniyyətində olmasına, 2020-ci ilin ya nvar ayına kimi işə gedib-gəlməsinə, əmək haqqı almasına, hazırkı vaxta kimi bu şirkətin işçisi olmasına baxmayaraq, şirkətin idarə edilməsini öz üzərinə götürmüş İsa Hüseynovun namizədi X31 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həyat yoldaşı Cavabdeh2lə İsa Hüseynov arasında həll edilməmiş məsələlər olmasını, bu məsələlər həllini tapmayınca işə buraxılmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. İddiaçı MMC-nin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qərəzi aydın görünür. İşə buraxılmadığı üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 işə buraxılmasına dair iddia ərizəsi ilə məhkəməyə mür aciət etdiyi halda işəgötürən himayəsində 3 yaşına çatmaya uşağı olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verməklə əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 işə buraxılmaması barədə işəgötürənə məlumat versə də, işəgötürən bu halı araşdırmadan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə əmək müqaviləsinə xitam vermişdir. qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, həmin idarə xx.xx.2021-ci il tarixli məktubu ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə m üraciəti araşdırılarkən onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən xx.xx.2021-ci il tarixdə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi, bu səbəbdən işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati tənbeh vermə barədə qərar qəbul edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsinin işəgötürənə həvalə edilməsi bildirilmişdir. Qarşılıqlı iddia üzrə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrini mübahisələndirmək üçün iddia müddətini ötürməmişdir. Ona görə də qarşılıqlı iddia tələbləri tam həcmdə təmin edilməlidir. İlk iddia ərizəsi isə qanunsuz əsassız olmaqla yanaşı "xxxx" MMC bu tələblər üzrə iddia müddətini də ötürmüşdü r.
26. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə Cavabdeh2 ilk iddia ərizəsini qəbul etməyib izahatında bildirmişdir ki, o, 7 pay olmaqla "xxxx" MMC-nin təsisçilərindən biridir. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli qərarına əsasən, "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, işəgötürən "xxxx" MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli 09 saylı əmək müqaviləsinə əsasən Xerotek LLC MMC-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra o, icarəçi "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq mülkiyyətində olan ** HT *** qeydiyyat nişanlı Lexus LX 570 markalı nəqliyyat vasitəsini hər ay 1000 manat icarə haqqı ödənilməklə icarəçiyə icarəyə vermişdir. İcarə müqaviləsi "xxxx" MMC-nin direktor müavini tərərəfindən imzalanmışdır. "xxxx" MMC direktoru işlədiyi müddət ərzində mülkiyyətində olan nəqliyyat vasitəsi direktor kimi onun istifadəsində olmuşdur. Müqavilə bağlandıqdan sonra heç kim tərəfindən mübahisələndirilməmiş, etibarsız hesab edilməmiş, ləğv edilməmişdir. Direktor kimi əmək müqaviləsinə xitam verilənədək ona icarə haqqı ödənilmişdir. İşəgötürən "xxxx" MMC ilə işçi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 "xxxx" MMC-yə loqistik aysu adminstrator vəzifəsinə qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 onun verdiyi tapşırıqları icra etmiş, öz əmək funksiyalarını iş yerindən, yaşadığı evdən icra etmiş, xarici ölkələrə öz əmək funksiyalarını icra etmək üçün MMC tərəfindən ezamiyyətə gönd ərilmişdir. Onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X20 anadan olmuşdur. Bu barədə tibbi arayışı o, "xxxx" MMC-nin baş mühasibi X4 təqdim etmişdir. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsasən o, "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. X33 yaxını olan X31 direktor təyin edildikdən sonra onun həyat yoldaşı Cavabdeh1 işə buraxılmamış, ona əmək haqqı ödənilməmiş, məhkəməyə müxtəlif iddia ərizələri ilə müraciətlər edilmişdir. Daha sonra həyat yoldaşı ilə bağlanmış əmək müqaviləsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 əmək hüquqlarını pozmaqla xitam verilmişdir. "xxxx" MMC-nin ona qarşı da olan iddia tələbləri əsassızdır. Bu tələblər üzrə də iddia müddəti ötürülmüşdür. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X12 ifadəsində bildirmişdir ki, o, 2016-ci ilin fevral ayından "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində çalışır. Cəmiyyətdə Cavabdeh1 adında adamın işləməsini eşitməmiş, Cavabdeh1 cəmiyyətdə işdə görməmişdir. Cəmiyyətin direktoru X26 həftədə 1-2 dəfə işə gəlmiş, cəmi 2-3 saat işdə olmuş, özünün idarə etdiyi ** HT *** qeydiyyat nişanlı Lexus LX570 minik maşını ilə işə gəlmişdir.
28. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən "xxxx" MMC-də işləyir. Hazırda şirkətin kağız satışı şöbəsinin müdiri vəzifəsində işləyir. Şirkətin təxminən 30 işçisi vardır. Onun rəhbərlik etdiyi şöbənin iki işçisi var. Cavabdeh1 heç vaxt işdə görməmiş, işçi kimi o nun barəsində heç nə bilmir. Şirkətin kadrlar və mühasibatlıq şöbələri ilə əlaqəsi yoxdur. “X28” MMC-nin auditi tərəfindən ondan alınan izahatı təsdiq edir.
29. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 ifadəsində bildirmişdir ki, o, 2009-cu ildən "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. 2009-cu ildən 2021-ci ilin avqust-sentyabr aylarınadək MMC-nin kadrlar işini də icra etmişdir. Cavabdeh1 işçi kimi tanımır. Cavabdeh1 ilə 2016-cı ildə əmək müqaviləsi bağlanmış, o, loqistik aysu adminstrator vəzifəsinə qəbul edilmişdir. Lakin Cavabdeh1 işə gəlməmişdir. Cavabdeh1 əmək haqqı hesablanmış, iş günləri qeydə alınmış və əmək haqqı ödənilmişdir. X26 "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edildikdən sonra direktor təyin olunan X14 və X31 da qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 əmək haqqı hesablanıb ödənilməsinə göstəriş vermişdir. Cavabdeh1 analıq məzuniyyətinə çıxması ilə bağlı ona heç bir sənəd verilməmiş, bu barədə MMC tərəfindən əmr verilməmişdir. Daha sonra Cavabdeh1 ilə bağlanan əmək müqaviləsinə xitam verilənənədək ona əmək haqqı hesablanmış, bütün vergilər ödənilmiş, lakin əmək haqqı Cavabdeh1 verilməmişdir. İşəgötürən işçiləri barədə hər ay hesabat verməli olduğundan Cavabdeh1 əmək haqqının hesablanmaması mümkün deyildi. Ona görə də 2020-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək Cavabdeh1 əmək haqqı hesablanmış, lakin ödənilməmişdir. İşə gəlməyən işçi ilə əmək müqaviləsinə xitam verilməməsinin səbəbi isə ona məlum deyildir. 2016-cı ildən 2019-cu ilədək o, direktor kimi X16 göstərişlərini yerinə yetirmiş, həmin vaxt müavin kimi X23 da imza hüquq u olmuşdur. O, mühasib və cəmiyyətdə kadr işlərinə nəzarət edən şəxs kimi daim rəhbərliyə Cavabdeh1 işə gəlməməsi barədə məlumat vermişdir. Cavabdeh1 ezamiyyətə formal olaraq göndərilmiş, "xxxx" MMC tərəfindən ezamiyyə xərcləri hesablanaraq Cavabdeh1 ödənilmiş, biletlər MMC tərəfindən şifariş verilərək alınmışdır. Cavabdeh1 işə gəlməməsinin səbəblərini "xxxx" MMC-yə bildirməsinə dair məktublar göndərilmişdir. "xxxx" MMC-nin bağladığı icarə müqaviləsinə əsasən X22 icarə haqqı ödənilmişdir. Həmin müqavilə ləğv edilməmişdir. "xxxx" MMC-nin mülkiyyətində ikiminik avtomobili vardır. İcarəyə götürülən avtomobili "xxxx" MMC-nin direktoru istifadə etmiş, həmin nəqliyyat vasitəsindən istifadə zamanı ayrılan yanacaq limiti aşılmamışdır. Cavabdeh1 işə çıxmadığına görə onunla bağlanan əmək müqaviləsin ə xitam verilmiş, onun əmək kitabçasının yazılıb-yazılmamasını o, xatırlamır. Lakin əmək kitabçası Cavabdeh1 verilməmişdir. Cavabdeh1 ilə əmək müqaviləsi bağlandıqdan sonra işə gəlmədiyinə görə xx.xx.2021-ci il tarixədək ona hər hansı bir intizam tənbehi verilməmişdir.
30. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3196/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi, iddiaçının xx.xx.2021-ci il tarixi, 06 saylı əmrinin ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı "xxxx" MMC-yə loqistik aysu adminstrator vəzifəsinə işə bərpa olunmaqla işə buraxılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan dövr üçün əmək haqqının və istifadə edə bilmədiyi məzuniyyət hüququna görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin iddiaçı "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçı "xxxx" MMC-dən mənəvi ziyana görə 1.000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1.030 manatın qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə tutulması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35, 60, ərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 70, 71.2, 71.3, 72, 79, 172, 294, 296, 300, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.2, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
32. İddiaçı "xxxx" MMC apellyasi ya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin qətnamənin tamamilə ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
33. İddiaçı "xxxx" MMC apellyasiya şikayətinin əsasları ilk iddianın və qarşılıqlı iddiaya etirazın əsasları ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir.
34. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.
35. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin əsasları qarşılıqlı i ddianın və ilk iddiaya etirazın əsasları ilə eynilik təşkil etmiş və əlavə olaraq bildirilmişdir ki, qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi hissəsində birincin instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4971/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X24 və X15) hər iki apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir.
37. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 70 “ç”, 71.2, 71.3, 72, 79, 172.5, 300, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 385.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşılıqlı iddiasının rədd edilməsi, İddiaçı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli audit Aktı ilə sübut olunur ki, Cavabdeh2 ona əsassız ödənilmiş 48.134 manat icarə haqqına görə və Cavabdeh1 Cavabdeh2 ilə birlikdə əsassız hesablanmış 15.914 manat 63 qəpik əmək haqqına görə iddiaçıya vurduqları ümumilikdə 64.048 manat 63 qəpik manat maddi zərərə görə maddi məsuliyyət daşıyırlar. Qeyd etmək lazımdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı üçün 64.048 manat 63 qəpik cid di məbləğdir. Əgər iddiaçı həmin vəsaiti öz sahibkarlıq fəaliyyətinə yönəltmiş olsaydı təbii ki, daha çox gəlir və vəsait əldə etmiş olardı. Lakin, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı əldən çıxmış fayda şəklində həmin gəlirdən və vəsaitdən məhrum olmuşdur. Əldən çıxmış fayda üçün Cavabdeh1 20.000 manat və Cavabdeh2 40.000 manat, işgüzar nüfuza dəymiş ziyan üçün Cavabdeh1 30.000 manat və Cavabdeh2 50.000 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Audit yoxlamasının aparılması üçün İddiaçı ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-nə 3.000 manat ödənilmişdir. Həmin məbləğdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlardan əlavə, cavabdehlərin bağladıqları əmək müqaviləsi, avtomobi lin icarəsi müqaviləsi uydurma əqdlərdir. Həmin əqdləri bağlamaqla cavabdehlərin məqsədləri iddiaçının əmlakını mənimsəməkdən ibarət olmuşdur. Bu əqdləri bağlamaqla cavabdehlər qanunsuz hərəkətlərinə qanuni forma yaratmağa cəhd etmişdilər. Bundan başqa, Cavabdeh1 qanunauyğun şəkildə uşağa qulluğa görə məzuniyyəti rəsmiləşdirsəydi o zaman o dövlət büdcəsindən müavinət alardı. Belə olan halda onun əmək haqqı almaq hüququ yoxdur. Cavabdeh1 təqsirli hərəkətsizliyindən, lazımi sənədləri təqdim etmədiyindən, ərizə vermədiyindən onun məzuniyyətə çıxması barədə əmr verilməmişdir. Cavabdeh bu barədə iddiaçıya müraciət etməmişdir, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh hamilə olması barədə sənədin iddiaçıya verməsini də sübut edə bilməmişdir.
41. Cavabdeh- qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edərək qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək haqqının verilməsini üzrlü səbəb olmadan verməsə də, məhkəmə əsassız olaraq hər gecikdirilmiş gün üçün ona almalı əmək haqqının azı bir faizi məbləğində ödənc verməkdən imtina etmişdir. İddiaçı onu qanunsuz olaraq işdən çıxarmış və məhkəmə onu bərpa etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC işçiləri, o cümlədən baş mühasib ifadə vermişdir. Öyrədilmiş mühasib onu guya ki, tanımamış və işdə görməmişdir. Lakin həmin mühasib onun müqaviləsini tərtib etmiş, ona əmək h aqqı ödəmişdir və s. bu halda mənəvi zərər nədən 1000 manat tutulmuşdur. Onun baş verən bu hadisələrdən sonra sağlamlığına zərər gəlmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Səbəb iddiaçıdır. Ona görə də mənəvi zərər ağlabatan məbləğdə, 50000 manat tutulmasını tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
44. Maddə
35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsi
45. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
46. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
47. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
48. Maddə 71.2. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
49. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
50. Maddə 72 “a”. İişçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
51. Maddə
79. Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
52. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
53. Maddə
300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54. Maddə 1097. Mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı
55. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalı dırlar. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahi sənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kassasiya baxışının hədləri
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tə rəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
65. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4971/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.