Məhkəmə qərarları › İş №2(102)-1063/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1063/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1063/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X1 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-10 14/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Üçüncü şəxs Əfqan Mirzəliyev 05 fevral 2022-ci il tarixdə İddiaçı 50.000 manat məbləğində borc vermiş, borc alan həmin borcun 17.000 manatını 27 fevral 2022-ci il tarixdə, 5.000 manatını 27 mart 2022-ci il tarixdə, 5.000 manatını 27 aprel 2022-ci il tarixdə, 23.000 manatını isə 27 may 2022-ci il tarixdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Əfqan Mirzəliyev tərəfindən İddiaçı göndərilmiş icra qeydinin aparılacağı barədə bildiriş ilə, 05 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 50.000 manat borcunun ödənilməd iyi bildirilmiş və bu borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notariuas tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir.

3. İddiaçı ünvanlanmış poçt göndərişi 03 dekabr 2022-ci il tarixdə “X3” tərəfindən qəbul edilmişdir.

4. Əfqan Mirzəliyev tərəfindən yazılmış 22 yanvar 2023-cü il tarixli ərizəsinə əsasən, o, 05 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 50.000 manat borcun İddiaçı tutulması ilə bağlı Şəki Regional ”ASAN xidmət” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. 5. 22 yanvar 2023-cü il tarixli icra qeydinə əsasən, 50.000 manat məbləğində pulun İddiaçı alınaraq Əfqan Mirzəliyevə ödənilməsi barədə icra qeydi aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Nusa oğlu cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (bundan sonra cavabdeh və ya notariat ofisi) və üçüncü şəxs X1 (bundan sonra üçüncü şəxs və ya Əfqan Mirzəliyev) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, notariat ofisinin xüsusi notariusu X5 tərəfindən aparılmış 50.000 manat borcun Əfqan Mirzəliyevin xeyrinə tutulmasına dair 22 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh notariat ofisinin xüsusi notariusu Xətai Səmədov tərəfindən müddət üçü n vaxtında ödənilməmiş 50.000 manat borcun ondan Əfqan Mirzəliyevin xeyrinə tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Şəki rayon İcra və Probasiya şöbəsindən gələn xəbərdarlıqdan sonra icra qeydindən məlumatlı olmuş və 06 fevral 2023 cü il tarixdə icra qeydinin surətini əldə etmişdir. İcra qeydini əsassız və qərəzli hesab edir. Tələbkarın əsaslandırılmamış ərizəsi əsasında, borcun qaytarılıb qaytarılmamasını yoxlamadan notarius tərəfindən icra qeydi verilmişdir. Bundan başqa icra qeydinin verilməsi üçün tələbkar borcluya 20 gün əvvəl bildiriş göndərməsini təsdiq edən sənədi və rüsum ödəmək barədə ərizəni təqdim etməlidir. Bundan sonra Notarius icra qeydi apara bilər.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əfqan Mirzəliyevin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, icra qeydinin aparılması üçün tələb olunan bütün prosedur qaydalara əməl olunmuşdur. İcra qeydinin aparılacağı barədə bildiriş iddiaçının mağazasında işləyən satıcı X2 təqdim edilmişdir. Mürsəl də həmin bildirişi iddiaçıya təqdim etmişdir. Daşqın sözügedən bildirişi aldıqdan sonra “Whatsapp” vasitəsi ilə Əfqan Mirzəliyevə mesaj yazaraq həmin göndərişin nə olduğunu soruşmuş, Əfqan da cavabında ona olan borcunun bildirişi olduğunu Daşqının nəzərinə çatdırmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Şəki Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(075)1059/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı iddiasının əsası kimi Əfqan Mirzəliyev tərəfindən icra qeydi ilə bağlı notariat ofisinə ərizə verilməmişdən 20 gün əvvəl bu barədə bildiriş-xəbərdarlığın ona göndərilmədiyini göstərmişdir.

11. Həmçinin, iş materiallarına əlavə edilmiş Əfqan Mirzəliyev tərəfindən İddiaçı göndərilmiş icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, İddiaçı borclu olduğu 50.000 manat pulu ödəmədiyi və həmin borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmçinin iş materiallarında olan xəbərnamədən görünür ki, qeyd edilən bildiriş 03 dekabr 2022-ci il tarixdə X3 tərəfindən qəbul edilmişdir.

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, bildirişi qəbul edən Mürsəl Cumayev, İddiaçı məxsus mağazada satıcı vəzifəsində işləyir.

13. Məhkəmə həmçinin satıcı tərəfindən qəbul edilmiş bildirişin ona təqdim edilmədiyi barədə dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmasından görünür ki, İddiaçı Əfqan Mirzəliyevə mesaj yazaraq “bu nədir ki ay Əfqan belə, yazıb göndərmisən” deyə soruşmuş, Əfqan isə “bu mənim pulum deməkdir” deyə cavab vermişdir.

14. Göründüyü kimi İddiaçı, mübahisəli bildirişi rəsmi qaydada, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmiş, həmin bildirişin mahiyyətini dərk etmiş və göstərilən müddət ərzində borcunu ödəmədiyi üçün notariusun icra q eydi aparılmışdır.

15. Beləliklə, notariat ofisinin notariusu tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələblərinə riayət edilməklə icra qeydi aparılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. notariat ofisinin notariusu da təqdim edilməsi zəruri olan sənədlər əsasında icra qeydini aparmışdır. Göründüyü kimi İddiaçı iddiasının əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticə ilə bağlı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarının 161, 162 və 170-ci bəndlərinə, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, iddiaçı ilə üçüncü şəxs Əfqan Mirzəliyev arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən üçüncü şəxs Əfqan Mirzəliyev iddiaçıya 50.000 manat borc vermişdir. Müqavilə notariat ofisində Notarius tərəfindən təsdiqlənmişdir. Müqaviləyə əsasən onun götürdüyü məbləği 4 hissə olmaqla xx.xx.2022-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İcra qeydi ləğv edilməlidir. Əsaslandırılmış iddia tələbi ilə müraciət edilsə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. İşdə olan “Whatsapp” yazışmasında bildirişin şəklinin olub-olmaması və yaxud tərəflər arasında gedən söhbətin həmin bildirişlə bağlı olub-olmaması da öz təsdiqini tapmır. Bundan başqa qanunun tələbinə əsasən bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd olduğu h alda icra qeydi verilə bilər. Notariat sənədlərində isə bildiriş birbaşa Kiş kənd sakini X2 çatdırılmışdır. Belə olan halda bildirişin borcluya çatdırılmaması səbəbindən Notarius icra qeydinin verilməsindən imtina etməli idi. İş materiallarında görünməsə də onun götürdüyü kredit məbləğinin böyük bir hissəsini borc verən Əfqan Mirzəliyevə ödəmişdir. Lakin buna baxmayaraq, həmin məbləğləri tələbkar faiz borcu olaraq silmşdir. Müqavilədə faiz nəzərdə tutulmadığından və ödəniş etdiyi məbləğlərin faizə silinməsinə etiraz edərək onun ödənişlərini dayandırmışdır. Bundan sonra, tələbkar Əfqan Mirzəliyev icra qeydinin verilməsi üçün notariat ofisinin xüsusi notariusu Xətai Səmədova müraciət etmişdir. Nəticədə notariat ofisinin xüsusi notariusu Xətai Səmədov tərəfindən müddət üçün vaxtında ödənilməm iş 50.000 manat borcun tutulması barədə xx.xx.2023-ci il tarixli icra qeydi verilmişdir. İşdən göründüyü kimi tərəflər arasında olan borc məsələsinin olması şübhəsizdir. Belə olan halda onlar arasında gedən telefon danışıqları və ya yazışmaları əlbəttə ki, borcla bağlı olmalıdır.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-1014/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin ilk dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfin dən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassız olduğundan təmin edilə bilməz.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətin ikinci dəlili ondan ibarətdir ki, iş materiallarında görünməsə d ə onun götürdüyü kredit məbləğinin böyük bir hissəsini borc verən Əfqan Mirzəliyevə ödəmişdir. Lakin buna baxmayaraq həmin məbləğləri tələbkar faiz borcu olaraq silmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız saymış və qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi iddiaçın üzərinə düşür. Lakin iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir.

23. Məhkəmə kollegiyası o cümlədən qeyd etmişdir ki, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işdə olan “Whatsapp” yazışmasında bildirişin şəklinin olubolmaması və yaxud tərəflər arasında gedən söhbətin həmin bildirişlə bağlı olub-olmaması da öz təsdiqini tapm ır. Bundan başqa qanunun tələbinə əsasən bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd olduğu halda icra qeydi verilə bilər. Notariat sənədlərində isə bildiriş birbaşa Kiş kənd sakini Mürsəl Cumayevə çatdırılmışdır. Məhkəmə şikayətin bu dəlilini də əsassız hesab etmişdir.

24. Məhkəmə kollegiyası tərəfindən Şəki Rayon Mərkəzi Poçt Şöbəsinin direktoru Elçin Bəkirova 17 oktyabr 2023-cü il tarixində ünvanlanmış sorğuya əsasən, X3 ilə iddiaçı arasında olan qohumluq münasibətləri ilə bağlı məlumat istənilmişdir. Şəki Rayon Mərkəzi Poçt Şöbəsinin direktoru Elçin Bəkirov tərəfindən 25 oktyabr 2023-cü il tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, SS818123758 saylı s/x məktub İddiaçı adına ünvanlanmış, lakin həmin müddətdə ünvançı evdə olmamış və atası ilə əlaqə saxlandıqda, m əktubu onlara məxsus dükanda işləyən Mürsəl Cumayevə verilməsi tapşırılmışdır. Bu səbəbdən də həmin məktub Mürsəl Cumayevə imzadılaraq verilmişdir.

25. Göründüyü kimi İddiaçı, mübahisəli bildirişi rəsmi qaydada, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmiş, həmin bildirişin mahiyyətini dərk etmiş və göstərilən müddət ərzində borcunu ödəmədiyi üçün notariusun icra qeydi aparılmışdır. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

26. Apellyasiya instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 6.2-ci maddəsinə, “Notariat haqqında” Azərbaycan Resp ublikasının Qanununun 76, 79-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarının 161, 162 və 170-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarına və Müki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətində göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, icra qeydinin veri lməsinə əsaslar tələbin mübahisəsiz olması və müddətin keçməməsi olmasıdır. İcra qeydini aparan Notarius tərəflər arasında mübahisənin olub-olmamasını araşdırmadan, bilmədən icra qeydi aparmışdır. İcra qeydindən verilmiş şikayətlər üzrə analoji normalar tətbiq edilməlidir.

29. Bu tələbə ümumiyyətlə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən hər iki tərəfin adına VÖEN olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən ərizə ilə müraciət edərək qətnamənin ləğv edilməsi və işə baxılması üçün ərizənin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi xahiş edilsə də məhkəmə vəsatəti təmin etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi.

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vi cdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş v axtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

37. Maddə 739.1. Borc müqaviləsinə g örə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.

38. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilmə mişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra h akimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borc lu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

39. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Tə limatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı.

40. Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı:

41. Bənd

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələn ə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kolleguyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin hər iki tərəfin adına VÖEN olduğu müəyyən edildiyindən bu tələbə kommersiya məhkəməsində baxılmalı olması barədə dəlilinə münasibət bildirərək həmin dəlili əsassız hesab edir.

59. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xara kteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

60. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

61. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

62. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırl ar.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq - Xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır.

64. Hazırki işdə cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Xətai Səmədov ol duğundan və mübahisənin predmeti həmin notariusun peşə fəaliyyətindən irəli gəldiyindən, yəni onun verdiyi icra sənədinin mübahisələndirilməsi ilə bağlı olduğundan hazırkı tələb üzrə hüquq münasibətləri kommersiya xarakterli sayıla bilməz. Bu baxımdan birinci və apellyasiya instansiya məhkəmələri işin ümumi məhkəmədə baxılmalı olması ilə bağlı düzgün nəticəyə gəlmişlər.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1014/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar