Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1064/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili X qızının kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Hüseyn Mirzəliyev) 27 mart 2019-cu il tarixli qətnaməsi ilə iddi açı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiаsı qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(107)-2453/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən), İ.F.Quliyev (məruzəçi) M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Mingəçevir Şəhər Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X1 Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi İddiaçı1 oğlu tələbi оnunlа əsаslаndırılmışdır ki, Cavabdeh 13 may 2014-cü il tarixdə Ləğv prosesində ola n İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə kredit müqaviləsi bağlayaraq 12 ay müddətinə 18 faiz illik faiz dərəcəsi olmaqla 100000 manat məbləğdə kredit almışdır. Cavabdeh kredit müqaviləsi üzrəöhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliklərini icra etməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 68833.54 manat məbləğdə əsas borc, 10439.76 manat məbləğdə faiz borcu olmaqla, cəmi 83231.23 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktlar ı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili X qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, “cavabdeh kredit götürdükdən sonra bir müddət vaxtı-vaxtında ödəniş etmişdir lakin sonradan maddi vəziyyəti pisləşdiyindən üzərinə düşən kredit öhdəliyini lazımi qaydada yerinə yetirə bilmədiyindən kredit müqaviləsinin şərtləri pozulmuş, məhkəmə isə iddia tələbi ilə bağlı halları təhlil etməmiş səthi qərar qəbul etmişdir. Məhkəmə işə baxarkən kredit müqaviləsinin şərtlərindən irəli gələn gələn tələblərə uyğun qətnamə çıxarmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsassız şəkildə şişirdilmiş faiz dərəcələri ilə bağlı tələbi əsassız olaraq rədd edilmişdir. Bundan əlavə məhkəmə öhdəliyin pozulması ilə bağlı b orclunun məsuliyyətini müəyyən edərkən Mülki Məcəllənin 448.4-cü maddəsinin tələblərini nəzərə almamışdır. Mülki Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyinin və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halın və onun nəticələrinin istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Belə ki, kredit müqaviləsi bağlanarkən borclu kimi maddi durumu o qədərdə pis olmamışdır. Yəni hər ay borcunu banka ödəmək iqtidarında olmuş. Lakin sonradan onun cavabdeh olmadığı hallar nəticəsində borcunu ödəyə bilməmək dərəcədə vəziyyəti pisləşmişdir. Lakin borcunu ödəməkdən imtina etmir. İddiaçı ASC vaxtında məhkəməyə müraciət etmə diyindən faiz borcu da, həddən artıq şişirdilmişdir”. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2453/2019 saylı mülki iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək Şəki Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-n in 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2453/2019 saylı mülki iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərə findən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 13 may 2014-cü ildə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri n Sığortalanması Fondu ilə müqavilə bağlayaraq 100000 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 18 faiz əlavəsi ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 22 dekabr 2017-ci il tarixli cədvəli əsasında müəyyən edilmişdir ki, Cavabdeh həmin tarixə cəmi 83231.23 manat miqdarda borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 fevral 2019-cu il tarixli, 13833 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 68833.54 manat məbləğdə əsas, 10439.76 manat faiz borcu yaranmışdır. Apellyasiya kollegiyasının iş materialları əsasında gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi haqlı ol araq qeyd etmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 68833.54 manat məbləğdə əsas borc, 10439.76 manat məbləğdə faiz və 100 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 79373.30 manat məbləğdə pul alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Bundan başqa, müqаvilənin yuxаrıdа göstərilən şərtinə və Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 462.1-ci mаddəsinin tələbinə görə, iddiаçı tərəfindən bоrcаlаnа krediti ödəmədiyi üçün 3957.93 manat cərimə hesаblаnmışdır. Lakin məhkəmə borcluya 3957.93 manat məbləğində dəbbə pulunun artıq hesablandığı qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tən asüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Оnа görə də məhkəmə hаqlı оlаrаq hesab etmişdir ki, borcludan 100 manat məbləğində dəbbə pulu alınması kifаyətdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəf qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını da mübahisələndirmişdir. Bununla bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müd dətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur.Həm də işə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq məhkəmə faizin məbləğini müəyyən etmişdir. Apellyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə edilməmiş, şikayət əsaslandırılmamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsasları ilə bağlı aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk d airəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətində iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə xahişinin məhkəmə tərəfindən təmin edilməmisini göstərmişdir. Kollegiya kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şi kayətində göstərilən dəlillərin təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik etmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, nəticədə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2453/2019 saylı mülki iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1064/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1064/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver