Məhkəmə qərarları › İş №2(102)-1065/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1065/2019

04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1065/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1065/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X4, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli, 2(103)9727/2018 nömrəli qətnaməsindən İddiaçı İKB ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2196,24 ABŞ dolları əsas borc, 1944,27 ABŞ dolları f aiz borcu olmaqla, cəmi 4140,51 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 20 fevral 2018-ci il tarixli 2(004)-110/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 06.06.2014-cü il tarixli, 11-MZ-1-0-245-14 saylı kredit müqaviləsi üzrə 2196,24 ABŞ dolları əsas borc, 153,74 ABŞ dolları faiz borcu, 8,04 ABŞ dolları cərimə olmaqla cəmi 2358,02 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və dövlət rüsumunun 11,40 manat hissəsi birgə qaydada İddiaçı İKB ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının də yərinin 28,50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 21,50 manatı İddiaçı İKB ASC-dən tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov və Ə.İ.Qasımov) 05.09.2018-ci il tarixli, 2(103)-9727/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təminolunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi faiz borcu, cəmi borcun, dövlət rüsumu və ekspertiza xərcinin məbləğinin tutulması hissələrində dəyişdirilmiş, faiz borcu 72,52 ABŞ dolları, cəmi borc 2276,8 ABŞ dolları, dövlət rüsumunun məbləği 17 manat müəyyən edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 42,5 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 7,5 manatı İddiaçı İKB-dən tut ulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı İKB ASC və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNiN DƏLİLLƏRİ: İddiaçı İKB ASC və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi nəyə görə ekspert rəyini mötəbər sübut kimi qəbul etdiyini və iddiaçı tərəfindən cavabdehin borcunun olmasını əks etdirən sübutları qəbul etmədiyini qətnamədə əsaslandırmamışdır. Ekspert rəyi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ekspertin gəldiyi nəticənin hansı tədqiqat metoduna əsaslanması və yaxud hansı sübutlardan istifadə edilməsi rəydən bəlli olmur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsini dəyişdirərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı İKB ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 06.06.2014-cü il tarixli, 11-MZ-1-0-245-14 saylı kredit müqaviləsinin surətinə əsasən, borc verən tərəfindən borc alana istehlak məqsədi ilə 18 ay müddətinə, illik 28% hesablanmaqla 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC ilə Cavabdeh2 aras ında bağlanmış 06.06.2014-cü il tarixli, 11-MZ-10-245-14 saylı zaminlik müqaviləsinin surətinə əsasən, zamin borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. Maliyyə arayışına əsasən Cavabdeh1 Fəxfrəddin oğlunun 06.04.2016-cı il tarixə 2196,24 ABŞ dolları əsas borc, 153,74 ABŞ dolları faiz borcu, 318,04 ABŞ dolları cərimə olmaqla cəmi 2668,02 ABŞ dolları borcu qalmışdır. 20.12.2017-ci il tarixli, 28239 saylı ekspert rəyinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı İKB ASC-yə 06.12.2015-ci il tarixə əsas borc üzrə 2913,70 ABŞ dolları, faiz borcu üzrə 72,52 ABŞ dolları borcu olmaqla 2986,22 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəl mişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1.-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təl əb etmək hüququ vardır. 386.1.-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1.-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməmə si, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekpertizasının rəyinə əsaslanaraq d üzgün olaraq qeyd etmişdir ki, 20.12.2017-ci il tarixli, 28239 saylı ekspert rəyi əsas götürülməklə cavabdehin 06.06.2014-cü il tarixli, 11-MZ-1-0245-14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən 06.12.2015-ci il tarixə faiz borcu 72.52 ABŞ dolları müəyyən edilməlidir. Həmçinin apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlərdən tutulmalı olan dövlət rüsumunun məbləği 17 manat müəyyən edilməli və ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada 42,5 manat, iddiaçıdan isə 7,5 manat ekspertiza xərci tutulmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliola nmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, apellyasiya instansiya məhkəməsinin iclas protokolunun məzmunundan görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyini tədqiq edərək onun mötəbər sübut kimi qəbul edilməsini mümkün hesab etmişdir. Eyni zamanda, iddiaçı tərəf həmin rəyin mötəbərliyini şübhə altına ala biləcək hər hansı mütəxəssis rəyini məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya həmin rəyin nəzərə alınmasının qanunsuzluğu ilə bağlı dəlillərin əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsas ən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli, 2(103)-9727/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar