Məhkəmə qərarları › İş №2(102)-1066/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1066/2019

15.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1066/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 15 fevral 2019-cu il İŞ№2(102) 1066 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçınun iştirakı ilə, İddiaçınun cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim M.Qarayeva) İddiaçı nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 maddi zərərə görə 1000 (min) manat pulun və mənəvi zərərə görə 1000 (min) manat pulun, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun, cəmi 2030 (iki min otuz) manat pul tutularaq İddiaçı na ödənilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov) Sabunçu Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Mə hkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu ərazisində yaşadığı qəsəbədə qaz xəttinin çəkilişi həyata keçirilərkən onunla eyni qəsəbədə yaşayan Cavabdeh1lə birlikdə iş icraçısı olan X1 adlı şəxə yaxınlaşmış və işləmək istədiklərini bildirmişlər. X1 adlı şəxs onları əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmişdir. 27 fevral 2017-ci ildə dəmir boruları yerə basdırmaqla məşğul olarkən cavabdeh X2 ağır çəkiclə iddiaçı X3un əlinə vurmuş, nəticədə iddiaçı az ağır xəsarət almışdır. Cəbrayıl rayon məhkəməsinin 21.09.2017-ci il tarxli hökmü ilə X2 CM-in 131.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Hadisə baş verən ərazidə qaz çəkilişinin Cavabdeh2 tərəfindən aparıldığı müəyyən olunsa da, məhkəm ələr həmin cavabdehə qarşı tələblərini təmin etməmişlər. Halbuki həm iddiaçı, həm də digər cavabdeh X2i əmək müqaviləsi bağlamadan işlərə cəlb edən məhz sözügedən Cavabdeh2-dir. Ona görə də hesab edir ki, məhkəmələr həmin cavabdehə qarşı iddianı rədd etməkdə haqlı olmamışlar. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması haqqında qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 200.000 manat məbləğində maddi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı id dia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 200.000 manat məbləğində maddi zərərin və 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2-yə qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı X3 və cav abdeh X2 Biləsuvar rayonu ərazisində 2 saylı qəsəbədə qaz xəttinin çəkilişində hər hansı əmək müqaviləsi bağlamadan fəhlə qismində işləmişlər. 27 fevral 2017-ci ildə dəmir boruları yerə basdırmaqla məşğul olarkən cavabdeh X2 ağır çəkiclə iddiaçı X3un əlinə vurmuş, nəticədə iddiaçı az ağır xəsarət almışdır. İddiaçı əmək qabiliyyətini 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirmişdir. Cəbrayıl rayon məhkəməsinin 21.09.2017-ci il tarxli hökmü ilə X2 CM-in 131.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı X3 müalicəsi üçün çəkdiyi xərclərin 200.000 mnat təşkil etməsinə dair sübut təqdim edə bilməmişdir; məhkəmə 1.000 manat məbləğində kompensasiyanın tutulmasını iddiaç ının aldığı bədən xəsarətinin müalicəsinə mütənasib hesab etmişdir. Digər Cavabdeh2 ilə iddiaçı X3 və cavabdeh X2 arasında əmək və ya mülki hüquqi müqavilənin olması müəyyən edilmir; eyni zamanda, hadisənin baş verdiyi ərazidə tikinti işlərinin Cavabdeh2 tərəfindən aparıldığına dair işdə hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası,aşağıda göstərilən əsaslara görə cavabdehlərdən Cavabdeh2-yə qarşı tələbin rədd olunması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı saymır. Fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair göstərişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 60-cı fəsli ilə tənzimlənir. Belə ki, MM-in 1117-ci maddəsinə görə, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. MM-in 1118.1-ci maddəsinə görə, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. MM-in 1118.2-ci maddəsinə görə, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Göründüyü kimi, mülki qanunvericilik sağlamlığa vurulmuş zərə r dedikdə yalnız zərərçəkənin sağlamlığının bərpasına çəkdiyi xərcləri deyil, həm də itirilmiş qazancı da nəzərdə tutur. Həmin itirilmiş qazancın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsinə dair göstərişlər isə MM-in 1119 və 1124-cü maddələrinə öz əksini tapmışdır. Lakin işə baxan apellyasiya məhkəməsi vurulmuş zərər dedikdə, yalnız müalicə xərclərini nəzərdə tutmuş, işdə sübut olmadığından, ancaq iddiaçıya zərər vurulma faktı mübahisəsiz olduğundan 1.000 manat kompensasiya tutmaqla kifayətlənmişdir. Bu səbəbdən də işə apellyasiya qaydasında təkrar baxılarkən MM-in 60-cı fəslinin müddəaları nəzərə alınmalı, hər bir maddi zərər növü (müalicə xərcləri, itirilmiş qazanc) üzrə zərərin miqdarı müəyyənləşdirilməlidir. Hazırkı iş üzrə iddiaçı X3un sağlamlığına zərər vurulması faktının qaz xətt inin çəkilişi (dayaqların basdırılması) zamanı baş verdiyi şübhəsizdir. İddiaçı X3 və cavabdeh X2in həmin qaz xəttinin çəkilişində fəhlə qismində işlədildikləri də mübahisə doğurmur. Bu faktlar apellyasiya məhkəməsi tərəfindən müəyyən edilsə də, həmin ərazidə qaz xəttinin hansı hüquqi və ya fiziki şəxs tərəfindən çəkilməsi (sifarişçi və podratçının hansı şəxslər olması) aydınlaşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Azərbaycan Respublikası Mülki prosessual məcəllənin (bundan sonra - MPM) 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların pros essual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu hal, MM-in 1099-cu maddəsinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, MM-in 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüqu qi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, hadisənin baş verdiyi ərazidə qaz xəttinin çəkilişi ilə bağlı işlərin Cavabdeh2 tərəfindən icra olunduğu müəyyən edilərsə, onda Cavabdeh2-nin MM-in 1099cu maddəsinə uyğun məsuliyyəti əmələ gələ bilər. Çünki bu halda, Cavabdeh2 digər cavabdeh X2ə münasibətdə MM-in 1099.2-ci maddəsi mənasında işəgötürən kimi çıxış etdiyindən və X2in vurduğu zərərə görə İddiaçı qarşısında təqsirsiz məsuliyyəti yaranacaqdır. Belə ki, 1099.2-ci maddə işəgötürənin işçisinin vurduğu zərərə görə məsuliyyətini müəyyənləşdirir və bu, MM-in 1097.1-ci (“... Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.”) və 1097.3-cü (“Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.”) maddələrinə uyğundur. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2-yə aid hissədə qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı işin halları ilə müəyyən olunur ki, iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ümumilikdə ləğvini tələb etsə də cavabdehlərdən Cavabdeh1 aid hissədə qətnamənin ləğv olunmasına əsas ve rən dəlillər göstərməmiş, irəli sürdüyü dəlillərdə iddianın Cavabdeh2-yə aid hissədə qanunsuz və əsassız olduğunu göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2-yə aid iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh2-yə qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə y enidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar