Məhkəmə qərarları › İş №2(102)-1066/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1066/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1066/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassas iya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən F.Əfəndiyev, iş 2(046)-3390/2016)iddiа təmin edilmiş, 10 oktyabr 2014-cü il tаrixli, 5144/f14 sаylı kredit müqаviləsi üzrə cаvаbdeh Cavabdehndаn 17605,25 (on yeddi min altı yüz beş dollar iyirmi beş sent) ABŞ dolları kreditin əsаs məbləği, 4694,93 (dörd min altı yüz doxsan dörd dollar doxsan üç sent) ABŞ dolları fаiz bоrcu оlmаqlа, cəmi 22300,18 (iyirmi iki min üç yüz dollar on səkkiz sent) ABŞ dollarının mаnаt ekvivаlenti ilə, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin dövlət qeydiyyаtınа аlınmаsı hаqqındа və xidmət hаqqı оlаrаq ödənilmiş 31 (оtuz bir) manatın və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) mаnаt pulun tutulаrаq, iddiаçı «xxxx» ASCnin xeyrinə ödənilməsi, ipоtekа predmeti оlаn, cаvаbdeh Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,62 kv.m, yaşayış sahəsi 43,62 kv.m olan 03 otaqlı mənzilə tutmа yönəldilməsi, ipоtekа predmeti оlаn, cаvаbdeh Cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,62 kv.m, yaşayış sahəsi 43,62 kv.m olan 03 otaqlı mənzilin ilkin sаtış qiymətinin 50000 mаnаt müəyyən edilməsi, cаvаbdeh Cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,62 kv.m, yaşayış sahəsi 4 3,62 kv.m olan 03 otaqlı mənzilin аçıq hərrаcdаn sаtılması və sаtışdаn əldə оlunmuş vəsаit hesаbınа cаvаbdeh Cavabdehin iddiаçı «xxxx» ASC-yə оlаn 22300,18 (iyirmi iki min üç yüz dollar on səkkiz sent) ABŞdolları bоrcunun, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin dövlət qeydiyyаtınа аlınmаsı hаqqındа və xidmət hаqqı оlаrаq ödənilmiş 31 (оtuz bir) manatın və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) mаnаt pulun tutulаrаq, iddiаçının xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-2176/2017) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2018ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov(sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş № 2(102)-5753/2018) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixliqətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov, iş № 2(107)-150/2019) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2 016-cı il tarixli, 2(046)3390/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 57,62 kv.m ümumi, 43,62 kv.m yaşayış sahəsindən ibarət mənzilin ilkin satış qiyməti 65.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Zamin Əli oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət et məklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 10 oktyabr 2014-cü il tаrixdə «xxxx» ASC-nin Sumqayıt filiаlı ilə Cavabdeh аrаsındа bаğlаnmış 5144/f-14 sаylı kredit müqаviləsinə əsаsən cаvаbdeh Cavabdeh 36 ay müddətinə, illik fаiz dərəcəsi 24 % оlmаqlа 25500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh ilə 10 oktyabr 2014-cü il tarixli 5144/f-14 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,62 kv.m, yaşayış sahəsi 43,62 kv.m olan 03 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm icrа etməyən bоrclunun hesаbl аşmаlаrа görə iddiаçıyа 17605,25 ABŞ dolları kreditin əsas məbləği, 4694,93 ABŞ dolları faiz borcu оlmаqlа, cəmi 22300,18 ABŞ dolları bоrcu qаlmışdır. Müstəqil qiymətləndirici “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə görə, ünvan 1 ünvanında yerləşən 3 otaqlı 57,62 kv.m ümumi, 43,62 kv.m yaşayış sahəsindən ibarət mənzilin bazar dəyəri 65.000 manat təşkil edir Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 317, 319.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.2, 1.0.6, 47.2, 4, 33, 59.3.2, 39.3-cü maddələrinin tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmay araq, məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Kassasiya şikayətinin dəlillə rindən biri ondan ibarətdir ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Kassasiya şikayətinin həmin dəlili də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsının 27 noyabr 2018-ci il tarixli, 2(107)-2817/2018 saylı qərardadı ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı 57,62 kv.m ümumi, 43,62 kv.m yaşayış sahəsindən ibarət mənzilin qiymətləndirilməsi müstəqil qiymətləndirici “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş və Müstəqil qiymətləndirici “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 otaqlı 57,62 kv.m ümumi, 43,62 kv.m yaşayış sahəsindən ibarət mənzilin bazar dəyərinin 65.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilm əsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar