Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1069/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, əsassız varlanmadan irəli gələn tələb, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1879/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh X3 şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işlədiyi dövrdə-2013-cü ildə iddiaçı ona üzərində qeyri-yaşayış sahəsinin tikilməsi məqsədi ilə torpaq sahəsi ayrılması üçün müraciət etmiş, cavabdeh iddiaçıdan torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün pul istəmişdir.
2. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçıdan aldığı 6276 manat pulu geri qaytarmışdır.
3. İddiaçı cavabdehə bundan əlavə 15.000 manat pul verdiyini və bu pulun 4000 manatının cavabdeh tərəfindən qaytarıldığını, 11.000 manatının isə qaytarılmadığını iddia etsə də, cavabdeh bu faktı qəbul etmir.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə X9 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Həmin hökmlə müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2011-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 iyun 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləyən X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2013-cü ilin iyul ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 kv.m ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsini Gəncə şəhər sakini İddiaçı adına sənədləşdirilməklə istifadəsinə verilib sonuncunun orada aparacağı tikintiyə İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və X7 xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən 7000 manat məbləğində pul vəsaitinin rüşvət qismi ndə verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla sövdələşib, həmin niyyətlə İddiaçı X9 vasitəsilə sonuncunun Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında xx.xx.2013-cü il tarixdə 8000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6276 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini X9 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 916 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncam verməklə, X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, ümumilikdə qeyd edilən qaydada X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı 6.276 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı təkrarən təhrik etmişdir.
6. İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilir ki, İddiaçı X7 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 manat X6 qohumları tərəfindən ona ödənilmişdir. Odur ki, ona ödənilmiş 6276 manat pulla bağlı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq.
7. İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilir ki, İddiaçı X7 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 manat X6 qohumları tərəfindən ona ödənilmiş və ödənilmiş 6276 manat pulla bağlı heç bir şikayəti və tələbi olmadığına dair xx.xx.2020-ci ildə Gəncə şəhəri 2 saylı notariat ofis ində 8İ-3573 saylı reyestrlə təsdiq edilmiş ərizə vermişdir. Sonradan 15000 manat puldan isə X6 qohumları tərəfindən ona yalnız 3000 manat pul ödənilmişdir. Odur ki, bu günki tarixdə X6 ona olan borcu 12000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehə 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Cavabdeh onu aldatdığından onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarə sində barəsində cinayət işi aparılan zaman onun qohumları tərəfindən ona cavabdehə verdiyi 8000 ABŞ dolları pulun ona verdiyi məzənnəyə uyğun olaraq 6276 manat pul və 15000 manat puldan isə 3000 manatı qaytarılmışdır. Buna dair onun tərəfindən cavabdehin qohumlarına səlahiyyətli orqanların adına yazılmış ərizə verilmişdir. Həmin ərizəni iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh dəfələrlə onu aldatmış və ona olan borcunu ödəməmişdir. Bu baxımdan cavabdehə verdiyi pulun qaytarılması cavabdeh və onun yaxın qohumları tərəfindən təmin edilmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. O, özü ahıl və xəstə olduğundan həmin pulları özünün qocalığı üçün toplamış, lakin, cavabdeh isə həmin pulları ondan aldadaraq aldığından o, cavabdehin barəsində şikayət etdikdən sonra cavab dehin qohumları tərəfindən ərizəsində də göstərdiyi kimi ona qeyd etdiyi məbləğdə qaytarmışlar. Lakin, hazırda ona olan cavabdehin borcu tam ödənilməmişdir.
10. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və iddiaya etirazında bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə yalnız 8000 ABŞ dolları məbləğində pul verilmiş və həmin pul iddiaçıya geri qaytarılmışdır. Bu fakt Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə də öz əksini tapmışdır. Qalan məbləğin verilməsi istintaqla müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. O cümlədən 15000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi sübut olunmamışdır. Həmçinin pul verilmiş olsaydı belə pulun verilməsi 2013-cü ilin iyun ayında baş verdiyindən həmin pulun qaytarılması ilə bağlı iddia müddəti ötürülmüşdür. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülərək verildiyindən və iddia tələbi sübuta yetirilmədiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-574/2024 nömrəli iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Zaman İmanov).
12. Məhkəmə ilk öncə iddia tələbinin uğurluluğu baxımdan qeyd etmişdir ki, iddiaçı cavabdehə mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə rüşvət qismində verdiyi 15000 manatdan qalıq qalan 11000 manat məbləğində pulu qaytarmalı olduğunu iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı tərəfindən cavabdehə pulun verildiyini və verilən pull arın məbləğini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin pulların məbləğini, cavabdehə verilməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə də iddiaçının cavabdehə 2013cü ildə mağaza tikintisi üçün rüşvət qismində 15000 manat məbləğində pulu verməsi epizodu öz əksini tapmamışdır.
13. Bundan başqa iddia tələbinin hüquqi əsası baxımından məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasında iddia etdiyi, yəni onun tərəfindən 15000 manat məbləğində pulun cavabdehə verilməsinin heç bir h üquqi və müqavilə əsası olmadığından tərəflər arasında olan münasibət əsassız varlanma kimi qiymətləndirilməli və mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları tətbiq olunmalıdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının iddiaçının qeyd etdiyi kimi pulun verildiyi 2013-cü ilin iyun ayından hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş iki illik iddia müddətini ötürmüşdür.
15. Məhkəmə mövqe yini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 374, 375, 377, 379, 1091, 1092, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatı ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi madd i və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə əsassız olaraq iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd etmişdir. İlk dəfə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəf 2020-ci ildə ona 6276 manat, bir müddət sonra isə 4000 manat pul qaytarmışdır. İddia ərizəsi məhkəmənin icraatında olanda isə cavabdeh 1500 manat pulu qaytarmışdır. Bununla da cavabdeh borcu etiraf etmişdir. Nəticədə iddia müddətinin axımı kəsilmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1879/2024 nömrəli mülki iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Loğman Süleymanov).
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğu sübut olunmamışdır. İddiaçı cavabdehə mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə 15000 manat verdiyini və həmin məbləğdən ümumilikdə 4000 manat məbləğini geri qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
20. Məhkəmə kollegi yası qeyd etmişdir ki, qanuni qüvvədə olan hökmlə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə 2013-cü ildə mağaza tikintisi üçün 15000 manat məbləğində pul verməsi epizodu öz təsdiqini tapmamışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmlə iddiaçının tələbində əsaslandırdığı halların müəyyən edilməməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət yoxdur.
22. Məhkəmə kollegiyası iddiaçı tərəfin “cavabdehə 8000 ABŞ dolları və 15000 manat pul verməsi, həmin məbləğdən 6276 manat ona ödənilməsi və sonradan 15000 manat puldan isə cavabdehin qohumları tərəfindən ona 3000 manat pul ödənilməsi halının cavabdehin borclu olmasına dəlalət etməsi” barədə arqumentlərinə hüquqi qiymət verərək qeyd etmi şdir ki, həmin arqumentlər əsassızdır. Belə ki, iddiaçının göstərdiyi həmin hal başqa sübutlarla təsdiq olunmamışdır. Həmçinin kollegiyanın iclasında cavabdehin nümayəndəsi izahatında həmin halı təkzib etmişdir.
23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğunun sübut olunmadığı qənaətin ə gələrək, qeyd etmişdir ki, iddiaçı cavabdehə mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə 15000 manat verdiyini və həmin məbləğdən ümumilikdə 4000 manat məbləğin geri qaytarıldığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi qərəzli olaraq qətnaməsində iddiaçının ikinci ərizəsini göstərməmişdir. Amma birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə bu ərizəyə də istinad etmişdir. Bundan başqa hökmdən aydın görünmüşdür ki, cavabdeh həmin vəzifədə işləyərkən bir çox insanları aldadaraq torpaq sahəsi verilməsi barədə sərəncam verilərkən onlardan pul almışdır. Apellyasiya məhkəməsi qərəzli olaraq ərizədə iddiaçının cavabdehə 8000 ABŞ dolları və 15000 manat pul verdiyini göstərməsini qeyd etməmişdir. Ərizədə yalnız 6276 manat pulu n cavabdeh tərəfindən qaytarıldığı, ödənilmiş həmin pulla bağlı iddiaçının heç bir şikayət və tələbinin olmadığı qeyd edilmişdir. Cavabdeh həbs edildyi üçün onun qohumları zərərçəkəndən barışıq ərizəsi almışlar (ərizədə bu barədə göstərilmişdir). Cavabdehin qohumları ərizədə göstərilən 15000 manat pula dair etirazlarını bildirməmişlər, əksinə iddiaçıya söz vermişlər ki, pul düzəldən kimi 15000 manatı da qaytaracaqlar. Bundan xeyli sonra 2022-ci ilin avqust ayında onlar cavabdehə əlavə 3000 manat pul qaytarmışlar. Bu fakt iddiaçının ikinci ərizəsindən təsdiq edilmişdir. İddiaçı 80 yaşında gözdən birinci dərəcəli əlildir. Qeyd edilən ərizələr də cavabdeh tərəfə lazım olduğu üçün onlar notariat kontorunda təsdiq etdirmişlər. Apellyasiya məhkəməsi isə ərizəni sübut kimi qəbul etməyərək göstərm işdir ki, ərizə iddiaçı tərəfindən verilmişdir.
26. Apellyasiya məhkəməsi göstərmişdir ki, hökmlə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə 2013-cü ildə mağaza tikintisi üçün 15000 manat məbləğində pul verməsi epizodu öz təsdiqini tapmamışdır. Bununla belə Ağır Cinayətlər Məhkəməsinin iddiaçının birinci ərizəsi əsasında hökm çıxarmasını qəbul etmişdir. Apellyasiya məhkəməsinin sorğusu əsasında alınmış cavabdeh barədə cinayət işində olan iddiaçının ərizəsində (həmin vaxt zərərçəkmiş) və “Sübutlara qiymət verilməsi barədə” Qərarda onun cavabdehdən 8000 ABŞ dolları və 15000 manat pul tələbi olduğu qeyd edilmişdir. Hökmdə 15000 manat pulun verilib-verilməməsi barədə heç bir söz yazılmamışdır, məhkəmə bu epizoda münasibət bildirməmişdir. İddia ərizəsini məhkəməyə verəndə iddiaçı əvvəl dən 12000 manat tələbi qoymuşdur. İddiaçı cavabdehə onu məhkəməyə verəcəyini bildirəndə cavabdeh ona 1000 manat pul göndərmişdir. Ona görə də iddianın məbləğini iddiaçı 11000 manat göstərmişdir. Göstərilən bu səbəblərdən birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının göstərdikləri ağlabatan olduğuna görə nəzərə alınmalı, cavabdehdən 11000 manat alınaraq iddiaçıya qaytarılmalıdır. xx.xx.2024-cü il tarixdə eyni hakim yenidən həmin iddiaya baxarkən iddia müddətinin keçməsi səbəbindən qeyri-qanuni olaraq iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən yenidən iddiaçıya 1500 manat pul vermişlər. İddiaçı son dəfə 9500 manat pul tələb etmişdir. İddiaçının verdiyi apellyasiya şikayətinə baxılarkən məhkəmə qətnaməsində qe yd etmişdir ki, iddiaçının arqumentləri əsassızdır, sübutlarla təsdiq edilməmişdir. Ona görə də şikayəti təmin etməmişdir. Həmin şikayətə baxılarkən iddia müddətinin keçməsi barədə məsələ müzakirə predmeti olmamışdır. Beləliklə, məhkəmə qeyri-qanuni, əsassız qətnamə qəbul etmişdir.
27. Məhkəmə qətnaməsində MPM-in 82.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir. Buna əsasən hökmdə 15000 manat pul barədə epizodun olmadığına əsaslanaraq məhkəmə bu məbləğ barədə sübutun olmadığını göstərmişdir. Əslində hökmdə 15000 manat pulun verilib-verilməməsi barədə heç bir söz yazılmamışdır. Bu o demək deyil ki, iddiaçı cavabdehə bu pulu verməmişdir. Bir halda ki, bu pulun barəsində heç nə yazılmayıb, bununla əladədar həmin hökmün preyudisial əhəmiyyəti yoxdur. İddiaçı ona görə də 15000 manata dair mülki qaydada iddia ərizəsi vermişdir. Beləliklə, iddiaçının göstərdikləri ağlabatan olduğu üçün iddia təmin edilməlidir.
28. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum ola nın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
33. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
34. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfind ən tam həcmdə ödənilməlidir.
38. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
39. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən mübahisələndirilən qətnamə ləğv edilməli və iş yeni kassasiya baxışına qaytarılmalıdır.
47. İşdən görünür ki, iddiaçı cavabdehin ondan qanunsuz, yəni öz xidməti vəzifəsinin icrası ilə əlaqədar rüşvət olaraq aldığı 11.000 manat pulun qaytarılması üçün iddia qaldırmışdır.
48. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən həm MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik iddia müddətinin ötürüldüyünə, həm də iddianın əsaslı olduğunun, yəni iddiaçı tərəfindən 15.000 manat pulun cavabdehə verildiyinin sübutlarla təsdiq edilmədiyinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlasa da, qətnamənin əsaslandırıcı hissəsində iddia müddətinin keçdiyini qeyd etməmiş, iddiaçı tərəfindən cavabdehə 15.000 manat məbləğində pulun verilməsi barədə epizodun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə öz əksini tapmadığına əsaslanaraq MPM-nin 82.4-cü maddəsinə əsasən həmin hökmün hazırkı mübahisə üzrə preyudisial xarakter daşıdığını, buna görə də iddianın təmin edilməli olmad ığını qeyd etmişdir. İddia tələbinin qanuni əsası kimi yalnız əsassız varlanma ilə bağlı normalara istinad edilmiş, iddiaçının tələbi delikt nəticəsində vurulmuş zərərin ödənilməsinə dair münasibətləri tənzimləyən normalar əsasında yoxlanılmamışdır.
49. Kollegiya mübahisə ilə bağlı qeyd edir ki, hazırkı halda iddiaçının tələbinin qanuni və əsaslılığı həm əsassız varlanma ilə bağlı normalar (MM-nin 1091-1095-ci maddələr), həm də mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın ödənilməsi (MM-nin 1096, 1097-ci maddələri) ilə bağlı normalar tətbiq edilməklə yoxlanılmalı idi. Belə ki, cinayət əməli nəticəsində vətəndaşların əmlakına və sağlamlığına ziyan vurulması, o cümlədən onların əmlakının qanunsuz ələ keçirilməsi bir qayda olaraq mülki hüquq pozuntusu hesab edilir və zərərçək ən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın əvəzini mülki icraat qaydasında tələb etmək hüququ yaranır. Nəzərə alınmalıdır ki, əsassız varlanmış şəxsdən əldə etdiklərinin geri qaytarılması üçün Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsində iki illik iddia müddəti nəzərdə tutulduğu halda, delikt nəticəsində vurulmuş zərərin MM-nin 373.1-ci maddəsində nəzərdə tutulmuş 10 illik ümumi iddia müddəti ərzində tələb edilməsi mümkündür.
50. Mübahisəni həll etmiş birinci instansiya məhkəməsi tərəfindən qətnaməsində hazırkı tələblə bağlı iddia müddətinin ötürüldüyü qeyd edildiyindən və bu qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığından maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyi müəyyən edilir.
51. Bundan əlavə qeyd edilməlidir ki, qanundan irəli gəl ən öhdəliklərlə bağlı irəli sürülmüş tələbin təmin edilməsi üçün iddia müddətinin keçib-keçmədiyinin müəyyənləşdirilməsi üçün ilk növbədə hüquq pozuntusu faktının mövcudluğu və bu pozuntunun hansı tarixdən başladığı müəyyən edilməlidir. Əgər hüquq pozuntusu faktı təsdiq olunmazsa mübahisə üzrə iddia müddətinin tətbiqi istisna olunur.
52. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün hazırkı iş üzrə preyudusial xarakter daşıyan məhkəmə aktı olub-olmadığına qiymət verilməsi üçün Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin dispozisiyasındakı şərt mövcud olmalı idi. Həmin normada qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülk i işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni əgər hökmdə iddiaçı tərəfindən cavabdehə 15.000 manat məbləğində pul vəsaitinin verilməsi epizodu ilə bağlı araşdırma aparıldığı və bu faktın təsdiq edilmədiyi qeyd edilsəydi o zaman bu hökm mübahisənin həlli üçün preyudisial xarakter daşımış olardı. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi hökmün hansı hissəsinin preyudisial xarakter daşıdığı əsaslandırmamışdır.
53. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin sorğusu əsasında təqdim edilmiş “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, İddiaçı şahid qismində istintaq orqanına ifadə verərkən X7 8000 ABŞ dollarından əlavə eyni zamanda 15000 manat pul verdiyini göstərmişdir.
54. İş materiallarına əlavə edilmiş hökmdə İddiaçı tərəfindən təqdim edilmiş ərizəyə istinad edilərək X9 tərəfindən 6276 manat məbləğin zərərçəkənə ödənildiyi qeyd edilmiş, bu hal X7 cəza təyin edilərkən məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Hökmdə ərizənin tarixi xx.xx.2020-ci il göstərilsə də, hazırda iddiaçının iddia ərizəsinə əlavə etdiyi ərizələrin tarixləri xx.xx.2020-ci il və xx.xx.2022-ci ildir.
55. Belə olan halda iddiaçının iddia ərizəsinə əlavə etdiyi ərizə ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizənin eyni olub-olmadığı (ərizənin tarixinin hökmdə texniki səhvə yol verilərək yanlış qeyd edildiyi ehtimal edilərək) tərəflərlə müzakirə edilərək araşdırılmalı, tərəflərin vəsatəti olarsa cinayət işi materiallarına əlavə edilmiş ərizənin surətinin təqdim edilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə sorğu verilməlidir.
56. Nəzərə alınmalıdır ki, MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.
57. Məhkəmə tərəfindən cinayət işi üzrə təqdim edilmiş ərizənin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizə ilə eyni olduğunun müəyyən edilməsi ilə iddiaçının X7 yalnız ödənilmiş 6276 manat pulla bağlı hər hansı şikayət və tələbi olmadığı, 15.000 manat məbləğlə bağ lı isə tələbindən imtina etmədiyi təsdiq edilə bilər.
58. Kollegiya eyni zamanda hesab edir ki, iddia tələbinin əsaslı olub-olmadığına obyektiv qiymət verilməsi üçün məhkəmə tərəfindən bu ərizənin cinayət işi üzrə araşdırma zamanı kim tərəfindən təqdim edilməsinin araşdırılması da əhəmiyyətlidir. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, bu ərizələri cavabdehin qohumları ondan barışıq və ödədikləri məbləğin təsdiqi üçün ondan almışlar. Sözügedən ərizə cavabdeh tərəfindən məzmununa hər hansı etiraz bildirilmədən cinayət işi üzrə zərərçəkənlə barışığı təsdiq edən sübut qismində təqdim edilmişsə bu hal tərəflərlə müzakirə edilməklə cavabdehin iddiaya etirazının dəlilləri məhkəmə tərəfindən yenidən qiymətləndirilməlidir.
59. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə n əticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1879/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmalıdır.
60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1879/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.