Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1070/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1070/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Cavabdeh1 və vəkili Xnun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (R.M.Həsənov, iş 2(003)-2083/2018) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6635 ABŞ dolları əsas borc, 1885,81 ABŞ dolları faiz borcu, 102,47 ABŞ dolları dəbbə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 8623,28 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov, iş2 (103)-9416/2018) Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 2(003)-2083/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissəd ə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddanın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı ASCnin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6635 ABŞ dolları əsas borc, 1885,81 ABŞ dolları faiz borcu, 102,47 ABŞ dolları cərimə borcu, cəmi 8623,28 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili X kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC-nin İnşaatçılar filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli, 116.LN.2102.190615.00002 saylı kredit müqaviləsinə əsasən sonuncuya təmir-tikinti işlərinə istifadə etmək üçün 24 ay müddətinə illik istifadə haqqı 28 % hesabı ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin İnşaatçılar filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli, 116.LN.2102.190615.00002 saylı kredit müqaviləsinin 5.1-ci bəndindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonra, yəni 19.07.2015-ci il tarixdən başlayaraq hər ay banka 439,11 ABŞ dolları (sonuncu ay 439,08 ABŞ dolları), ümumilikdə 10538.61 ABŞ dolları ödəmək lə qaytarmalı idi. İş materiallarında olan 19 iyun 2015-ci il tarixli 116.LN.2102.190615.00002 saylı kredit müqaviləsinə 1 saylı əlavə razılıqdan görünür ki, kredit müqaviləsinə uyğun ayrılmış kredit xətti kreditor borcalana 586,59 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 290,8 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla ümumi kredit məbləği 6685 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş 06 iyun 2017-ci il tarixli, 483 saylı maliyyə arayışından görünür ki, müqavilə müddətinin bitməsinə baxmayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 06 iyun 2017-ci il tarixədək banka olan əsas borcunun miqdarı 6635 ABŞ dolları, faiz borcunun miqdarı 1885,81 ABŞ dolları, d əbbə borcunun miqdarı isə 102,47 ABŞ dolları təşkil etmişdir. İş materiallarından məlum olur ki, borcalanın müqavilə üzrə öhdəliklərinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 19 iyun 2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2018-ci il tarixli, 29749 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 19 iyun 2015ci il tarixli, 116.LN.2102.190615.00002 saylı kredit müqaviləsi üzrə 06 iyun 2016-cı il tarixə banka 6635 ABŞ dolları əsas borcu, 1885.81 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8520.81 ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən hər hansı bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üz rə öhdəliyini icra edərək kredit məbləğini Cavabdeh1 versə də, cavabdeh kredit üzrə öhdəliyini tam icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən cavabdehin kredit öhdəliyi üzrə cəmi 3843,39 ABŞ dolları ödədiyini, həmin məbləğin 1365 manatının əsas borca, 2478,39 ABŞ dollarının faiz borcuna silindiyini müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit öhdəliyi üzrə həyata keçirdiyi ödənişlərin bu məbləğdən artıq olması barədə məhkəməyə sübut təqdim etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətna mənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 27 sentyabr 2018-ci il tarixli, 2 (103)-9416/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-1070/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1070/2019
20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver