Məhkəmə qərarları › İş №2(102)-1070/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1070/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1070/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6690/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2014-cü il tarixli, 141/14/460/14 nömrəli kredit müqaviləsinə əsasən, borcverən QSC "xxxx" KB ünvan 1 ünvanında yerləşən mənzilin alınması məqsədilə 120 (yüz iyirmi) ay müddətinə illik 12,5 faiz ödəmək şərtilə borcalan Cavabdeh 63.000 manat məbləğində kredit vermiş, borcalan Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi və həmin kreditə görə hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür.

2. Bir tərəfdən Kreditor-ipoteka saxlayan QSC "xxxx" KB, ikinci tərəfdən alıcı-ipoteka qoyan Cavabdeh və üçüncü tərəfdə satıcı X1 arasında bağlanmış 29 aprel 2014-cü il tarixli, 141/14/460/14 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, Mehdi Fətullayev özünə məxsus 1 otaqlı ümumi sahəsi 62,03 kv.m, o cümlədən yaşayış sahəsi 22,0 kv.m, ünvan 3 ünvanında yerləşən 160 nömrəli mənzili alıcı-ipoteka qoyan Cavabdeh mülkiyyətinə verməyi, alıcı-ipoteka qoyan isə satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla, borcalanla və kreditor-ipoteka saxlayan arasında bağlanmış 29 aprel 2014-cü il tarixli, 141/14/460/14№-li kredit müqaviləsi üzrə yaranmış borcalanın öhdəliklərinin və öz öhdəliyinin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə mənzilin satış qiyməti 90.000 manatın, 27.000 manatının alıcı-ipoteka qoyanın özü tərəfindən, 63 manatının isə Kreditor-ipoteka saxlayan tərəfindən 29 aprel 2014-cü il tarixli, 141/14/460/14 nömrəli kredit müqaviləsinə əsasən Alıcı-ipotekaqoyan və Borc alana verilmiş kredit hesabına ödənilir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0387156№-li Çıxarışa əsasən, Cavabdeh məxsus ünvan 1 QSC "xxxx" KB-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1732 nömrəli reyestr kitabının 159169 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cava bdeh ünvanlanan 17 dekabr 2021-ci il tarixli bildirişə əsasən, Cavabdeh borcunu ödəməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

5. LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən 08 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2022-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 34.933,95 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 3.285,60 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 38.219,55 manat təşkil etmişdir.

6. LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanan 09 sentyabr 2022-ci il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişə əsasən, Cavabdeh borcunun olmas ı, eyni zamanda ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir.

7. LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

8. İddiaçı ləğ v prosesində olan "xxxx" X2 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra cavabdeh) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 29 aprel 2014-cü il tarixli, 141/14/460/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 34.933,95 manat məbləğində əsas borc, 3.285,60 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 38.219,55 manat pulun, 204,66 manat dövlət rüsümunun və 45 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 249,66 manat pulun Bankın xeyrinə tutulmasına, tutmanın cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra boşaldılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait bor cun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edilmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, borclu şəxs üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə Banka ümumilikdə 38.219,55 manat məbləğində borcu yaranmışdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizaları keçirilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/259 nömrəli rəyinə əsasən, kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği dəqiqləşdirilmiş və maliyyə arayışının verildiyi xx.xx.2022-ci il t arixə əsas borcun 34.969,83 manat, faiz borcunun isə 3.261,95 manat olduğu müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/208 nömrəli rəyinə əsasən, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyərinin təqribən 116.000 manat məbləğində olduğu müəyyən edilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-451/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilərək 29 aprel 2014-cü il tarixli, 141/14/460/14 nömrəli kredit müqaviləsi üzrə 34.933,95 manat məbləğində əsas borc, 3.285,60 manat məbləğində faiz borcu, ümumilikdə isə 38.219,55 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 204,66 man at və ipotekanın qeydə alınması üçün ödənilmiş 45 manat pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması, tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən 160 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçının iddia tələbi əsas və faiz borcuna münasibətdə haqlı olduğundan həmin hissədə təmin edilməli, tələb ipoteka predmeti olan mənzilə yönəldilməli, ipoteka predmeti olan mənzil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait iddiaçıya ödənilməli və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehə qaytarılmalıdır.

14. Məhkəmə iddia tələbinin “mənzilin satıldıqdan sonra boşaldılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər bu barədə iddiaçıya notariat qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, iddiaçının həmin tələbi təmin edilə bilməz. Belə ki, Qanunun tələblərindən göründüyü kimi mülkiyyətlə bağlı yeni mülkiyyətçinin tələb etmə hüququ (mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və sair) mənzil satıldıqda əmələ gəlir. Nə qədər ki, mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. O dur ki, iddiaçının həmin tələbi rədd edilməlidir.

15. Bundan başqa, məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması hissəsi üzrə qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsini məhkəmə müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nət icələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385, 425, 427, 439, 442, 443.1, 445, 448.1, 448.2, 462 və 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 34, 39.3.3, 41.1 və 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tə min edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən bununla bağlı qiymətləndirmə hesabatına, kredit borcunun məbləğini müəyyən edərkən isə ekspert rəyinə istinad etmişdir. Lakin hər iki sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli deyil. İlk növbədə ekspert rəyi təhlil edildikdə görünür ki, əsas borca görə ekspert rəyində hesablanmış məbləğ iddia ərizəsində tələb edilən məbləğdən artıqdır. Halbuki kredit üzrə ödənişlər nəzərə alındıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmə də həmin rəyə istinad edib yekun nətic əyə gəlmişdir. Həmçinin, qiymətləndirmə rəyi ilə ipoteka predmetinin müəyyən olunmuş qiyməti real vəziyyəti əks etdirmir. Çünki əmlakın dəyəri hesabatda qeyd olunandan artıqdır. Bu halın təsdiq edilməsi üçün məhkəməyə vəsatətlə müraciət olunsa da, həmin vəsatət təmin edilməmişdir. Məhkəmə bununla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-6690/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi 3.285,60 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 3.261,95 manat müəyy ən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində mənzilin dəyərinin daha yüksək olduğunu göstərsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bunu, eləcə də ipoteka predmeti olan mənzilin bir otaqlı olmaqla yaşayış sahəsinin 22 kvadrat metr, ümumi sahəsinin isə 62,03 kvadrat metr olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış (likvid) qiyməti ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin bununla bağlı dəlillərini əsassız saymışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyində əsas borcun məbləğinin i ddia ərizəsində tələb olunan məbləğdən yüksək göstərildiyini nəzərə alaraq əsas və faiz borcunun məbləğini iddia ərizəsinə əsasən müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 218.3-cü maddəsini rəhbər tutub əsas borcun məbləğini iddia ərizəsinə uyğun müəyyən etməkdə haqlı olmuşdur. Lakin faiz borcunun məbləğini də iddia ərizəsinə uyğun müəyyən edərkən məhkəmə səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnamə çıxararkən ekspert rəyində faiz borcunun məbləğinin iddia ərizəsində göstərilən məbləğdən aşağı müəyyən edildiyini nəzərə almamışdır. Halbuki, məhkəmə bu halı nəzərə almaqla faiz borcunu məhz ekspert rəyindəki məbləğ əsas götürülməklə müəyyən etməli idi.

22. Məhkəmə kollegiyası faiz borcuna münasibətdə birinci instansiya məhkəməsinin gəldiy i nəticəni işin hallarına uyğun saymadığından belə qənaətə gəlmişdir ki, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği 3.261,95 manat müəyyən edilməlidir. Nəticədə, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən əsas borca görə 34.933,95 manat, faiz borcuna görə 3.261,95 manat olmaqla, cəmi 38.195,9 manat pul tutulmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1 və 739.1-ci, “İpoyeka Haqqında” Qanunun 34, 59.3 və 59.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.3, 392 və 393-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətna mədən cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qiymətləndirmə rəyi ilə ipoteka predmetinin müəyyən olunmuş qiyməti real vəziyyəti əks etdirmir. Çünki əmlakın dəyəri hesabatda qeyd olunandan artıqdır. Bu halın təsdiq edilməsi üçün məhkəməyə vəsatətlə müraciət olunsa da, həmin vəsatət təmin edilməmişdir. Məhkəmə bununla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunan hissəsində qanunsuz və əsassız dır. Belə ki, birinci insitansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə hesabatına və kredit borcunun müəyyən edilməsi ilə bağlı isə ekspert rəyinə istinad etmiş, apellyasiya instansiya məhkəməsi də həmin mövqe ilə razılaşmışdır. Lakin hər iki sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli deyil. İlk növbədə ekspert rəyini təhlil e0tsək görərik ki, əsas borca görə ekspert rəyində hesablanmış məbləğ iddia ərizəsində təlb edilən məbləğdən artıqdır. Halbuki kredit üzrə ödənilşləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmədə həmin rəyə istinad edib yekun nəticəyə gəlmişdir. Tətbi q edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

27. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

28. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

32. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

33. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərl i deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna ol maqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qa yda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməl idir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında ” Azərbaycan Respublikasının Qanunu.

41. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

42. Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir.

43. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

44. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

45. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

46. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etm əlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

47. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatda n ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətini qətnamənin nəticə hissəsində göstərilməməsi hissəsində yanlışlığa yol vermişdir.

62. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin 3.285,60 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və həmin məbləğin 3.261,95 manat müəyyən edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı cav abdehin kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın 2122-ci paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.

64. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

65. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin rədd olunması hissəsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.

66. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini 3.285,60 manat faiz borcunun tutulması hissəsində dəyişdirərək, həmin məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq 3.261,95 manat müəyyən edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, qətnaməni mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış (likvid ) qiymətini qətnamədə göstərməməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini düzgün yoxlamamışdır.

67. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

68. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

69. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). 70. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (maddə 34.1.1); ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (maddə 34.1.3) bu Qanunda nəzərdə tutulmuş digər hallarda (maddə 34.1.4) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.

71. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməl idir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

72. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış (likvid) qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış (likvid) qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir.

73. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməqiymətləndirmə ekspertizaları keçirilərək müvafiq rəy alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/208 nömrəli rəyinə əsasən, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyərinin təqribən 116.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin likdid dəyəri müəyyən edilsə də, məhkəmələr tərəfindən həmin qiymət gəlmiş olduqları nəticədə göstərilməmişdir.

74. Qeyd olunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin kassasiya ş ikayəti apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv оlunmasına dair hissədə qismən təmin edilə bilər.

75. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən ipoteka predmeti olan mənzilin likvid qiymətinin göstərilməməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 160 saylı mənzilin likvid qiyməti 116.000 (bir yüz on altı min) manat məbləğində müəyyən edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6690/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi, ipoteka predmeti olan mənzilin likvid qiymətinin göstərilməməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 160 saylı mənzilin likvid qiyməti 116.000 (bir yüz on altı min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar