Məhkəmə qərarları › İş №2(102)-1070/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1070/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1070/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı iş üzrə QƏRARİ Açar sözləri: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)504/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından ona borclu olduğu cəmi 10.000 manat borc məbləğinin və 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı1 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdehdən 6.000 manat pulun və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

3. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 nömrəli qətnaməsi ilə idd ianın qismən təmin edilməsi, Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 6000 manat pulun və 80 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 220 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

4. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı аpelyаsiyа şikаyəti vermişdir.

5. Şəki Apelyasiya Məhkəməsinin (hakimlər - Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) 2 may 2024-cü il tarixli, 2(107)-504/2024 nömrəli qətnaməsi ilə cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(039)-761/2023 saylı qətnaməsinin cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 6. 15 oktyabr 2024-cü ildə cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə göndərmiş və ərizəyə həmin qətnamədən kassasiya şikayəti əlavə etmişdir.

7. Şəki Apelyasiya Məhkəməsinin (hakimlər - Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Zamin Tahirov və Elçin Mehdiyev) 5 noyabr 2024-cü il tarixli, 2(107)-504/2024 nömrəli qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(107)504/2024 nömrəli qətnaməsindən cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. 8. 29 noyabr 2024-cü ildə cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə göndərmiş və ərizəyə həmin qərardaddan kassasiya şikayəti əlavə etmişdir.

9. Şəki Apelyasiya Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli, 2(107)-504/2024 nömrəli qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli, 2(107)-504/2024 nömrəli qərardadından cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. 10. 26 dekabr 2024-cü ildə cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə vermiş və ərizəyə həmin qərardaddan kassasiya şikayəti əlavə etmişdir.

11. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-504/2024 saylı, 5 fevral 2025-ci il tarixli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Zamin Tahirov və Elçin Mehdiyev) Şəki Apelyasiya Məhkəməsinin 2(107)-504/2024 saylı 2 dekabr 2024-cü il tarixli qərardadından cava bdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli, 2(107)-504/2024 nömrəli qərardadından cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

12. Apelyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən qərardad cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə, cavabdehə 3 dekabr 2024-cü ildə çatdırılmışdır. Həmçinin, həmin qərardad eyni tarixdə vəkil N ümayəndə da elektron kabinetinə yerləşdirilmişdir. Onun sözügedən qərardaddan kassasiya şikayəti vermə müddəti 13 dekabr 2024-cü ildə başa çatmışdır. Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti 13 gün ötürülmüşdür.

13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2 dekabr 2024-cü il tarixli, 2(107)-504/2024 nömrəli qərardaddan kassasiya şikayəti verilmə müddəti cavabdehin öz təqsiri ucbatından ötürülmüşdür və hazırkı ərizədə göstərilənlər Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola bilməz.

14. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 133.3, 133.4, 133.5, 400, 402.2.3, 408.1.4-cü maddələrinə, Könül Namidar qızı Qəribovаnın şikаyəti i lə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrına, "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri A)Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkil- Nümayəndə) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını, kassasiya şikayətinin qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini almamışdır. Qətnamənin qanuni qüvvəyə minməsindən yalnız cavabdehin əməkhaqqına sentyabr ayında yönəltmə olunduqdan sonra Yevlax icra şöbəsinə gedərək icra işi ilə tanış olmasından sonra məlumatı olmuş, bundan sonra 2024-cü il oktyabrın əvvəlində cavabdeh qeyri rəsmi şəkildə Şəki Apelyasiya məhkəməsinin qətnaməsini əldə edə bilmişdir. Məhkəmə müddətin bərpasına dair ərizədə qeyd edilənləri diqqətə almamış və qərardadında cavabdehə qarşı irəli sürülən mülahizələrinin sübutunu da əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçm iş olur.

19. Maddə 133.1. Məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir.

20. Maddə 133.3. Müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır).

21. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.

22. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrı

23. Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аkt ı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarı

24. MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara Apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyət lə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırda Apelyasiya ins tansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermiş, Apelyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.

28. Kassasiya şikayətinin dəlilləri Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

29. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir.

30. Həmin normanın tələ binə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə, şikayət geri qaytarılır.

31. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2025-ci il tarixli 2(107)504/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar