Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1071/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması, borcun qaytarılmasını sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2(103)-6809/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor İddiaçı ilə borcalan Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, Bakı şəhəri 54 saylı notariat ofisində təsdiq edilmiş 3M472 reyestr nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana 90.000 manat məbləğində pulu borc verməyi, borcalan isə krediti 5 aya, yəni xx.xx.2023-cü il tarixədək kreditora qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kreditor xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə borcalandan ödənilməmiş məbləğin 3 gün müddətində qaytarılmasını tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 78.000 manat məbləğində borc pulun və 324 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə onunla bağlanmış müqavilə əsasında aldığı borcdan müxtəlif vaxtlarda 12000 manat qaytarmış, lakin 78000 manatını qaytarmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, nəticəsi olmamışdır.
5. Cavabdeh və onun vəkili birinci instansiya məhkəməsində iddianın qismən – 10000 manat hissəsində təmin olunmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(006)2784/2023 saylı qətnaməsi ilə (hakim X1) iddia tələbi təmin edilərək, 78.000 manat məbləğində borcun və iş üzrə ödənilmiş 324 manat məbləğində dövlət rüsumunun cavabdehdən tut ularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda isə bu, iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 3M-472 reyestr nömrəli kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 90000 manat mə bləğində pul cavabdehə verilmiş, cavabdeh həmin borcdan 12000 manat məbləğini ödəmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.4, 442, 448.1, 465.2, 739.1, 740.1, 740.2-ci, MPM-in 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aralarındakı borc müqaviləsi xx.xx.2022-ci ildə Bakı şəhəri 54 saylı notariat kontorunda rəsmiləşdirilsə də, borc münasibətlər i göstərilən tarixdə yox, 2020-ci ildə tarixdə yaranmışdır. 2020-ci ilin əvvəllərində ona 100000 manat məbləğində pul verilmişdir. xx.xx.2022-ci ildə isə həmin müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən yazılı formada rəsmiləşdirilmişdir. İddiaçı ilə aralarında şifahi borc müqaviləsinin bağlandığı 2020-ci ildən müqavilənin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixədək borcdan müxtəlif vaxtlarda iddiaçının sürücüsü vasitəsi ilə ödənişlər edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi 12.000 manat məbləğindəki ödəniş yalnızca xx.xx.2022-ci il tarixdən bugünədək olan ödəniş məbləğini əks etdirir. Yəni bağlanmış borc müqaviləsinə əsasən ödəməli olduğu məbləğin böyük bir hissəsini hələ müqavilə bağlanan tarixədək ödəmişdir. Hazırda iddiaçıya ödəməli olduğu borcun məbləği 7 8.000 manat yox, 10.000 manatdır.
11. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi etibarsızdır. Çünki iddiaçı ilə borc müqaviləsi xx.xx.2022-ci il tarixdə deyil, 2020-ci ildə şifahi formada bağlanmışdır. Həmin tarixdə o, heç bir borc pul məbləği almamışdır. Yəni xx.xx.2022-ci il tarixli Bakı şəhəri 54 saylı notariat kontorunda bağlanmış müqavilə uydurma əqddir və hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Tərəfindən iddiaçıya aralarındakı borc müqaviləsi yazılı formada rəsmiləşdirilənədək, yəni xx.xx.2022-ci ilədək 68.000 manat məbləğində ödəniş edilmişdir. 10.000 manat ilkin olaraq aldığı borcdan, yəni ümumilikdə qalmış borc məbləğidir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023 -cü il tarixli, 2(103)6809/2023 saylı qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir.
14. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası va rdır. Borcun 12000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh hazırda iddiaçıya 10000 manat borcu qaldığını, sözügedən müqavilənin uydurma əqd olduğunu, əslində 2020-ci ildə əvvəllərində iddiaçının ona 100000 manat məbləğində borc verdiyini, tərəfindən xx.xx.2022-ci ilədək 68.000 manat məbləğində ödəniş edildiyini və 12.000 manat məbləğindəki ödənişin yalnızca xx.xx.2022-ci il tarixdən bugünədək olan ödəniş məbləğini əks etdirdiyini göstərmişdir. İddiaçı isə göstərilən dəlilləri qəbul etməyərək bildirmişdir ki, müqavilə bağlanan vaxtadək tərəflər arasında borc münasibətləri olmamışdır və 90000 manat məbləğində borc cavabdehə müqavilə bağlanan vaxt notariusda verilmişdir. C avabdeh göstərdiyi halları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir, yəni cavabdeh istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdehin qeyd etdiyi halları da özündə ziddiyyət təşkil edir, əgər göstərdiyi kimi 100000 manat borc almışdırsa və müqavilə bağlanan vaxtadək 68000 manat ödəmişdirsə, onda cavabdehin 32000 manat borcu qalmış olur və 32000 manat borc üçün 90000 manat məbləğdə borcun verilməsinə dair müqavilənin bağlanması inandırıcı hesab edilmir. Müqavilə bağlanan vaxtdan sonra isə 12000 manat ödəniş etdiyini bildirir, belə olan halda 20000 manat borcu qalmış olur. Cavabdeh isə 10000 manat borcunun qaldığını göstərmişdir.
16. Tərəflər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması nəticəsinə gəlmək üçün hər hansı əsas müəyyən edilməmişdir. a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdə n çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və y a eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
25. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, işin mahiyyəti üzrə h əll olunması üçün əhəmiyyətli halları bu qərarın 1-2, 7 və 15-ci paraqraflarında əksini tapmışdır.
37. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış, iddia tələbinin həllinə haqlı olaraq maddi hüquq norması kimi Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmişdir.
38. Cavabdehin etiraz dəlilləri iddiaçı ilə bağlanmış müqavilədə göstərilən məbləğin əslində müqavilə bağlanan vaxt deyil, 2020-ci ildə verilməsi, 8 sentyabr 2022-ci ildə müqavilə bağlanamda əslində pulu n ona verilməməsi əvvəlki münasibətlərin davamı olduğu və cəmi 10000 manat borcu qaldığı barədədir. Həmin dəlillər cavabdeh tərəfindən aşağı instansiya məhkəmələrində baxılarkən də irəli sürülmüşdü və bu dəlil məhkəmələr tərəfindən qəbul edilməyib.
39. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Notariat qaydada təsdiqlənmiş müqavilələrdə həm də notarius müqaviləni təsdiq etmədən əvvəl on un məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanmış əqdin aldatma nəticəsində və ya həmin müqavilədə göstərilən məqsədlə deyil, başqa məqsədlə bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
40. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilm əsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Hazırki işdə cavabdeh yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut təqdim etməmişdir.
41. Bundan başqa, iddiaçının borcu qaytardığı barədə dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
42. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
43. Cavabdeh borcun qaytarıldığını təsdiq edən bu cür sübutları təqdim etməmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2(103)6809/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.