Məhkəmə qərarları › İş №2(102)-1072/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1072/2019

20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1072/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1072/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, cavabeh Cavabdeh1 və vəkili X Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin24 yanvar 2018-ci il tarixli qətnaməsiilə (A.S.Məmmədov, iş2(004)-150/2018) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cav abdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan 12 avqust 2014-cü il tarixli, 120814/121276 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 27244 manat əsas borc, 10606 manat faiz borcu, 100 manat cərimə olmaqla cəmi 37950 manat borcun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 148a nömrəli evin 2-ci mərtəbəsində yerləşən, 30.1 kv.m ümumi sahəsi, 16.2 kv.m yaşayış sahəsi 13.9 kv.m yardımçı sahədən ibarət 1 otaqlı, 4 nömrəli mənzilə (bundan sonra – ipoteka predmeti) yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi, mənzilin satışından artıq qalan məbləğin mənzilin mülkiyyətçisinə qaytarılması, ipoteka predmeti olan mənzilin ən geci bir ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş 2(103)-5059/2018) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-150/2018 saylı iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi hissələrində dəyişdirilməsi, 12 avqust 2014cü il tarixli, 120814/121276 saylı əlavə kredit müqaviləsi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 66 59 (altı min altı yüz əlli doqquz) manat 82 (səksən iki) qəpik müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətnin 50000 (əlli min) manat müəyyən edilməsi, qətnamə iddianın Cavabdeh1 qarşı təmin olunmuş qalan hissələrində dəyişdirilmədən saxlanılması, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 75 (yetmiş beş) manatı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 75 (yetmiş beş) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabeh Cavabdeh1 və vəkili Cəbrayılov Mehman Humsi oğlu kassasiya şikayəti verib qətnamənin qismən ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabeh Cavabdeh1 və vəkili Cəbrayılov Mehman Humsi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallar ını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki halları nın nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bank ilə Cavabdeh1 arasında bağlanmış 12 avqust 2014-cü il tarixli, 120814/121276 saylı əsas kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə 35000 manat məbləğində kredit limiti müəyyən edilərək kredit məhsulları verilməsi razılaşdırılmışdır. Eyni tərəflər arasında bağlanmış 12 avqust 2014-cü il tarixli, 120814/121276 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 48 ay müddətinə, illik 23 faiz ödənilməsi şərtilə 35000 manat kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizlər i qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli və saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 19 dekabr 2017-ci il tarixli, Ç-978 saylı rəyə əsasən ipoteka predmetinin orta bazar dəyəri 50.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materialları əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi barədə düzgün qənaətə gəlsə də, faiz borcu tələbinin tam təmin olunması barədə əsaslı nəticəyə gəlməmişdir. İşdə olan 14450 saylı, 23.07.2018-ci il tarixli ekspertiza rəyinə əsasən 24.01.2017-ci il tarixə cavabdehin 27534,84 manat əsas, 6659,82 manat faiz borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində müqavilə şərtlərinə uyğun hesablanmış əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq olması həmin məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına əsas ola bilməz. Həmin hal iddia tələbindən kənara çıxma olardı. Belə olan halda, əsas borcun məbləği iddia ərizəsində tələb olunan həcmdə, faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş həcmdə - 6659,82 manat müəyyən edilməlidir. Rəy kifayət qədər əsaslandırılmışdır, onun məlumatlarını şübhə altına almaq üçün əsas lar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 19 dekabr 2017-ci il tarixli, Ç-978 saylı rəydə qeyd olunmuşdur ki, ipoteka predmetinin hazırkı dövrə real bazar qiyməti 50000 manat təşk il edir. Apellyasiya instansiyası məhkəməsi müstəqil qiymətləndiricinin rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 04 sentyabr 2018-ci il tarixli, 2(103)-5059/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar