Məhkəmə qərarları › İş №2(102)-1072/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1072/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1072/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi və müqavilənin qismən etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi, həmin ərizəyə əlavə və dəqiqləşdirmə barədə ərizələr ilə məhkəməyə müraciət edərək, sonda məhkəmədən cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15R******* saylı kredit razılaşması üzrə 18616.29 ABŞ dolları əsas borc, 6275.27 ABŞ dolları faiz borcu və 16412.53 ABŞ dolları cərimə olmaqla, cəmi 38804.09 ABŞ dolları; 15K***** saylı kredit razılaşması üzrə 16805.11 ABŞ dolları əsas borc, 3717.23 ABŞ dolları faiz borcu və 9085.43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 2960 7.77 ABŞ dolları; 15R****** saylı kredit razılaşması üzrə 890.52 əsas borc, 1391.67 ABŞ dolları faiz borcu və 7195.25 ABŞ dolları cərimə olmaqla, cəmi 9477.44 ABŞ dolları, ümumilikdə 77889.30 ABŞ dolları kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1555 ha torpaq sahəsində yerləşən 401.4 kv.m ümumi sahədən ibarət (Liter A-da 2 mərtəbəli, tikintialtı sahəsi 124.4 kv.m ümumi sahəsi 191.9 kv.m olan qeyri-yaşayış binası-İdarə binası (İnzibati), Liter B-də 1 mərtəbəli, tikintialtı sahəsi 32.1 kv.m, ümumi sahəsi 23.7 kv.m olan qeyri-yaşayış binası-Dispetçer binası (Xidməti), Liter C-də 1 mərtəbəli, tikintialtı sahəsi 193.6 kv.m, ümumi sahəsi 185.8 kv.m olan qeyri-yaşayış binası-Təmir emalatxanası (Digər) əmlak kompleksi kimi müəssisəsinə, ünvan2 ünvanında xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerləşən 87.9 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyri-yaşayış binasına, **--*** dövlət qeydiyyat nişanlı, “HOWO Z*******47A” yük markalı nəqliyyat vasitəsinə, **--*** dövlət qeydiyyat nişanlı, “HOWO Z*******47A” yük markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin qeyri-yaşayış binalarının və nəqliyyat vasitələrinin açıq hərracdan satılması və cəmi 77889.30 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1555 ha torpaq sahəsində yerləşən 401.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlaka istifadə hüququnun itirilməsi, həmin qeyri-yaşayış binası və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerləşən 87.9 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaka istifadə hüququnun itirilməsi, həmin qeyri-yaşayış binası və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, **--*** dövlət qeydiyyat nişanlı, “HOWO Z*******47A” yük markalı nəqliyyat vasitəsinin və **--*** dövlət qeydiyyat nişanlı, “HOWO Z*******47A” yük markalı nəqliyyat vasitəsinin alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2017-ci il tarixli 2(051)****/2017 nömrəli qərardadı ilə (hakim Rasim Kazımov) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Mə hkəmə-mühasibatlıq ekspertizasının ****** №li xx.xx.2018-ci il tarixli rəyi ilə Cavabdeh1 xx.xx.2013-cü il tarxili 15K******* №li kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə İddiaçı QSC-ə olan əsas borc 16552.98 ABŞ dolları, faiz borcu 5629.39 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 15K************ №li müqavilə üzrə olan borcu əsas borc 7903,67 ABŞ dolları, faiz borc 1926,85 ABŞ dolları, xx.xx.2014-cü il tarizli 15K********** №li kredit müqaviləsi üzrə əsas borc 18686,98 ABŞ dolları, faiz borc 5569,61 ABŞ dolları müəyyən edilir. Birinci instansiya məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(051)-****/2018 nömrəli qərardadı ilə (hakim Usaməddin Osmanov) iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin ə tapşırılmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının ****** №li xx.xx.2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı QSC-ə xx.xx.2013-cü il tarixli 15K******* №li kredit müqaviləsi üzrə olan borcu əsas borc 16552,88 ABŞ dolları, faiz borcu 5629,39 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 15K****** №li kredit müqaviləsi üzrə borcu əsas borc 7903,67 ABŞ dolları, faiz borc 1926,85 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 15K***** №li kredit müqaviləsi üzrə əsas borc 18686,98 ABŞ dolları, faiz borc 5569.61 ABŞ dolları müəyyən edilir. Birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(051)-****/2019 nömrəli qərardadı ilə (hakim Usaməddin Osmanov) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Eksp ertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17281 №li xx.xx.2019-cu il tarixli rəyinə əsasən, «HOWO ZZ****** №**** yük markalı 2013-cü il buraxılışlı, mühərrik gücü 9726 sm²olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yaralı yük avtomobilin hazırki nəzəri orta bazar qiyməti 53.000 manat, «HOWO ZZ***** №**** “A” yük markalı 2012-ci il buraxılışlı mühərrik gücü 9726 sm²olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yaralı yük avtomobilin hazırki nəzəri orta bazar qiyməti 53.000 manatdır. Birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(051)-***/2019 nömrəli qərardadı ilə (hakim Usaməddin Osmanov) iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə tapşırılmışdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, ünvan3 ünvanda xüsusi mülkiyyətdə olan 0.1555 ha torpaq sahəsində inşa edilmiş 401.4 kvm ümumi sahədən ibarət əmlak kompleksi kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının bazar dəyəri 100000 (bir yüz min) manat təşkil edir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, ünvan4 ünvanda xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerləşən, 87.69 kvm ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin bazar dəyəri 75000 manat təşkil edir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, “Howo Z*******47A” yük markalı özüboşaldan modelli, 2012-ci il buraxılışlı xx-xx-xx dövlət qeydiyyat nişanlı yük avtomobilin bazar qiyməti 38.000 manat təşkil edir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, “Howo Z*******47A” yük markalı özüboşaldan modelli, 2013-cü il buraxılışlı **--*** dövlət qeydiyyat nişanlı yük avtomobilin bazar qiyməti 43.000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-11/2020 nömrəli qətnaməsi ilə (hakim – Məhburə Kərimova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15R************ saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 890.52 ABŞ dolları əsas borc, 1391.67 ABŞ dolları faiz borc və 700 ABŞ dolları cərimə olmaqla, cəmi 2982.19 ABŞ dolları borc, 15K********** saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 16805.11 ABŞ dolları əsas borc, 3717.23 ABŞ dolları faiz borcu və 900 ABŞ dolları cərimə olmaqla, cəmi 21422.23 ABŞ dolları borc, 15R******* saylı xx.xx.2013-cü i l tarixli kredit razılaşması üzrə 15416.29 ABŞ dolları əsas borc, 6275.27 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları olmaqla, cəmi 23191.27 ABŞ dolları borcu, ümumilikdə 47595.69 ABŞ dolları kredit borcunun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manatın, xidmət haqqı olaraq ödənilmiş 42 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə verilməsi, pulun tutulmasının Cavabdeh2 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 100000 manat dəyərində qiymətləndirilmiş *************** ünvanda 0.1555 ha torpaq sahəsində yerləşən 401.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh1 məxsus ipoteka predmeti olan, ilkin satış qiyməti 47064 ma nat dəyərində qiymətləndirilmiş ünvan5 ünvanda 1-ci mərtəbədə yerləşən 87.9 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus ipoteka predmeti olan, ilkin satış qiyməti 43,000 manat dəyərində qiymətləndirilmiş xx–xx-xxx dövlət qeydiyyat nişanlı “Howo Z*******47A” yük markalı nəqliyyat vasitəsinə, ipoteka predmeti olan, ilkin satış qiyməti 38.000 manat dəyərində qiymətləndirilmiş **--*** dövlət qeydiyyat nişanlı “Howo Z*******” yük markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən cəmi 47595.69 ABŞ dolları kredit borcunun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 20 manat, xidmət haqqı olaraq ödənilmiş 42 manat məbləğində dövlət rüsumlarının tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra qalan pulun cavabdehə qaytarılması, ipoteka predmetləri olan ************** ünvanında 0.1555 ha torpaq sahəsində yerləşən 401.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi, torpaq sahəsi, ünvan 5 ünvanda 1-ci mərtəbədə yerləşən 87.9 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyri-yaşayış binasına tutma yönəldikdən, əmlaklar satılqıdan 1 ay sonra, həmin qeyri-yaşayış obyektlərinin boşaldılması və alıcıya təhvil verilməsi, **--*** dövlət qeydiyyat nişanlı “Howo 3*******47A” yük markalı və **--*** dövlət qeydiyyat nişanlı “Howo Z*******47A” yük markalı nəqliyyat vasitələrinə tutma yönəldikdən və satıldıqdan sonra alıcıya təhvil verilməsi, iş üzrə ekspertiza xərcləri olan 145 manat, 120 manat və 50 manat, cəmi 315 manatın cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Bu səbəbdən əsasə və faiz borcları ekspert rəylərinə uyğun müəyyən edilməlidir. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 15R****** saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 7195.25 ABŞ dolları, 15K***** saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 9085.43 ABŞ dolları, 15R******* saylı xx.xx.2013-cü il tarixli kredit raz ılaşması üzrə 16412 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab etmişdir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın borcundan əvvəllər ödəməsini, maddi imkanını nəzərə almış, ona görə iddianın cərimənin alınması hissəsində 15R****** saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 700 ABŞ dolları, 15K***** saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 900 ABŞ dolları, 15R******* saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 1500 ABŞ dolları məbləğində təmin olunmasını məqsədə müvafiq hesab etmişdir. Ümumilikdə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, ekspert rəylərinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 390.1, 427.3, 439.2, 442, 462.1, 363.2, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 4, 34.1.1, 34.1.2, 36.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-**** /2020 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər bankla bağladığı kredit müqaviləsinin və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh (apelyator) faiz və cərimə borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki, Cavabdeh1 özü şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və iddia tələbini qismən qəbul etməklə bank tərəfindən ona kredit verildiyini, əvvəllər vaxtı-vaxtında ödənişlər etdiyini etiraf etmiş, lakin sonradan maddi imkanın pisləşməsi səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini, bu səbəbdən də hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh1 apelyasiya məhkəməsində də eyni mövqedən çıxış etmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xaric i valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bununla b ağlı ekspert rəyi alınmışdır. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Beşincisi, cavabdeh məhkəmə iclasında ipoteka predmetlərinin dəyərinə, onların açıq hərracda satışına etiraz etməməklə, yalnız hazırki vəziyyətdə borcunu birdəfəyə deyil, hissə-hissə ödənişlər etmək niyyətində olduğunu bildirmiş, məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehin bu dəlili hazırki mübahisənin predmeti olmamaqla, gələcəkdə icra mərhələsində həll edilməli olan bir məsələdir Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsin in qismən, qanunsuz hesablanmış faiz və cərimə borcu hissəsində ləğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmadığından, işin hallarına düzgün hüquqi qiymət vermədiyindən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş bu qətnamə əsas borca hesablanmış faizlər və cərimələr hissəsində qanunsuzdır. Məhkəmə cəriməni azaldarkən cavabdehlərin əmlak vəziyyətini, onların krediti 2015-ci ildə ölkədə infılyasiyadan öncə götürmələrini (həmin vaxt 1 ABŞ dollarının 0.78 manat, 2015-ci ilin 21 dekabırından 1 ABŞ dollarının 1.70 manat olmasını), kreditin əsas hissəsinin və faizlərin ödənilməsi kimi, əsas mənafeləri nəzərə almamışdır. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr a edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəli klərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə faiz və cərimə borcu hissələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı yalnız həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassas iya şikayətinin faiz və cərimə borcu ilə əlaqədar dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayətinin qeyd edilən hissələr üzrə dəlilləri formal mülahizələrdən ibarətdir. Belə ki, faiz borcu məhkəmə-mühasibatlıq ekspertizasının təyini nəticəsində əldə edilmiş ekspert rəyinə uyğun müəyyən edilmiş, cavabdeh isə faiz borcunun düzgün hesablanmaması barədə hər hansı sübuta istinad edə bilməmişdir. Cərimə borcuna gəldikdə isə qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə cərimə borcunu ağlabatan həddə azaltmaq səlahiyyətinə malikdir. Cavabdeh isə cərimə borcunun ağlabatan həddən yüksək olmasın barədə də hər hansı sübuta istinad edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri a pelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar