Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1072/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh 2na vəCavabdeh2 qarşı kredit borcun ödənilməsi və ipoteka prdmetinə tutmanın yönəldilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5238/2021 nömrəli iş üzrə 29.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh 2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2 022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 11 Noyabr 2015-ci il tarixli 100850-138103/2 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə cavabdeh Cavabdeh 2 arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 17 faiz hesablanmaqla 136000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 avqust 2016-cı il tarixli 100850-138103/2 nömrəli kredit müqaviləsindən görünür ki "xxxx" ASC ilə cavabdeh Cavabdeh 2 arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 169000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında 11.11.2015-ci il tarixli 100850-138103/3 nömrəli və 19 avqust 106-cı il tarixli, 100850-138103/3 nömrəli sonrakı ipoteka müqavilələri imzalanmış və həmin ipoteka müqavilələrinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh 2na və Cavabdeh2 qarşı “kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2ndan 11 noya br 2015-ci il tarixli, **********3/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc-0, əsas borca hesablanmış faiz borcu 20724,56 ABŞ dolları olmaqla, cəmi 20724,56 ABŞ dolları məbləğində borcun, 19 avqust 2016-cı il tarixli 100850-138103/3 nömrəli kredit müqaviləsi üzrə əsas borc-146134,85 manat, əsas borca hesablanmış faiz borcu-19726,82 manat olmaqla, cəmi 165861,67 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bankqarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosse si, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra bir ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-273/2018 saylı 04.06.2018-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddia təmin edilmiş, Cavabdeh 2ndan 11 noyabr 2015-ci il tarixli 100850-381 03/2 nömrəli kredit müqaviləsi üzrə 20724,56 ABŞ dolları faiz borcunun, (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 100850-138103/3 saylı 19 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 146134,85 manat əsas, 9184,67 manat faiz borcu olmaqla cəmi 155 319,52 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümum i sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, qeyri- yaşayış binasının ilkin satış qiymətinin 272.000 manat məbləğində müəyyən edilməsi, qeyri-yaşayış binasının satışından əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan bir ay sonra boşaldılması qət olunmuşdur. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh Cavabdeh 2 bank qarşısında borcun ödənilməsi ilə bağlı öhdəliyini vaxtında icra etməmişdir. Odurki, iddiaçının göstərilən məbləğdə borc tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan, 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satıldıqdan 1 ay müddətində qeyri yaşayış binasının boşaldılması barədətələbləri də əsaslı hesab edir. ƏEM/m-25/266/18 saylı 19 mart 2018-ci il tarixli Əmlak Ekspert Mərkəzinin rəyindən görünür ki, qeyri yaşayış sahəsinin yerləşdiyi ərazi, tikilinin konstruksiyası, təmirliyi, işləkliyi, aşınması və.s xüsusiyyətlər nəzərə alınmaqla Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 247,30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 19 mart 2018-ci il tarixinə olan bazar dəyəri 272.000 (iki yüz yetmiş iki min ) manat təşkil edir. Məhkəmə öz mövqeyini ə saslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1,317.1, 319.1, 385, 421.2, 423.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 739-cu, “İpoteka haqqında ”Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. X4 Müzəffər oğlu apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, fiaz borcunun düzgün hesablanmadığının nəzərə alınmadığı və ipoteka predmetinin satış qiymətinin düzgün müəyyən edilməməsi arqumentləri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12373/2018 saylı, 28 noyabr 2018ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası t əyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 32554 saylı 12 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları, 11.11.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq müəyyən olunmuşdur ki, Cavabdeh 2nun 30 iyun 2017-ci il tarixə "xxxx" ASC-yə olan borcu ümumilikdə 15.934,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: 30.06.2017-ci il tarixə əsas borc üzrə 0,00 ABŞ dolları, faiz borcu üzrə 15.934,83 ABŞ dolları, 100850-138103/3 saylı 19 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə isə borcu ümumilikdə 155.307,94 manat məbləğində müəyyən edilmişdir, o cümlədən: 30.06.2017-ci il tarixə əsas borc üzrə 145. 351,37 manat, faiz borcu üzrə 9.956,57 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1176/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 29752 saylı 14 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh 2nun 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 25 aprel 2018-ci il tarixə "xxxx" ASC-yə olan borcu ümumilikdə 15.934,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: 25.04.2018-ci il tarixə əsas borc üzrə 0,00 ABŞ dolları, faiz borcu üzrə 15.934,83 ABŞ dolları, 100850-138103/3 saylı 19 avqust 2016-cı il tarix li kredit müqaviləsi üzrə isə borcu ümumilikdə 176.747,27 manat məbləğində müəyyən edilmişdir, o cümlədən: 25.04.2018-ci il tarixə əsas borc üzrə 145.351,37 manat, faiz borcu üzrə 31.395,90 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-115/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş G-08/20-171 saylı 04.08.2020-ci il tarixli rəyə əsasən müəyyən olunmuşdur ki, Bakışəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının mövcud bazar qiyməti 280000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Ülvi Mayılov) 2(103)-115/2020 saylı, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-273/2018 saylı 04 iyun 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən- iddianın cavabdeh Mübariz Hacıyevə qarşı təmin olunmuş faiz borcunun tutulması və ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi“ hissələrində dəyişdirilməsi, 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh 2ndan tutulmalı olan faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti isə 280000 manat dəyərində müəyyən edilməsi, qətnamənin 19.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində dəyişdirilmə dən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun 50 manatının iddiaçı Exspressbank” Açıq Səhmdar Cəmiyyətindən, 100 manatının isə cavabdeh Mübariz Hacıyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 500 manat pulun 200 manatının iddiaçı Exspressbank” Açıq Səhmdar Cəmiyyətindən, 300 manatının isə cavabdeh Cavabdeh 2ndan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyi nəzərə alınaraq 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 20724, 56 ABŞ dolları məbləğində faizin tutulması hissəsində dəyişdirilərək, həmin müqavilə üzrə faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə 19.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində isə ekspert rəyində faiz məbləği qətnamədə olan faiz məbləğindən yüksək göstərildiyindən və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyi üçün dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarını, iş materiallarında olan rəylərin məlumatlarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 11.11.2015-ci il tarixli kreditmüqaviləsi üzrə cavabdehdən 20724,56 ABŞ dolları məbləğində faizin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 11.11.2015-ci il tarixlimüqavilə üzrə faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən 280000 manat dəyərində müəyyən edilməli, qətnamə 19.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manatfaizin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh Cavabdeh 2 (vəkili Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər M.Əhmədova, Ə.Əliyev və İ.Xəlilov) 2(102)-1940/21 saylı 16.03.2021-ci il tarixli qərarı ilə cavabdeh Cavabdeh 2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05.08.2020-ci il tarixli, 2(103)-115/2020saylı qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab etmişdir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən b axılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinin dəlillləri üzrə, yəni ilk öncə faiz borcunun mübahisələndirilməsinə dair dəlili üzrə qeyd edilmişdir ki, kassasiya şikayətinin qeyd edilən hissə üzrə dəlili əsassızdır. Belə ki, kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq və əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və əldə edilmiş ekspert rəyinə uyğun olaraq cavabdehin mübahisələndirildiyi hissə üzrə faiz borcunun tutulmalı olması müəyyən edilmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da ekspert rəyinə istinadən qeyd edilmiş müqavilə üzrə cavabdehdən tutulmalı faiz borcunun məbləğini təyin etmişdir. Hazırki halda cavabdeh faiz borcunun tutulmasının əsassız olmasını göstərsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, kassasiya şikayətinin qeyd edilən hissə üzrə dəlilləri əsassızdır və mübahisələndirilən bu hissə üzrə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə dəlilləri üzrə isə ilk öncə qeyd edilmişdir ki, kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında 11.11.2015-ci il tarixində sonrakı ipoteka müqaviləsi bağlanarkən müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 200000 manat müəyyən edilmiş, müqavilənin bağlanmasından təxminən üç ilə yaxın müddət sonra, yəni 19.03.2018-ci il tarixində daşınmaz əmlakın bazar dəyərinin 272000 manat, bu tarixdən də daha iki ildən artıq müddət sonra isə bazar dəyərinin 280000 manat müəyyən edilməsi rəylər üzrə daşınmaz əmlakın dəyərinin qeyri-obyektiv müəyyən edilməsinin göstəricisi, cavabdehin kassasiya şikayətinin bu hissədə əsaslılığınıntəsdiqidir. Belə ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası qeyd edilən xüsusları nəzərə alıb iş materiallarını araşdırarkən nəzərə almalı idi ki, işə birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş rəylə qeyri-yaşayış binasının bazar qiyməti 272000 manat müəyyən edildiyi halda, həmin zamandan iki il sonra adıçəkilən əmlakın dəyərinin 280000 manat müəyyən edilməsi, yəni rəylər arasında cəmi 8000 manat fərqin olması əmlakın dəyərinin real qiymətləndirilməməsinə bərabərdir. Belə olan halda apelyasiya kollegiyası ekspert rəyini digə r sübutlarla yanaşıqiymətləndirməli, ekspert rəyinə tənqidi yanaşmalı olduğu halda, həmin rəyə istinad edib, yəni rəyi mötəbər sübut kimi qəbul edib qətnamə qəbul etməməli idi. Apelyasiya kollegiyası qeyd edilən xüsusları nəzərə almamaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan he ç bir qüvvəsi yoxdur. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınmaqla növbəti dəfə qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin 05 iyul 2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ü mumi sahədən ibarət qeyri-yaşayış binasının bazar qiymətinin 306.000 manat, likvid qiymətinin isə 275.000 manat təşkil etdiyi təsbit olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5238/2021 saylı 29.07.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər-X1 (sədrlik edən və məruzəçi) X3 və X7) Cavabdeh 2nun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-273/2018 saylı iş üzrə 04 iyun 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 272.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, Bakı şəhə ri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişləri (hüquqi mövqeyi) nəzərə alaraq, həmçinin iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya hеsаb еtmişdir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. Məhkəmə qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirici əmlak üçün əvvəlki apellyasiya baxışında qoyulan qiymətdən daha aşağı likvid qiymət müəyyənləşdirmişdir. Məhkəmənin mövqeyinə görə Ali Məhkəmənin qərar ında şərh olunanmövqeyi, iddiaçı bankın əmlak üçün əvvəlki apellyasiya baxışı zamanı müəyyənləşdirilən qiyməti mübahisələndirmədiyini və əmlak mülkiyyətçisinin verdiyi şikayətə baxılarkən onun üçün daha əlverişsiz qərar qəbul edilməsinin prosessual qanunvericiliyin mənasına uyğun olmadığını nəzərə almaqla əmlaka əvvəlki apellyasiya baxışı zamanı müəyyənləşdirilən qiymətin qoyulması məqsədəmüvafiqdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5238/2021 saylı 29.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh 2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki hazırki mübahisədə ipoteka predmetinin qiymətinin müəyyən olunmasında apellyasiya instansiyasının ədalətli məhkəmə mühakiməsi üçün n ələri nəzərə almalı olduğu və mülki-prosessual qanunvericiliyin tələbləri ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi öz 16.03.2021-ci il tarixli, 2(1021-1940/2021 saylı Qərarında ətraflı şəkildə aydınlıq gətirmişdir. Ali Məhkəmənin həmin qərarında Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə, sübutların məhkəmə qarşısında qabaqcadan heç bir qüvvəsi olmadığı, ekspert rəyinin də digər sübutlarla yanaşı qiymətləndirildiyi və ekspert rəyinin məhkəmə üçün məcburi olmadığı xüsusilə vurğulanmışdır. Həmçinin, kassasiya kollegiyası hesab etmişdir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi", “nə kimi halların müəyyən edilməməsi", “tərəflərin hansı hüquq münasibətində olmaları" barədə tələblərinə riayət olunması üçün ilki n olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Ali Məhkəmənin hazırki iş üzrə müvafiq qərarında da qeyd oldunduğu kimi, birinci instansiya məhkəməsində əldə edilmiş rəylə müəyyən olunmuş qiymətlə, əvvəlki apellyasiya instansiyasında əldə edilmiş rəylə müəyyən olunmuş qiymət fərqindəki artım ağlabatan deyil və əgər bir qeyriyaşayış sahəsinin likvidlik qiyməti 3 ildə 72 000 min manat artdığı halda, iki ildə isə sadəcə 8000 min manat artmış olması o deməkdir ki, əmlakın qiyməti real qiymətləndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə yeni baxışında isə bu artıq ona kifayət qədər aydın idi. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(103)-5238/2021 saylı qətnaməsini qəbul edərkən, yalnızca bircə dəfə qiymətləndirmə keçirmiş və həmin yeganə qi ymətləndirmə rəyi əsasında qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməni qəbul edərkən əsaslandığı həmin rəydə isə əmlakın hazırki bazar qiymətindən dəfələrlə aşağı olduğu bir qiymət qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi qiymətləndirmə rəyi ilə müəyyən olunmuş ipoteka predmeti olan əmlakın qiyməti ilə həmin əmlakın real dəyəri arasındakı qeyri-bərabər və qeyriobyektiv fərqi bildiyi və ya bilməli olduğu halda, əlavə və təkrar ekspertiza keçirməyə heç bir səy göstərməmişdir. Sadəcə keçirdiyi bircə dəfə qiymətləndirmənin əvvəlki apellyasiya instansiyasının qərarından az olduğuna görə əvvəlki apellyasiya instansiyasında müəyyən olunmuş qiyməti qoymuşdur. Nəticədə Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin məcburi hüquqi qüvvəyə malik müvafiq qərarına uyğun olaraq hərəkət etm əmiş, həmin qərarda qeyd olunan xüsusuatları nəzərə almamış və iş üzrə sadəcə yeganə ekspert rəyinə əsaslanaraq (hamsı ki Ali Məhkəmənin 16.03.2021-ci il tarixli, 2(102)1940/2021 saylı qərarına ziddir) qətnamə qəbul edilmiş, yekun olaraq hazırki iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini həyata keçirməmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi müvafiq qiymətləndirmə rəyi ilə müəyyən olunmuş bu qeyri-obyektiv və ağlabatan olmayan qiymətə tənqidi yanaşmalı və ipoteka prdmeti ilə bağlı əlavə və ya təkrar ekspertiza keçirməli idi. Kassasiya şikayətinə dair hər hansı yazılı etiraz və ya izahat verilməmişdir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya məhkəməsinin baxış predmetini yalnız ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi təşkil etdiyindən, kassasiya şikayət əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınmaqla növbəti dəfə qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin 0 5 iyul 2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının bazar qiymətinin 306.000 manat, likvid qiymətinin isə 275.000 manat təşkil etdiyi təsbit olunmuşdur. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlan ması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Cavabdeh kassasiya şikayət ində iptekanın qiymətinin yüksək olduğunu qeyd etsə də, bu barədə və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutları məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, ekspert rəyinin qeyri-mötəbər olması barədə dəlillər əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdə n, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Hacıyev Mübariz Müzəffər oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5238/2021 nömrəli iş üzrə 29.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.