Məhkəmə qərarları › İş №2(102)-1074/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1074/2022

03.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1074/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin məbləğinin artırılması 03.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7586/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-421/2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X7 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 12.10.2008-ci il təvəllüdlü X3, 16.02.2010-cu il təvəllüdlü X11 və 11.01.2007-ci il təvəllüdlü X anaları X2 yanında saxlanması və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa hər ay 120 (yüz iyirmi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat alimentin tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir.

2. Şəki Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli qətnaməsinə əsasən Ağsu Rayon Məhkəməsinin 2(016)-421/2019-cu il tarixli qətnaməsi qismən – “aliment” hissəsində dəyişdirilərək, Cavabdeh 12.10.2008-ci il təvəllüdlü X3, 16.02.2010-cu il təvəllüdlü X11 və 11.01.2007-ci il təvəllü dlü X yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa hər ay 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat alimentin tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir.

3. Kürdəmir rayon Təhsil Şöbəsinin 10.03.2021-ci il tarixli 36 nömrəli arayışından görünür ki, Qurbanov X5 rayonu X14 İdman Məktəbində şahmat müəllimi işləməklə 6 saat dərs saatı olmaqla 170 manat əmək haqqı alır.

4. İş materiallarında olan Ağsu rayonu 20 Nömrəli Tibbi Sosial Ekspert Komissiyasının Sağlamlıq İmkanları Məhdud 18 Yaşınadək Uşağın TSEK-də X9 görünür ki, 16.02.2010-cu il təvəllüdlü X8 “serebral iflic” xəstəliyi diaqnozu qoyulmuş və sağlamlıq imkanları məhdud uşaq kimi 18 yaşınadək müayinə olunması qərara alınmışdır.

5. AR ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görün ür ki, 11.01.2007-ci il təvəllüdlü X sağlamlıq imkanları məhdud uşaq kimi anadangəlmə ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcəli diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.10.2008-ci il təvəllüdlü X1, 16.02.2010-cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər bir uşağa görə hər ay 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)- 421/2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikahdan olan 12.10.2008-ci il təvəll üdlü X3, 16.02.2010-cu il təvəllüdlü X11 və 11.01.2007-ci il təvəllüdlü X saxlanması üçün hər bir uşağa hər ay 120 (yüz iyirmi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat alimentin tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli qətnaməsinə əsasən uşaqların hər biri üçün 100 manat olmaqla, 300 manat aliment tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar böyüdükcə məsrəfləri də yetərincə artmışdır. Hətta cavabdeh alimenti belə vaxtı vaxtında ödəmir. 11.01.2007-ci il təvəllüdlü X sağlamlıq imkanları məhduddur, “anadan gəlmə ikitərəfli neyrosensor ağır eşitmə 4-cü dərəcəli” xəstəsidir, hazırda implant daşıyıcısıdır, h əmin implantında xərci 2 il ərzində hər 2 aydan bir 250 manatdır. Həmçinin iddiaçı X7 uşağının loqopedi üçün hər ay 250 manat ödəniş edir, digər övladı 16.02.2010-cu il təvəllüdlü X11 isə “serebral iflic” xəstəsidir və davamlı olaraq müayinə və müalicəyə ehtiyacları vardır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə qərar qəbul etdiyi müddətdən indiyə qədər borclu alimenti vaxtı-vaxtında ödəmir. Məhkəmə qərarı çıxarılmış olsa da, məhkəmə qərarı icra olunmur. Belə olan halda isə iddiaçı xəstə olan övladı ilə çıxılmaz vəziyyətdə qalır, onların gündəlik tələbatlarını ödəyə bilmir. İddiaçı X7 heç bir yerdə işləmir, belə olan halda övladını necə saxlamalı olduğunu bilmir. Qeyd etdiyi səbəblərə görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Daha sonra iddiaçı X7 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh qarşı alimentin artırılmasına dair iddia qaldırmış, bununla belə iddia 2020-ci ildə qaldırıldığından həmin dövrdəki yaşayış minimumu 170 manat olduğundan, hər bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 510 manat aliment tələb etmişdir. Bununla belə “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün yaşayış minimumunun məbləği ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Ona görə də hesab edir ki, hər bir uşaq üçün 175 manat olmaqla ümumilikdə 525 manat alime nt cavabdehdən tutulmalıdır. Bundan əlavə 2020-ci ilin mart, aprel aylarında cavabdehlə ayrı yaşamışlar. Həmin dövrdə uşaqlarının əlilliklərinə görə pensiya kartı cavabdehdə olmuş, cavabdeh həmin müddət ərzində mart və aprel aylarında hər birində 400 manat olmaqla, 800 manat əlilliyə görə olan təqaüdü ona ödəməmişdir, halbuki həmin müddətdə uşaqlar onunla yaşamışdır. Ona görə də 12.10.2008-ci il təvəllüdlü X1, 16.02.2010-cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X saxlanılması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər bir uşağa hər ay 175 manat olmaqla. sabit pul məbləğində cəmi 525 (beş yüz iyirmi beş) manat, həmçinin 2020-ci ilin mart və aprel aylarının uşaqların əlilliklərinə görə ödənilmiş 800 manat təqaüdün Cavabdeh tutularaq on a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2(107)-461/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 12.10.2008-ci il təvəllüdlü X1, 16.02.2010- cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment alınaraq, X2 xeyrinə ödənilməsi, X2 himayəsində olan sağlamlıq imkanları məhdud uşaqları- 16.02.2010-cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X xəstəlikləri ilə əlaqədar 2020-ci ilin mart və aprel ayları üçün cavabdehə ödənilmiş hər ay 400 ma nat olmaqla, ümumilikdə 800 manat təqaüd cavabdehdən alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, lakin minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alaraq, iddia qismən təmin olunmalıdır.

11. Belə ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir.

12. Beləliklə, məhkəmə hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2(107)-461/2020 saylı qətnaməsi ilə təyin olunmuş alim entin miqdarı dəyişdirilərək, Cavabdeh 12.10.2008-ci il təvəllüdlü X1, 16.02.2010-cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment alınaraq, X2 xeyrinə ödənilməli və alimentin yeni qaydada tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı X2 himayəsində olan sağlamlıq imkanları məhdud uşaqları- 16.02.2010-cu il təvəllüdlü X6 və 11.01.2007-ci il təvəllüdlü X xəstəlikləri ilə əlaqədar 2020-ci ilin mart və aprel ayları üçün cavabdehə ödənilmiş hər aya 400 manat olmaqla, ümumilikdə 800 manat təqaüd cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78. 2, 81, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, Mülki Prossesual Məcəllənin 233.4-cü maddələrinə, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7586/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh 11.01.2007-ci il təvəll üdlü X, 12.10.2008-ci il təvəllüdlü X1 və 16.02.2010- cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləği hər ay, hər uşaq üçün 140 manat, cəmi 420(dörd yüz iyirmi) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən(artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə(inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.

18. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər.

19. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur.

20. Bununla yanaşı, aliment müəyyən edilərkən uşaqların, o cümlədən hazırki işdə olan, özü də ikisi ağır xəstə olan əlil uşaqların da mənafeyi nəzərə alınmalıdır.

21. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu birinci nikahından doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

22. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

23. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyini, uşaqların da mənafeyni nəzərə alaraq hər uşaq üçün müəyyən olunmuş alimentin məbləğinin 175 manatdan, 140 manatadək azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.

24. Bununla yanaşı, kollegiya qeyd etmişdir ki, cavabdeh uşaqlara aid təqaüd kartından 800 manatı çıxardıb iddiaçıya verdiyini bəyan edirsə, bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin o, bu hala dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, iddiaçı da bu halın baş verdiyini təsdiq etmir. Bu cür vəziyyətdə qətnamə mübahisələndirilən həmin hissədə ləğv edilə yaxud dəyişdirilə bilməz Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şik ayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 17 Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. (maddə 3) 18 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. (maddə 5) 19 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. (maddə 8) 20 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19) Ailə Məcəlləsi 21 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (maddə 75.1) 22 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. (maddə 75.4) 23 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment v erməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (maddə 78.1) 24 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2) 25 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. (maddə 81.1) 26 Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynl ərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. (maddə 81.2) 27 Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (maddə 81.3) 28 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (maddə 112.1) Mülki Prossesual Məcəllə

32. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır v ə onlara qiymət vermir. (maddə 407.2)

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7586/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar