Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1076/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1076/21 (Açar sözlər: Sübutların düzgün qiymətləndirilməməsi, maraqlı şəxsin cəlb edilməməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil Novruz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3577 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3607 (üç min altı yüz yeddi) manat məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-612/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin idarə etdiyi “QAZ 3302” markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xocasən yolunda yolun kənarında dayanmış İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil vurulmuşdur. xx xxxxxx 2018-ci il tarixli inzibati xəta haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. Cava bdeh qanunazidd hərəkətləri nəticəsində “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyandan sığorta şirkəti 3500 manat ödəmişdir. İddiaçı onun avtomaşınına daha çox zərər vurulmasına istinad edərək inzibati xətanı törətmiş cavabdehə qarşı hazırkı iddianı irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3577 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3607 (üç min altı yüz yeddi) manat məbləğinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini n dəqiqləşdirilməsi barədə ərizə göndərərək cavabdehdən 5077 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5107 (beş min bir yüz yeddi) manat məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara məxsus olan avtomaşına yol nəqliyyat hadisəsi nəticəsində daha artıq zərər dəymiş, həmin zərərin 3500 manatını sığorta şirkəti qarşılamış və qalan məbləği ödəməmişlər. Ona görə avtomaşına vurulan zərərin ödənilməmiş qalmış hissəsi inzibati xətanı törətmiş cavabdehdən tutulmalıdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-681/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim R.Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2998 manat əsas borc və 30 manat dövlət rüsumu - cə mi 3028 (üç min iyirmi səkkiz) manat məbləği tutlaraq İddiaçı hesabına ödənilməsi və iş üzrə ekspertiza xərci olan 120 manat məbləğindən 60 (altmış) manat iddiaçıdan və 60 (altmış) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə iddianı təmin edərəkən qənaəti ondan ibarət olmuşdur ki, xx xxxxxx 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “QAZ 3302” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xocasən yolunda İddiaçı MMC-yə məxsus “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx xxxxxx 2018-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında inzibati cərimə edilmişdir. “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş, avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 8577 manat müəyyən edilmişdir. Verilmiş ekspert rəyinə əsasən göstərilən avtomobilin təmir - bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7998 manat müəyyən edilmişdir. “Ravon Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə cəmi 3500 manat sığorta məbləğ i ödənilmişdir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş məbləğdə sığorta xərcinin ödənilməsi sığorta şirkətindən tələb edilmişdir. Ona görə məhkəmə vurulmuş ümumi zərərin (7998 manat) 5000 manatını sığorta şirkətinə aid edərək qalan məbləğin cavabdehdən tutulmasını qət etmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.1, 1108.1, 1115-ci maddələrinə və “İcbari Sığortalan Haqqında” Azərbaycan Respublikası Qanunun 56.1-ci maddəsinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- M.Əsədli,Ə.Məcidov və A.Mahmudov ) xx xxxxxx 2020-ci il tarixli, 2(107)-612/2020 nömrəli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-68 1/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri bunlardır:
1. İddiaçıya təmir xərcləri ilə birlikdə 3500 manat ümumi zərər hesablanmış, iddiaçının nümayəndəsi bununla razılaşmış və pulun ödənilməsi üçün öz rekivizitlərini pulun onun hesabına ödənilməsindən ötrü göndərmişdir. Pul hesaba ödənilmiş və həmin pula avtomobil tam təmir olunmuşdur. Bundan 9 ay sonra heç bir hüquqi əsas olmadan iddiaçı yenidən məhkəmədə iddia qaldırmışdır.
2. Birinci və apelyasiya məhkəməsində işə baxılan zaman vəsatət verərək idarə etdiyi “QAZ 3302” markalı ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilin 3-cü şəxslər qarşısında mülki məsuliyyətin sığorta etdiyi “xxxx” ASC-nin onun tərəfindən cavabdeh qismində işə cəlb olunmasına dair vəsatəti ümumiyyətlə müzakirə olunmamış, mülki məsuliyyəti sığorta olunmasına baxmayaraq, onun tərəfindən vurulmuş zərərin 1500 manatını ödəməli olan Sığorta Şirkəti işə cəlb olunmamışdır.
3. Avtomobilə baxış keçirilmədən, onun təmirindən on ay sonra rəy verilmiş, bu zaman avtomobildə hansı ehtiyat hissələrinin dəyişilməli olması, onların dəyəri və.s. hallarla bağlı qeyri-obyektiv rəy verilmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Novruz oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müə yyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması, iddiaçıya məxsus olan avtomaşının icbari sığorta şəhadətnaməsinə əsasən sığortalanması və sığorta şirkəti tərəfindən iddiaçıya 3500 manat ödənilməsi işin sübuta yetirilmiş hallarıdır. Hadisədən sonra “xxxx” ASC tərəfindən sığorta aktı tərtib edilmiş və avtomaşına vurulan zərərin 3500 manat olması müəyyən edilmişdir(mülki iş səhifə 11). Həmin sığorta aktını sığorta ödənişinin müdiri, sığorta ödənişləri şöbəsinin mütəxəssisi və faydalanan şəxs olan İddiaçı MMCnin nümayəndəsi təsdiq etmişlər. İddiaçının işə əlavə etmiş olduğu qüsur aktından(mülki iş səhifə 12) görünür ki, iddiaçı təşkilat xx.xx.2019-cu il tarixdə fərdi sahibkar X1 adlı şəxsə avtomaşını təqdim edərək həmin aktı tərtib etdirmiş və akta əsasən avtomaşına dəyən zərərin məbləği 8577 manat təşkil etmişdir. İddiaçı təşkilat sonuncu akta istinad etməklə hazırkı tələbi irəli sürmüşdür. İş üzrə keçirilmiş ekspertiza rəy indən də görünür ki, (mülki iş 58-59-cu səhifələr) ekspert rəy verərkən məhz iddiaçının təqdim etmiş olduğu qüsur aktına istinad etməklə rəy vermişdir. Deməli, iddiaçı sığorta şirkətinin tərtib etdiyi akta əsasən müəyyən edilmiş zərərin məbləği ilə razılaşmamışdısa (hansıki təqdim edilmiş qüsur aktının tarixi ondan əvvələ düşür), məntiqlə 5000 manat sığorta məbləğini tam olaraq almaq barədə mübahisə etməli və sonra cavabdehə qarşı tələb irəli sürməli idi. Lakin iddiaçı sığorta məbləğini almış, zərərin sığorta məbləğindən artıq olması barədə hadisədə təqsirli bilinən şəxsə məlumat vermədən, ona avtomaşının real zərəri ilə bağlı məlumat almaq üçün şərait yaratmadan həmin tələbi irəli sürmüşdür. Ona görə işə baxan məhkəməyə lazım gəlirdi ki, sığorta şirkətini maraqlı şəxs kimi prosesə cəlb ed ərək vurulmuş zərərlə bağlı araşdırma aparsın. Ona görə ki, hazırkı iş üzrə çıxarılmış məhkəmə qərarları qanuni qüvvəsini aldığı təqdirdə həmin qərarlar sığorta şirkətindən 1500 manat pulun tutulması üçün əsas olacaq (5000-3500=1500 manat). Beləki, məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, avtomobilə daha artıq zərər dəyməsinə baxmayaraq sığorta şirkəti iddiaçıya sığorta məbləğini tam ödəməmişdir. Belə qənaət birmənalı olaraq sığorta şirkətinin maraqlarına toxunur. Ona görə sığorta şirkətini cəlb etmədən sığorta şirkətinə gələcəkdə pul öhdəliyi yaradacaq qərarın çıxarılması əsaslı hesab oluna bilməz. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi iddiaçı hazırkı işdə sığorta şirkətinin tərtib etdiyi heç bir sübuta istinad etməmiş, ancaq özünün sifarişi ilə fiziki şəxs tərəfindən tərtib edilm iş qüsur aktına əsaslanmışdır. Ekspertizanın keçirilməsi barədə qərardadda qeyd edilmişdir ki, zədələnmiş avtomobil ekspertə təqdim edilsin, ona baxış keçirilsin, avtomobil təqdim edilmədiyi təqdirdə iş materiallarında olan sübutlar əsasında rəy verilsin. Ekspertiza zamanı avtomobil ekspertə təqdim edilməmişdir. Ona görə iddiaçının təqdim etdiyi yeganə akt əsasında rəyin tərtib edilməsi onun obyektivliyini şübhə altına alır. Çünki sığorta şirkəti zərərin məbləği ilə bağlı müvafiq araşdırma aparmış və akt tərtib etmişdi. Həmin qiymətləndirmə zamanı müvafiq sənədləşmələrin həyata keçirilməməsi istisnadır. O cümlədən, avtomobilin müayinəsi, baxış keçirilməsi, fotoşəkillərinin çəkilməsi və.s. məhz həmin sübutlar vurulmuş zərərin məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edə, müqayisəli təd qiqat aparılması üçün əsas ola bilərdi. Sığorta şirkətinin topladığı sübutlar hadisədən dərhal sonra qeydə alındığı, avtomaşının real vəziyyətini əks etdirdiyi üçün daha mötəbər ola bilərdi. İddiaçı ona daha artıq zərər dəyəməsini mübahisələndirirsə şübhədənkənar sübutlar təqdim etməlidir. O cümlədən, avtomobili ekspertə təqdim etməli, ona baxış keçirilməsini təşkil etməli, avtomobildə hansı ehtiyat hissələrinin dəyişdirilməsi, hansı işlərin görülməsi ilə bağlı mütəxəssis rəyinin alınmasına çalışmalı idi. Çünki iddiaçı sığorta şirkətinin sığorta aktı ilə razılaşaraq sığorta məbləğini almışdı. Belə olan təqdirdə sübutları qorumaq, razı olmadığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Adi halda zərərvuran sığorta şirkətinin zərəri qarşılamasına güvənərək avtomobilə vurulan zər ərin müəyyən edilməsində maraqlı olmur. Lakin, iddiaçı belə bir iradəsinin olmasını vaxtında bildirmiş olsaydı, zərərvuran avtomaşına vurulmuş real zərərin müəyyən edilməsində iştirak etmək hüququndan istifadə edə bilərdi. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, işə baxan məhkəmə maddi zərərin məbləğini müəyyən edərkən prosessual hüquq normalarına riayət etməmiş, sübutları düzgün qiymətləndirməmiş, sübutların kifayət etməsi məsələsində səhvə yol vermiş, nəticədə düzgün olmayan və prosesə cəlb edilməyən şəxsin maraqlarına toxunan qətnamə qəbul etmişdir. Yeni apellyasiya baxışı zamanı hazırkı qərarın dəyərləndirmə hissəsində nəzərdə tutulan göstərişlər ardıcıllıqla yerinə yetirilməli və bundan sonra mübahisəyə hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-612/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni məhkəmə baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.