Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1076/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(104)1980/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı şifahi razılaşmaya əsasən ayrı-ayrı vaxtlarda Cavabdeh müəyyən pul məbləğlərini borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin aprel ayında ilkin olaraq cavabdehə 1000 manat vermiş, cavabdeh isə bu pulu qaytaracağına söz vermişdir. Sonra cavabdeh başqa vaxtlarda da iddiaçıdan pul istəmiş, iddiaçı cavabdehlə əvvəllər bir yerdə işləməsini nəzərə alaraq, ona ümumilikdə 2022-ci ilin mart ayından iyul ayının əvvəlinə kimi 13000 manat məbləğində pulu borc vermişdir. Cavabdeh həmin pulları sentyabr ayına kimi qaytarmalı olmasına baxmayaraq, iki dəfə 300 manat, bir dəfə isə 400 manat qaytarmışdır. Bütövlükdə cavabdehin ona 12100 manat borcu qalmışdır. İddiaçı cavabdeh barəsində polis şöbəsinə müraciət etmiş, lakin aparılmış araşdırma nəticəsində məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdeh polis şöbəsində izahat verərək, aldığı borcu etiraf etmiş, götürdüyü pulu yaxın vaxtda qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, onunla Çinar sanatoriyasında bir yerdə işləyən X8 uşağının xəstə olduğunu bəhanə edərək onun vasitəsilə iddiaçıdan sələmə pul götürməyi xahiş etmişdir. O da, iddiaçıdan 2022-ci ilin mart ayında sələmə pul götürm üş və Elmirə vermişdir. Elmir Xuduyev aprel ayından başlayaraq götürdüyü pulun faizini qaytarmışdır. Sonradan Elmir dəfələrlə başqa-başqa adamların əmək haqqı kartlarını gətirərək iddiaçıdan sələmə pul götürməsini xahiş etmişdir. O da inandığından yenidən pul götürüb Elmirə vermiş və həmin pul məbləğinin sələm faizi Elmir tərəfindən 4-5 ay, yəni 2022-ci ilin avqust ayına kimi ödənilmişdir. Avqust ayında Elmir pulun faizini ödəmədiyi üçün iddiaçı onlara gələrək özünün kitabçasında olan kartlarla Elmirə verdiyi pulun siyahısını ona vermiş və pulun tələb edilməsini bildirmişdir. O da Elmiri iddiaçının yanına aparmış, Elmir də pulun onda olduğunu demiş, ödəyəcəyinə söz vermişdir. 26 avqust 2022-ci tarixdən pulun ödənilməsi təmin edilmədiyindən anası X5 09 sentyabr 2022-ci il tarixdə Naftalan ş əhər Polis şöbəsinə müraciət etmiş, kart sahibləri pulu X6 aldığını bildirmişlər. Naftalan şəhər Polis şöbəsində həmin şəxslər tərəfindən pul qismən ödənilmişdir. Lakin, polis şöbəsindən onlara yazılı məktub verilmişdir ki, bu iş mülki mübahisə olduğundan məhkəmə qaydasında həll oluna bilər.
5. Birinci instansiya məhkəməsinə təqdim olunmuş, Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalarda Elmir Rəşaddan ümumilikdə 10000 manat pul aldığını etiraf etmiş, həmçinin Rəşad Elmirə “Kaş mənim başıma daş düşərdi, Allah canımı alardı mən o pulları sənə verdiyim yerdə” yazmışdır.
6. Naftalan Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsi ilə (hakim A.A.Səlimov) iddianın qismən təmin edilməsi, Cavabdeh 6100 manat borc mə bləğinin və ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 65 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik (borc) münasibətləri yaranmış, İddiaçı ayrı-ayrı vaxtlarda müəyyən pul məbləğlərini Cavabdeh borc vermiş, cavabdeh isə iddiaçıdan almış olduğu həmin məbləğləri Elmir adlı digər üçüncü şəxsə vermişdir. İddiaçının məhkəmə iclasında vermiş olduğu izahatı ilə müəyyən olunmuşdur ki, onun cavabdehə verdiyi məbləğlər ayrı-ayrı vaxtlarda olmaqla ən çoxu 3000 manat və daha aşağı olmuşdur. Odur ki, iddianın hüquqi əsasını borc münasibətləri təşkil edəcəkdir.
8. İddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda müəyyən məbləğl ərdə pul vəsaitlərini vermiş olması müəyyən olunur. Lakin, iddiaçı cavabdehin ona məhz 12000 manat məbləğində borcunun olmasını sübut edə bilməmişdir. İddiaçı həmin məbləği onunla əsaslandırmışdır ki, o, cavabdehə ümumilikdə 15900 manat borc vermiş, lakin həmin pulun ümumilikdə 3900 manat hissəsi ona geri qaytarılmış, 12000 manat hissəsi isə cavabdehdə qalmaqdadır. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya ümumilikdə 3900 manat pulun qaytarılmış olması işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqlardan (yazılardan) görünür ki, Elmir Rəşaddan ümumilikdə ən çox 10000 manat pul aldığını etiraf etmişdir. Elmir adlı şəxsin cavabdehdən aldığı pul vəsaitlə rini cavabdeh Elmirə verməzdən əvvəl iddiaçıdan almış olduğu nəzərə alınarsa, iddiaçının cavabdehə ən çoxu 10000 manat vermiş olduğu qəbul edilməlidir. Beləliklə, formal həqiqət prinsipi baxımından iddiaçının cavabdehə ümumilikdə 10000 manat vermiş olması, cavabdehin isə iddiaçıya ümumilikdə 3900 manat qaytarmış olması müəyyən olunur ki, bu da hazırda cavabdehin iddiaçıya 6100 manat qalıq borcunun olmasını deməyə əsas verir. Odur ki, qeyd edilən məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448, 739 və 740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, N aftalan Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(104)-1980/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və İ.T.Həsənovdan ibarət tərkibdə) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Naftalan Şəhər Məhkəməs inin 08 may 2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının şikayətinə dəlil olaraq əlavə etdiyi Cavabdeh Naftalan şəhər Polis Şöbəsinə verdiyi 17 sentyabr 2022-ci il tarixli izahatına münasibətdə qeyd etmişdir ki, ibtidai istintaq zamanı alınmış izahatın qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətinə həmin izahatın kserosurətini əlavə etmişdir ki, bu cür sənəd mülki prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.
14. İşin obyektiv araşdırılması üçün apellyasiya məhkəməsi tərəfindən polis orqanına sorğu verilmiş və məhkəmə kollegiyasına daxil olmuş X 7 toplanmış 20 sentyabr 2022-ci il tarixli materiala əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə ŞPŞ- nin dəftərxanasında 175-6978A-3122 və xx.xx.2022-ci il tarixli 175-7027M3122 nömrə ilə qeydiyyata alınan ərizə daxil olmuşdur. Ərizədə X1 ŞPŞ-nə ərizə ilə müraciət edərək, Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınlaşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək Elmirə verdiyini qeyd etmişdir. Həmin pulu Elmir ona qaytarmadığı üçün Elmirdən şikayətçi olduğunu bildirmişdir. Tərəfindən aparılan araşdırma zamanı X3 izahatı alınmış, həmin şəxs izahatında 2022-ci ilin iyun ayında Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınl aşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək, Elmirə verdiyini qeyd etmişdir. Elmir isə həmin pulu qaytarmadığı bildirmişdir. Tərəfindən aparılan araşdırma zamanı İddiaçı izahatı alınmış, həmin şəxs izahatında 4 ay bundan öncə iş yoldaşı Rəşad adlı şəxsə 9500 manat borca pul verdiyini bildirmiş lakin hazırda həmin pulu Rəşaddan ala bilməməsini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq, icraatında olan X5 və İddiaçı ərizəsi ətrafında toplanmış material mülki xarakterli olduğu üçün müraciət müəllifinə cavab verilərək bu barədə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. X5 və İddiaçı ərizəsi ətrafında toplanmış materialın ŞPŞ-nin dəftərxanasınd a işə alınmasına göstəriş verilməyi xahiş olunmuşdur.
15. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
16. Tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qə rarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə prosessual hüquq normaları baxımından qiymət verməlidir.
17. Apellyasiya kollegiyası qeyd etmişdir ki, X3 izahatında 2022-ci ilin iyun ayında Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınlaşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək, Elmirə verdiyini qeyd etmişdir. Elmir isə həmin pulu qaytarmadığı bildirmişdir. Digər tərəfdən Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqlardan (yazılardan) birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sübut məhkəmə iclasında tədqiq olunaraq müəyyən olunmuşdur k i, Elmir Rəşaddan ümumilikdə ən çoxu 10000 manat pul aldığını etiraf etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Elmir adlı şəxsin cavabdehdən almış pul vəsaitlərini cavabdeh Elmirə verməzdən əvvəl iddiaçıdan almış olduğu nəzərə alınarsa, iddiaçının cavabdehə ən çoxu 10000 manat vermiş olması qənaətinə gəlmək mümkündür. Çünki, istər cavabdehin anası olan X3 verdiyi izahatda pulu oğlunun (cavabdehin) borc alaraq verməsi, istər cavabdehin birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsində pulu iddiaçıdan alaraq Elmir adlı şəxsə verməsini etiraf etməsi, istərsə də şikayətinin dəlillərində iddianın ona qarşı deyil, Elmir adlı şəxsə qarşı qaldırılmalı olması barədə olan göstərilən hallar iddiaçının cavabdehdən 10000 manat məbləğində borc alması qənaətinə gəlmək üçü n yetərli hallardır. Həmçinin, iddiaçı cavabdehə 12000 manat məbləğində pulun verilməsi barədə mötəbər sübutlarını kollegiyaya təqdim edə bilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə ümumilikdə 10.000 manat vermiş olması, cavabdehin isə iddiaçıya ümumilikdə 3.900 manat qaytarmış olması müəyyən etmişdir ki, bu da hazırda cavabdehin iddiaçıya 6100 manat qalıq borcunun olması barədə əsaslı nəticəyə gəlmişdir.
19. Cavabdehin iddiaçıya heç bir borcunun olmaması barədə dəlillərinə münasibət bildirən apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh sonradan (3900 manat puldan əlavə) həmin pulu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu təqdim etməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi kollegiyası mövqeyini Mülki Məcəllənin 385.1, 406.2, 442, 443.1, 4 48, 739.1, 740.1 və 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 77.1, 80, 81, 82.4, 88, 89.3, 106.1, 175.1, 217.3, 218.1, 218.3, 384.0.1, 385.2ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(104)-1980/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 406.2, 442, 443.1, 448, 739.1, 740.1-ci, Mülki Prosessual Məcəlləsinin 88 və 106.1-ci maddələri pozulmuşdur.
23. Belə ki, cavabdeh iddiaçıya 12000 manat borcunun olma sını polis şöbəsində verdiyi izahatla etiraf etmişdir. Lakin apellyasiya məhkəməsi əsaslı olaraq cavabdehin izahatı sübut kimi qəbul etməmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verməmişdir. Kassasiya şikayətini iddiaçı verdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmamış hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsa sən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mah iyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, iddiaçının cavabdehdən aldığı borcun məbləğini müəyyən etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri iddiaçının təqdim etdiyi sübutun apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilməməsinə yönəldilmişdir.
32. Lakin, yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi sübuta hüquqi qiymət verilmiş və istinad olunan izahatın əsli məhkəməyə təqdim edilməməsi nəzərə alınmaqla, iddianın tam təmin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməmişdir (bax bənd 13).
33. Həmçinin müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının dəlillərinin araşdırılması ilə bağlı X11 sorğ u verilmiş və təqdim olunmuş materiallarda qeyd olunan izahat müəyyən olunmamışdır (bax bənd 14).
34. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 89.3, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmur.
35. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
36. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(104)-1980/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.