Məhkəmə qərarları › İş №2(102)-1081/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1081/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1081/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-695/18) İddiaçı cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov, iş № 2 (103)-8926/18) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 34.390 ABŞ dolları və 14.453,6 manat, Cavabdeh2 52.771 ABŞ dolları və 3.410 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun müştərək qaydada İddiaçı xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hiss ədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdehlər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və Ə.Şadiyev, iş № 2 (102)-90/19) cavabdehlərin kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov, iş № 2 (103)-3676/19) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1 75.434 ABŞ dolları və 23.402 manat, Cavabdeh2 54.405 ABŞ dolları və 3.410 manat məbləğində vəsaitin, borc öhdəliyinin vaxtında yerinə yetirilmədiyinə görə Cavabdeh1 75.434 ABŞ dollarının 15 faizi olan 11.315 ABŞ dolları və 23.402 manatın 15 faizi olan 3.510 manat məbləğində vəsaitin və Cavabdeh2 54.405 ABŞ dollarının 15 faizi olan 8.160 ABŞ dolları və 3.410 manatın 15 faizi olan 170 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi və hüquqi xidmətlərə görə ödənilmiş 5.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 və onun, eləcə də digər Cavabdeh2 vəkili Ş.Hüseynov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili Ş.Hüseynovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mülki iş bundan əvvəl artıq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin Mülki kollegiyasının yuxarıda qeyd edilən qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirilmədən saxlamış və bu zaman aşağıdakıları nəzərə almışdır. İşdən göründüyü kimi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbdə qeyd olunan vəsaitin tutularaq ona ödənilməsi iddiasını irəli sürərkən tələblərinin faktiki əsası kimi cavabdehlərin banklara olan borclarını ödəməsini, bunun müqabilində cavabdehlərin əslində böyük bir hissəs inin onun vəsaiti hesabına əldə etdikləri ev üzərində onun mülkiyyət hüququnun tanınmasına razı olduqlarını, lakin sonradan cavabdehlərin bu vədi yerinə yetirməyərək evi ona verməməklə yanaşı, ödədiyi pul vəsaitlərinin də qaytarılmadığını, hüquqi əsası qismində isə Mülki Məcəllənin 739.1-ci maddəsini göstərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə İddiaçı tələbi üzrə iddia müddətinin keçdiyini və bu səbəbdən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçı isə, iddia müddətinin tətbiqinə etiraz edərək, apellyasiya şikayətində Mülki Məcəllənin 384.0.4-cü maddəsi baxımından hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsinin mümkün olmadığını, tətbiq olunsa belə iddia müddətinin keçmədiyini bildirmişdir. Göründüyü kimi, iş üzr ə tərəflərin mübahisələndirdiyi əsas hallardan biri sözügedən tələblər üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi iddia müddəti institutunun təyinatını, məqsədini, eləcə də MM-nin 375.2-ci maddəsinin göstərişini və prosessual qənaət prinsipini nəzərə alaraq, cavabdehlərin hüquqi müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da i ntizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçmə sinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı işdə iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mübahisəli olduğundan, bu məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanmasını iddiaçının hüququnun pozulduğu, eləcə də öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu andan (obyektiv və subyektiv an) hesablanmalıdır. Baxılan işin müəyyən edilmiş faktiki hallarından aydın olur ki, tərəflər qohumdurlar (Dadaş və Cava bdeh1lar qardaşdırlar, Cavabdeh2 isə sonuncunun arvadıdır). Onlar arasında əvvəlcə normal münasibətlər olsa da, sonradan bu münasibətlər pozulmuşdur. Belə ki, İddiaçı tərəfindən Cavabdeh1 09.06.2009-cu il tarixdə verilmiş etibarnaməyə 07.05.2013-cü il tarixdə, Cavabdeh2 tərəfindən İddiaçı 17.08.2011-ci il tarixdə verilmiş etibarnaməyə 14.05.2013-cü il tarixdə, 31.01.2011-ci il tarixdə verilmiş etibarnaməyə isə 21.02.2014-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi, tərəflərin bir birilərini təmsil etmək üçün verdikləri etibarnamələri ardıcıl ləğv etmələri onların münasibətlərinin pozulmasına dəlalət edir. Bunu tərəflər də izahatlarında və etirazlarında təsdiqləmişlər. Belə ki, İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “cavabdehlərlə belə razılıq əldə o lunmuşdur ki, bank qarşısında olan cavabdehlərin öhdəliyi onun tərəfindən icra olunsun və bunun müqabilində cavabdeh M.Qaslmovanın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr küçəsi, 14 saylı ev iddiaçının mülkiyyətinə verilsin. Lakin cavabdehlər bu öhdəliyi icra etmədikəri üçün o, onlara görə banka ödədiyi pulu cavabdehlərdən tələb edir. Qeyd etdiyi evlə bağlı hələ 2009-cu ildə məhkəmə mübahisəsi olmuş, həmin mübahisə digər şəxslə olmuşdur, həmin mübahisəni udmuşlar. 2013-cü ildə demək olar ki, digər şəxslərlə həmin ev barəsində olan mübahisələrə son qoyulmuşdur. Həmin vaxtdan cavabdehlərlə onun arasında olan münasibət pozulmuş, aralarında müəyyən narazılıq yaranmışdır.” Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür k i, Cavabdeh2 İddiaçı 17.08.2011-ci il tarixdə verdiyi etibarnaməyə 14.05.2013-cü il tarixdə Cavabdeh2 ərizəsi əsasında xitam verildikdən (dərhal) sonra sonuncunun razılığı olmadan İddiaçı 14.05.2013-cü ildə, övladları Nazim Məmmədli 12.01.2014-cü ildə, Sürəyya Məmmədova isə 15.01.2014-cü ildə Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi 14 saylı mənzilinə qeydiyyata alınmışlar. Bu hal Cavabdeh2 2017-ci ilin yanvar ayında məlum olduqdan sonra əvvəlcə notariusa, sonra isə adları çəkilən şəxslərin mənzildən istifadə hüquqlarının olmaması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia təmin olunmuşdur. Məhkəmə baxışında İddiaçı etiraf etmişdir ki, qeydiyyata düşdüyü mübahisəli evdə təxminən 2010-cu ildən etibarən yaşamamışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı, sözügedən evdə faktiki yaşamadığından və Cavabdeh2, onun və uşaqlarının evə qeydiyyatını bilmədiyi üçün iddianı 2017-ci ilədək qaldırmamışdır. Odur ki, Cavabdeh2 tərəfindən həmin iddianın 2017-ci ildə irəli sürülməsi tərəflərin münasibətlərinin məhz həmin ildən pozulması qənaətinə gəlmək üçün əsas deyil. Bu hallar da onu göstərir ki, tərəflər arasındakı münasibətlər əslində ən azı 2013-cü ilin may ayından etibarən pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hətta tərəflərin münasibətlərinin pozulmasının ən son tarixi kimi Cavabdeh2 İddiaçı 31.01.2011-ci il tarixdə verdiyi etibarnamənin 21.02.2014-cü ildə ləğv edilməsi əsas götürülsə belə, İddiaçı 2012-ci ilədək apardığını iddia etdiyi ödənişlərlə bağlı hüququnun pozulmasını bildiyi və ya b ilməli olduğu (iddia müddətinin axımın başlandığı) an ən uzağı 2014-cü ilin fevral ayının 21-dən hesablanmalıdır. İddiaçı isə iddia ərizəsini həmin tarixdən 3 il 10 ay keçdikdən sonra, yəni 22 dekabr 2017-ci ildə məhkəməyə təqdim etməklə, pul tələbinə dair qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Apelyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsinin tələblərin rədd edilməsinə əsas (kifayət) olması qənaətinə gəldiyi üçün prosessual qənaət prinsipini də nəzərə alaraq iddianın və ona etirazın digər dəlilləri üzrə əlavə araşdırma aparmağa zərurət görməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericili yin tələblərinə uyğun həll etmiş, məhkəmə iddianı rədd edərkən düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiy ası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə sonuncu apelyasiya baxışı zamanı müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin əsas dəlillərindən biri mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 377.1-ci maddəsinin düzgün tətbiq edilməməsi və 384.0.4-cü maddəsinin tələbinin pozulması, mübahisəyə tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, hazırkı işdə irəli sürülmüş tələblərin Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan tələblərə aidiyyəti yoxdur və bu tələblər iddia müddətinin tətbiq edilə bildiyi tələblərdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yən i iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tə ləbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qan un iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Qanun maddi mənada iddianın əmələ gəlmə əsasına subyektiv xarakter verərək, həmin əsası subyektiv anla bağlayır. Bu an şəxsin öz subyektiv hüququnun pozulmasını bildiyi, qavradığı və dərk etdiyi gündür. Bu baxımdan, məhkəmə haqlı olaraq iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin həm iddia müddətinin düzgün tətbiq olunmaması barədəki dəlili ilə, həm də digər dəlilləri ilə razılaşmır. “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tar ixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zaman da, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla m üəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 aprel 2019-cu il tarixli 2 (103)-3676/19saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar