Məhkəmə qərarları › İş №2(102)-1082/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1082/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1082/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7797/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.500 manat, 5500 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2017-ci il tarixdən 09.01.2018ci il tarixədək cavabdehə ümumilikdə 19.400 manat və 5.500 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh borcun qısa müddətə qaytarılmasını vəd etsə də, müxtəlif bəhanələr gətirməklə bu günədək həmin borc məbləğini ona geri qaytarmamışdır. Borc məbləğinin verilmə müddətləri, şəraiti və təfərrüatı Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin (RPİ) 07 aprel 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir. Həmin qərarda cavabdeh borc məbləğini həqiqətən də ondan aldığını etiraf etmişdir. Məhkəmədə tədqiq olunmuş, Bakı Şəhəri Xətai RPİ-nin 07 aprel 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əks olunmuş hazırkı iş üzrə cavabdehin izahatında sonuncu göstərmişdir ki, hazırkı iş üzrə iddiaçını tanıyır, ondan 1500 ABŞ dolları pulu borc olaraq götürmüş, sonradan iddiaçıya 1500 ABŞ dolları pulu və əlavə olaraq üstündə qazanc kimi 600 manat pul qaytarmış, bundan sonra iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 18.500 manat pul borca götürmüş, lakin üstündə artıqlaması ilə nə qədər pul qaytaracağı barədə danışıq olmamış, iddiaçının qohumu xxx adlı şəxsə 2500 mana t pul vermişdir. Yenidən iddiaçıdan 8500 manat pul götürmüş, lakin bır müddət sonra iddiaçı pulunu qaytarmağı tələb etməyə başlamış və ona heç bir məbləğdə pul qaytara bilmədiyi üçün, habelə dediyi vaxtlarda da pul vermədiyi üçün iddiaçı ondan şikayət etmişdir. İddiaçıdan cəmi 18.500 manat pul borca almışdır. Ola bilsin ki, iddiaçı artıq məbləğ göstərməklə həmin pulun üstündə verəcəyi qazancı da hesablamışdır. Aldığı pulu qaytarmalı olduğunu başa düşür, maddi imkanı olmadığından bu günə kimi qaytara bilməmişdir və iddiaçıdan aldığı pulu tezliklə qaytaracağına söz verir. Məhkəmədə tədqiq olunmuş, iddiaçının Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı 03.03.2018-ci il tarixli ərizədə iddiaçı qeyd etmişdir ki, 2017-ci ilin dekabr ayında tanışı xxxxx ona lombardda işləyən bir nəfər tanışı vasit əsi ilə lombarddan ucuz qiymətə qızılların alınıb baha qiymətə satıb gəlir əldə etməyi təklif etmişdir. O, da onun sözlərinə inanıb, özünə məxsus 5000 manatı, qohumu xxxx məxsus 12.000 manatı, bibisinə məxsus 3000 manatı, qayınatası xxxx məxsus 9000 manatı həmin işlə əlaqədar 2017-ci ilin dekabr ayının axırlarından 2018-ci ilin yanvar ayının 9-na kimi olan müddət ərzində Xətai rayonu, X8 küçəsində yaşayan xxxxxx vermişdir. Sonuncu ona pulları qaytaracağına söz versə də, qaytarmamışdır. Məhkəmədə tədqiq olunmuş, X1 istintaqda verdiyi izahatında sonuncu göstərmişdir ki, iddiaçının qayınatasıdır, 27 dekabr 2017-ci il tarixində gəlini xxxx ondan borca pul istəmiş, deməyinə görə, işlədiyi mağazanın yerləşdiyi binada yaşayan Cavabdeh xxxxlombardda tanışının olduğunu və həmin tanışı lombarda qızı l girov qoyub pulu ödəməyən müştərilərin qızıllarını satışa çıxardığını, həmin qızılları xxxx ucuz qiymətə verdiyini, xxxxxdə həmin qızılları baha qiymətə satıb qazanc əldə edəcəyini, XXXə də bu işə çoxlu pul versə yaxşı qazanc əldə edə biləcəyini bildirmişdir. XXX bu barədə ona deyib pul istəmiş, aldığı pulu XXXyə verəcəyini, sonra XXX ona həmin pulu qazancla birlikdə qaytardıqda ondan da aldığı pulu artıqlaması ilə qaytaracağını bildirmişdir. Bu məqsədlə 27.12.2017-ci il tarixində gəlini XXXə 1000 manat, 02 yanvar 2018-ci il tarixində 2500 manat, 04 yanvar 2018-ci il tarixində 2000 manat, 06 yanvar 2018-ci il tarixində 800 dollar, 09 yanvar 2018-ci il tarixində 2000 manat, ümumilikdə 7500 manat və 800 ABŞ dolları pulu işlədiyi S.Ə.ünvan 2 ünvanda yerləşən mağazanın yaxınlığında vermişdir. XXX də ondan aldığı pulları XXXyə vermiş, ondan başqa digər qohum-əqrəbadan da pul alıb XXXyə vermiş, ümumilikdə 5500 dollar və 19.400 manat pulu XXXyə vermiş, lakin sonuncu verdiyi vədə əməl etməmiş, aldığı pulları qaytarmaqdan yayınmış və bu günə kimi heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmədə tədqiq olunmuş, X3 istintaqda verdiyi izahatında sonuncu göstərmişdir ki, (X1 göstərdiyi eyni əsaslarla) 27 dekabr 2017-ci il tarixində XXXə 700 manat, 09 yanvar 2018-ci il tarixində 2300 manat, ümumilikdə 3000 manat pulu işlədiyi S.Ə.ünvan 3 ünvanda yerləşən mağazanın yaxınlığında vermişdir. XXX ümumilikdə 5500 dollar və 19.400 manat pulu XXXyə vermiş, XXX verdiyi vədə əməl etməmiş, aldığı pulları qaytarmaqdan yayınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instan siya məhkəməsi) 2(011)-479/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 5000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki işin materialları, iddiaçının izahatı və cavabdehin ibtidai istintaqda verdiyi ifadəsi ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərlə 18.500 manat məbləğində pul aldığını bildirmişdir. Bununla yanaşı, iddiaçının 03.03.2018-ci il tarixli ərizəsində qeyd etdiklərindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə özünə məxsus 5000 manatı, qohumu Vüqara məxsus 12.000 manatı, bibisinə məxsus 3000 manatı, qayınatası Yadigara məxsus 9000 m anatı vermişdir. Həmin şəxslərin izahatları ilə də təsdiq olunmuşdur ki, onlar tərəfindən qeyd edilən məbləğlərdə pul vəsaiti iddiaçıya cavabdehə verilməsi üçün verilmişdir. Məhkəmə hesab etmişdir ki, mülki işdə olan sübutlarla iddiaçı tərəfindən onun özünə məxsus 5000 manat pul vəsaitinin cavabdehə verildiyi təsdiq edildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər məbləğlərlə bağlı məhkəmə hesab etmişdir ki, həmin məbləğlərin başqa şəxslərə məxsus olması işdə olan sübutlarla təsdiq edildiyindən, onları tələb etmək hüququ həmin pul vəsaitlərinin mülkiyyətçilərinə məxsusdur. İddiaçının həmin məbləğləri tələb etməyə subyektiv hüququ olmadığından, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bund an sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 445.2.1, 448.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onun şikayət ərizəsi əsasında Bakı Şəhəri Xətai RPİ-də aparılmış ibtidai araşdırma zamanı cavabdeh ondan 18.500 manat məbləğində borc almasını etiraf etməsinə və ibtidai araşdırma zamanı verilən borc məbləğinin 19.400 manat və 5500 ABŞ dolları olmasının müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi verilən pulların bir qisminin müxtəlif şəxslərə məxsus olmasını əsas gətirərək iddianı qismən təmin etmiş, məhkəmə müə yyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını pozmuşdur. O, iddia ərizəsində pulların kimə məxsus olmasını ona görə qeyd etmişdir ki, pulu aldığı adamların kim olmasını və verilmiş pulların haradan əldə edilməsini göstərsin. Halbuki, cavabdehə verdiyi pulların hamısının özünə məxsus olmasını göstərə bilərdi. Belə ki, cavabdeh də pulun yalnız ona məxsus olduğunu bilirdi. Buna görə də, məhkəmə onun həmin pul məbləğlərini tələb etməyə subyektiv hüququnun olmaması barədə yanlış nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5576/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgənd ərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, iddia qismən təmin edilərək, cavabdehdən 19.400 manat və 5500 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə manatla) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdeh iddiaçıdan cəmi 18.500 manat məbləğində borc aldığını etiraf etsə də, Xətai RPİ-nin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı alınmış borcun 19.400 manat və 5500 ABŞ dolları məbləğində olması təsdiq olunmuş, bu hal ci nayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış, cavabdeh həmin qərardan şikayət verməmişdir. Cavabdeh izahatında iddiaçıdan cəmi 18.500 manat məbləğində borc aldığını etiraf etsə də, izahatında, həmçinin manatdan başqa ABŞ dolları ilə də borc aldığını göstərmişdir. Bundan əlavə, cavabdeh izahatında borcunun 1500 ABŞ dolları və 600 manat hissəsini qaytardığını bildirsə də, bu hal digər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, borc münasibətləri cavabdeh ilə iddiaçı arasında yarandığından, yuxarıda adı çəkilən digər şəxslər bu münasibətlərdə bilavasitə iştirak etmədiklərindən, 19.400 manat və 5500 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etmək hüququ məhz iddiaçıya məxsusdur. İbtidai araşdırma zamanı da cavabdeh həmin pul məbləğlərini iddiaçı dan aldığını etiraf etmişdir. İddia ərizəsində 19.500 manat və 5500 ABŞ dolları məbləğində borcun qaytarılması tələb olunsa da, borc məbləğinin 19.400 manat və 5500 ABŞ dolları olması təsdiq olunduğundan, iddia qismən təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 448.1, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2382/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), A.Abbasov və E.Şamayev) kassasiya şikayəti qismən t əmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 19.400 manat və 5500 ABŞ dolları məbləğində borcu tələb etmişdir. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi iddianı 19.400 manat və 5500 ABŞ dolları məbləğində təmin edərkən ona istinad etmişdir ki, cavabdeh iddi açıdan cəmi 18.500 manat məbləğində borc aldığını etiraf etsə də, Xətai RPİ-nin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı alınmış borcun 19.400 manat və 5500 ABŞ dolları məbləğində olması təsdiq olunmuş, bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış, cavabdeh həmin qərardan şikayət verməmişdir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət MPM-in 82.4-cü maddəsinin tələbinə ziddir. Belə ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin 07.04.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı cavabdehin iddiaçıdan 27.12.2017-ci il tarixdən 09.01.2018-ci il tarixədək olan müddətdə 19.400 manat və 5500 ABŞ dolları pulun verilməsinin müəyyən edilməsi hissəsində MPM-in 82.4-cü maddəsi baxımından hər han sı məcburi qüvvəyə malik deyil. Həmin icraat çərçivəsində cavabdehin iddiaçıdan 18.500 manat borc alması barədə yazılı izahatı isə sübut kimi ümumi qaydada məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7797/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia qismən təmin edilmiş, cavabdehdən 18.500 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaya raq hesab etmişdir ki, borc münasibətləri cavabdehlə məhz iddiaçı arasında yarandığından, digər şəxslər bu münasibətlərdə bilavasitə iştirak etmədiklərindən, pulu cavabdehdən tələb etmək hüququ məhz iddiaçıya məxsusdur. Məhkəmə qeyd etmişdir ki, Xətai RPİ-nin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı cavabdehin iddiaçıdan 18.500 manat borc pul götürməsi barədə izahatı cavabdehin özü tərəfindən verildiyindən, həmin məbləğdə borcun etirafı kimi qəbul edilməlidir. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən müvafiq araşdırma əsasında da müəyyən olunmuşdur ki, X2, X6, X5 istintaqda verdikləri izahatlarında 19.400 manat və 5500 ABŞ dolları pulun iddiaçı tərəfindən cavabdehə verildiyini bildirmişlər. Həmin şəxslərin 18.500 manatdan əlavə, 900 manat (19400-18500=900) və 5500 ABŞ dolları pulun cavabdehə verildiyini bildirməsi digər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal yalnız cavabdehin iddiaçıdan 18.500 manat pul borc almasına dair izahatını bir daha təsdiq etmək üçün kifayət edir. Ona görə də, qeyd edilən şəxslərin izahatları əlavə olaraq 900 manat və 5500 ABŞ dolları pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qənaətə gəlmək üçün əsas deyildir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) tələblərinə əsasən, borcun digər hissədə (900 manat və 5500 ABŞ dolları) mövcudluğunun sübut olunmasında həmin qərar sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 82.4 və CPM-in 65.4-cü maddələrinə əsasən, sübut etməkdən azad o lunan hallara qanuni qətnamə və hökm aiddir. Hazırkı iş üzrə alınmış borcun 19.400 manat və 5500 ABŞ dolları məbləğində olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. Xətai RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı isə məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir. Sadalanan xüsusatlara və Ali Məhkəmənin göstərişlərinə əsasən məhkəmə hesab etmişdir ki, 18.500 manat məbləğində borcunun olması barədə cavabdeh tərəfindən Xətai RPİ-də verilmiş izahatındakı etirafı, yuxarıda sadalanan digər şəxslərin izahatları ilə təsdiq edildiyindən həmin hissədə iddia tələbi təmin edilməli, digər hissədə isə borcun olması iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 739.1, MPM-in 14.2, 77.1, 82.4, 88-ci, CPM-in 65.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin öhdəliyinin olması öz təsdiqini tapmamışdır, ona görə də apellyasiya məhkəməsi Mülki Məcəllənin 442, 448.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Şifahi müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsinin pozulması ilə bağlanmışdır (borc müqaviləsinin predmeti 18.500 manat olmuşdur) və ona görə də etibarsızdır. Əslində tərəflər arasında heç bir şifahi müqavilə olmamışdır, izahat cavabdehdən təzyiq altında alınmışdır, ona görə də Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Cavabdehin polis orqanında 18.500 manat məbləğində şifahi borc müqaviləsinin bağlanmasını etiraf etməsini əks etdirən qərar özü-özlüyündə yazılı müqavilə hesab oluna bilməz. Məhkəmə səhvən Mülki Məcəllənin öhdəliklə bağlı ümumi 385.1, 386.1-ci maddələrini mübahisəyə tətbiq etmiş, lakin borc münasibətlərini tənzimləyən xüsusi normaları – həmin Məcəllənin 739-746-cı maddələrini tətbiq etməmiş, müqavilənin forma və məzmununu həmin normalar baxımıdan dəyərləndirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsini pozmuş, cavabdehə məhkəmədə mövqeyini bildirmək üçün şərait yaratmamış, xəttşü naslıq ekspertizası təyin etməmiş, ifadə alan müstəntiqi şahid qismində dindirməmiş, 18.500 manat borc pulun verilməsini işin mübahisəsiz halı kimi qəbul etmiş, kassasiya məhkəməsinin göstərişlərini yerinə yetirməmiş, bununla da MPM-in 420-ci maddəsini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (normanın 31.05.2016-cı il tarixə qədər qüvvədə olan redkasiyasında) Maddə

740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı f ormada bağlanmalıdır (31.05.2016-cı il tarixdən qüvvədə olan redaksiyada). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 21 7.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirlən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə pul verildiyinin müəyyən olunduğu mülki işlər üzrə tərəflər arasında borc müqaviləsi bağlanarkən qanunla müəyyən olunmuş forma tələbinə riayət olunmaması pulun qaytarılması tələbinin rədd olunması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını görə etibarsız (əhəmiyyətsiz) olan əqdlər üzrə də tərəflərdən hər bi ri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Başqa sözlə, bu cür mübahisələrə baxan məhkəmə əqdin etibarsız olduğu barədə qənaətə gələrsə, hər bir halda tərəflərin əqdə qədərki vəziyyətini bərpa etməklə etibarsız müqavilə üzrə verildiyi müəyyən olunanların geri qaytarılması barədə məsələni də həll etməlidir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarı da göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7797/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələdirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar