Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1083/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11466/2017 nömrəli iş üzrə 14 noyabr 2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" YYY cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.11.2013-cü il tarixli 113595-1-8664 /2 saylı, Kommersiya krediti müqaviləsinə əsasən 04.05.2017-ci il tarixə Banka borclu olduğu 1.668.155,35 ABŞ dolları məbləğində əsas borc, 144.573,46 ABŞ dolları məbləğində faiz borcu, 236.767,00 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2.049.495,81 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), eləcə də 30 manat məhkəmə üçün və 60 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 90 manat məbləğində dövlət rüsumunun müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən, Cavabdeh1 və Cavabdeh2 “YYYnin xeyrinə tutulması, ilkin satış qiymətini 945.000 manat məbləğində müəyyən edilməklə V.V.V ünvanında olan binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən ümumi sahəsi 610,5 kv.m, olan qeyri-yaşayış sahəsinə və ilkin satış qiymət ini 474000 manat məbləğində müəyyən etməklə V.V.V ünvanında istifadədə olan 0.00988 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 307,0 kv.m, olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə cavabdehlərdən tutulmalı olan məbləğin yönəldilməsi, qeyri-yaşayış sahələrinin boşaldılması, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin YYYnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Elmar Rəhimov) 18 avqust 2017-ci il tarixli 2(009)-2873/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 15 noyabr 2013-cü il tarixli müqavilə üzrə 1668155,35 ABŞ dolları əsas, 144573,46 ABŞ dolları məbləğində faiz borcu, 236767,00 ABŞ dolları məbləğində cərimə borcu, cəmi isə 20494 95,81 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə) borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" YYY-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus V.V.V ünvanında olan binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən ümumi sahəsi 610,5 kv.m, olan qeyri-yaşayış sahəsinə və V.V.V ünvanında istifadədə olan 0.00988 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 307,0 kv.m, olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu X3 küçəsi, 179 ünvanında olan binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən ümumi sahəsi 610,5 kv.m, olan qeyri-yaşayış sahəsi və Bakı şəhər Yasamal rayonu, X3 küçəsi, 179A ünvanında istifadədə olan 0.00988 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 307,0 kv.m, olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına yaranmış borcun ödənilməsi, V.V.V ünvanında olan binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən ümumi sahəsi 610,5 kv.m, olan qeyri-yaşayış sahəsi üzrə ipoteka predmetinin dəyəri 945000 manat müəyyən edilməsi, V.V.V ünvanında istifadədə olan 0.00988 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 307,0 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış sahəsi üzrə ipoteka predmetinin dəyəri 474000 manat müəyyən edilməsi və iddianın qalan hissədə, yəni ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutulması və ipoteka predmetlərinin boşaldılması barədə tələblərin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi - Raqib Qurbanov, hakimlər Etibar Nəbiyev, Azad İmanov) iddiaçı "xxxx" YYY tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 avqust 2017-ci il tarixli qətnaməsinin qismən, yəni ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş və cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" YYY-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə ipoteka predmetlərinin boşaldılması barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən və məruzəçi – Əhməd Nurməmmədov, h akimlər Mehparə Əhmədova və Əli Rüstəmov) 09.04.2018-ci i tarixli 2(102)-2383/2018 nömrəli qərarı ilə iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 noyabr 2017-ci il tarixli qətnaməsi qismən, qeyri-yaşayış sahələrinin boşaldılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, V.V.V ünvanında olan binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən ümumi sahəsi 610,5 kv metr olan qeyri-yaşayış sahəsi və V.V.V ünvanında istifadədə olan 0,00988 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 307,0 kv metr olan 2 mərtəbəli qeyriyaşayış sahələri açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması qərara alınmışdır. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ödənilmiş borcu təkrarən cavabdehlərdən tələb etmişdir. Belə ki, iş materiallarının 61-ci səhifəsində olan və "xxxx" YYY tərəfindən 04 aprel 2017-ci il tarixində verilmiş və 23 nömrəli möhürlə möhürlənmiş arayışa əsasən qeyd edilən borc məbləği 11.11.2013-ci il tarixində tam ödənilmişdir. "xxxx" YYY tərəfindən ipoteka predmetinin dövlət qeydiyyatına alınması haqqında bildiriş 24.02.2017-ci ildə verilsə də, LLL tərəfindən verilən **********22 nömrəli 27.03.2017-ci il tarixli məktubunda qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı göstərilmişdir. Göründüyü kimi, bildiriş göndərildikdən 1 aydan artıq müddət keçdikdən sonra qeydə alınmışdır. Bu halda tutmanın yönəldilməsi prosseduru davam edə bilməzdi. Hazırki iş üzrə əmlakın ipoteka ilə yüklü edilməsi ilə bağlı iradə ifadəsi 15 noyabr 2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”ndə nəzərdə tutulmuş şərtlər daxilindədir. Lakin sonradan müqaviləyə dəyişiklik və əlavələr nəzərdə tutan 18 sentyabr 2014-cü il tarixli 01 saylı və 02 iyun 2016-cı il tarixli 02 saylı razılaşmalar imzalanmışdır. Qeyd edilən razılaşmalarda borc məbləği kapitallaşdırılmışdır ki, bu da borc məbləğinin dəyişməsinə səbəb olmuşdur. Belə olan halda razılaşmalara münasibətdə yenidən iradə ifadə edilmişdir. Bu zaman isə ipoteka ilə bağlı hər hansı məsələyə toxunulmamışdır. Belə ki, cavabdehin ipotekaya münasibətdə iradə ifadəsi yalnız “Kommersiya krediti müqaviləsi”ndə nəzərdə tutulan şərtlərə yönəlmişdir. Sonradan əldə edilmiş razılaşmalar isə ilkin iradə ifadəsindən kənarda qalmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfindən məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlanaraq Cavabdeh2 kassasiya şikayətinin təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş olunmuşdur. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşin hallarından görünür ki, hazırki işə iddiaçının apellyasiya və kassasiya şikayətləri əsasında baxılmış və həmin məhkəmə baxışının predmetini iddianın tələbinin təmin edilməmiş hissələri, yəni ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutulması və ipoteka predmetlərinin boşaldılması barədə tələbləri təşkil etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə iddianın təmin edilmiş hissələrində yoxlanılmamışdır. Buna görə də, hal-hazırda Cavabdeh2 kass asiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli qətnaməsi ilə iddianın yalnız ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi kassasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" YYY ilə "xxxx" MMC arasında 11.09.2013-cü il tarixli 113595-18664 saylı baş kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən bank "xxxx" MMC-yə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açmışdır. Razılaşma çərçivəsində həmin tərəflər arasında 15.11.2013-cü il tarixli, 113595-1-8664/2 saylı kommersiya kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC-yə 36 ay müddətinə illik 15% ödə mək şərti ilə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" YYY ilə Cavabdeh1 arasında 11.09.2013-cü il tarixli və 14.11.2013-cü il tarixli ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 məxsus V.V.V ünvanında olan binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən ümumi sahəsi 610,5 kv.m, olan qeyri-yaşayış sahəsi və V.V.V ünvanında istifadədə olan 0.00988 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 307 kv.m, olan 2 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda "xxxx" YYY ilə Cavabdeh1 və Cavabdeh2 arasında ayrı-ayrılıqda müvafiq olaraq 11.09.2013-cü il və 17.09.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu "xxxx" MMC- nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmiş, cavabdeh "xxxx" MMC həmin hissədə iddiaya etiraz etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsində iddia əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli qətnaməsi iddianın ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsində əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinin tələblərinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Göründüyü kimi iddiaçı tələ bin ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, mütləq qaydada bununla bağlı bildirişin qeydə alınmasına dair sənədləri təqdim etməlidir. İş materiallarında olan ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumunun ödənilməsinə dair elektron qəbzlərdən də görünür ki, "xxxx" YYY tərəfindən ümumilikdə 60 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.9-cu maddələrini görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh2 mübahisə predmetini təş kil edən kredit müqaviləsi üzrə zamindir. Lakin onun kassasiya şikayətinin dəlilləri Cavabdeh1 məxsus ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun bank tərəfindən pozulması barədədir və qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyindən iddianın təmin edilmiş hissələri apellyasiya baxışının predmetini təşkil etməmişdir. Belə olan halda, kassasiya şikayətinin bu dəlillərinin yoxlanılması mümkün deyildir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1. 1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11466/2017 nömrəli iş üzrə 14 noyabr 2017-ci il tarixli qətnaməsi kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin E.R.Vəliyeva hakimi
Məhkəmə qərarları › İş №2(102)-1083/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1083/2019
25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver