Məhkəmə qərarları › İş №2(102)-1083/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1083/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1083/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” ASC vəkili X4, nümayəndəsi X2, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9894/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-416/2018 saylı qətnamə si ilə (sədrlik edən, hakim P.A.Hüseynov) iddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması, girov predmetinin açıq hərracdan satılması hesabına kredit borcunun ödənilməsi, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcunun cavabdehin hesabına ödənilməsi” barədə iddiası qismən təmin edilərək, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borca görə 25.183,76 manat, faiz borcuna görə 5.609,23 manat, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz borc məbləğinə görə 2.308,51 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 33.131,50 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehə məxsus olan girov ilə yükl ü edilmiş “Audi Q7” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcunun cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9894/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən his sədə, yəni faiz borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 25.183,76 manat, faiz borcuna görə 5.609,23 manat, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faizə görə 2.592,90 manat, cəmi 33.385,89 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan **-HV-*** dövlət nömrə nişanlı, “Audi Q7” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracdan satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmə dikdə qalıq borcunun cavabdehin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. “xxxx” ASC-nin nümayəndəsi xx və vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Be lə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə, yəni faiz borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, girov müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 269.5, 317, 448.1-ci maddələrinin və digər mad di, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixli, 01 saylı kredit müqaviləsi bağlanılıb və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 14 faiz öd əmək şərti ilə 45.900 manat kredit verilib. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında eyni tarixli, 01 saylı girov müqaviləsi bağlanılıb və müqaviləyə əsasən cavabdehə məxsus olan “Audi Q7” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil girov hüququ ilə yüklü edilib. İddiaçı təşkilat iddia edir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyib. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 25.183,76 manat, faiz borcu 5.609,23 manat, gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz borcu 2.592,90 manat, cəmi 33.385,89 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddi açı təşkilat tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 741 və 445.7-ci maddələrinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həm müqavilədə nəzərdə tutulmuş faiz borcunun, həm də illik 5 faiz həcmində faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda girov müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələrinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun girov predmeti olan avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlib. Kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə dair apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilənin dəyişdirilməsi ilə bağlı şifahi danışıqların olub-olmaması mübahisənin həllinə heç bir təsir etmir. Belə ki, Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Lakin tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi ilə bağlı hər hansı yazılı saziş imzalanmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin maddi vəziyy əti iddianın qismən rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılma lıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA Cavabdeh kassasiya şikayəti təmin edilməsin. ALDİ: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9894/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar