Məhkəmə qərarları › İş №2(102)-1084/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1084/2019

20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1084/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1084/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, Cavabdeh2 və vəkili Məmmədov Məhəmməd Əzi oğlunun Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon məhkəməsinin03 oktyabr 2016-cı il tarixli qətnaməsiilə (A.A.Əliyev, iş2(037)1575/2016) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş ı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 6000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla cəmi 6030 (altı min otuz) manat məbləğin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.Cavabdeh1 və R.Ə.Əliyev, iş 2(107)-2182/17) İsmayıllı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(037)-1575/2016 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi və Cavabdeh2 üzərinə 5880 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla cəmi 5910 (beş min doqquz yüz on) manat məbləğin alınaraq İddiaçı ödənilməsi öhdəliyi qoyu lmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2018-ci il tarixli qərarı ilə (Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş 2(102)2603/18) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2017-ci il tarixli qətnaməsinin qismən, Cavabdeh2 borca görə 5880 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməsi və mülki işə həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və İ.F.Quliyev, iş 2(107)-1596/2018) İsmayıllı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(037)-1575/2016 saylı qətnаməsi Cavabdeh2 münasibətdə də yişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Məmmədov Məhəmməd Əzi oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahişetmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı Nizam oğlu teleqramla müraciət edərək məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6000 manat məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və vəkili Məmmədov Məhəmməd Əzi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mərhum X2 İddiaçı 2014-cü ilin may ayında 6000 manat məbləğində borc almışdır. Yusif Kamilov iddiaçıdan aldığı 6000 manat məbləğini 3 ay müddətinə qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin k eçən müddət ərzində Yusif iddiaçıya olan borcunu qaytarmamış və vəfat etmişdir. Borclunun sağlığında iddiaçı tərəfindən borcun qaytarılması tələb olunmuş, lakin borclunun ağır xəstəliyi ilə əlaqədar borcun qaytarıla bilmədiyi müəyyən edilmişdir. Belə olan təqdirdə Yusif Kamilovun yaxın qohumları olan arvadı Cavabdeh2 və qayını Cavabdeh1 borcun qaytarılmasını öz üzərlərinə götürmüşlər. Yusifin vəfatından sonra da mərhumun birinci növbə vərəsəsi olan arvadı Cavabdeh2 və qayını Cavabdeh1 6000 manat borc məbləğinin imkan yarandıqca hissə-hissə ödəyəcəkləri barədə üzərlərinə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci mаddəsinə görə öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdır. -430.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllədə аyrı qаydа nəzərdə tutulmаyıbsа, öhdəliyin icrаsındаn birtərəfli imtinаyа və оnun şərtini birtərəfli dəyişdirməyə yоl verilmir. -442-ci mаddəsinə görə öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, nаturаdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. -443.1-ci mаddəsinə əsаsən öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. -157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. -157.2 – ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər -157.5-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. -739.1-ci maddəsinə görə borc m üqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740-cı mаddəsinə əsаsən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -743-cü mаddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra mə lum olduqda da qüvvədədir. -21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci-maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 31.05.2002-ci il tаrixli qərаrınа əsаsən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. İş materiallarında olan Cavabdeh2 ərizəsindən görünür ki, o, İddiaçı olan 6000 manat borc məbləğini etiraf etməklə borcun gələcəkdə imkan yarandıqca hissə-hissə ödəniləcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. -1246-cı maddəsinə görə vərə sə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 mərhum əri X1 adına olan İsmayıllı şəhəri, S.Mehdiyev, ev № 10 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon İcra Hakimiyyətinin İsmayıll ı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş məktuba əsasən müəyyən olunur ki, mərhum X1 adına olmuş İsmayıllı şəhəri, S.Mehdiyev küçəsində yerləşən ev və mağaza hal-hazırda “xxxx” QSC-nin Göyçay filialında girovdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Cavabdeh2 mərhum ərindən qalmış miras aktivini əmlaka faktiki sahiblik etməklə qəbul etdiyindən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh qəbul etdiyi miras həcmində kreditorların mənafeyini təmin etməyə borcludur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya ko llegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Şəki ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 27 sentyabr 2018-ci il tarixli, 2(107)-1596/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar